Ən məhşur Casuslar

Məlumdur ki, jurnalistika və casusluq qədim peşələr arasında gedən rəqabətdə ikincilik uğrunda mübarizə aparır.Maraqlı burasındadır ki, bu iki peşə adamları həmişə bir-birilə əlaqədə olublar. Casuslar çox vaxt jurnalistlərdən aqent yaradaraq özləri müxbir cildinə düşürlər.(Lazım olmayan yerlərə girmək üçün).Əvəzində isə jurnalistlər casuslar haqqında canla-başla çoxlu yazılar yazırlar və buna görə də yaxşı qonorar alırlar.Başa düşdüyünüz kimi söhbət casuslaradan gedəcək.

Haşiyə

Sizə bir şifrə verim.Müasir kompüterlərin kəşfinə qədər bu şifrə ən rahat kodlardan biri sayılırdı.Əslində açar olan üçün bunu tərtib etmək və anlamaq çox asan idi.Amma açarsız demək olar ki, onu oxumaq mümkün deyildi.200 il ərzində bu casusların ən sevimli gizli yazışma üsulu idi. İstənilən açar fikirləşmək olar.məsələn 123.indi öz mətnini (məsələn мама мыла раму) şifrələ.Ara buraxmadan yazılmış mətnin altında bir-birinin ardınca rəqəmlər yəni açar yazılır.İndi hər hərfin əvəzinə əlifbada ondan altında yazılan rəqəm qədər sonra gələn hərfi yazırıq.məsələn verdiyimiz misalda М+1=Н, А+2=В, М+3=П və s.Nəticədə НВПБОЮМВУБОЦ alınır.Şifri oxumaqçünsə ordakı hərflərdən açarın uyğun rəqəmini çıxmaq lazımdır.

İndi isə bəzi casuslar haqqında.

Naum Eytinqton(Naumov,Kotov)

Otuzuncu illərdə sovet kəşfiyyatının ABŞ- dakı qeyri- leqal rezidenti.Likvidator.Lev Trotskiyə qarşı Meksikada sui-qəsdi təşkil edib.Əməliyyat “Ördək”adlanırdı.Trotski isə “Starik”(Qoca)ləqəbini daşıyırdı.

Naum 1942-ci ildə alman səfiri Fon Papenə qarşı sui-qəsd hazırlayıb, amma sui-qəsd baş tutmamışdır.1951 -ci ildə “sionist sözləşməsi”ndə təqsirli bilinərək Moskvada həbs edilmiş, 53-cü ildə buraxılmış, həmin ildə yenidən başqa bir iş üzrə 9 illik həbs edilmişdir.Cəzasının hamısını çəkmiş və 1992-ci ildə Moskvada vəfat etmişdir.

Zoya Voskresenskaya ( Yartseva, Rıbkina)

“Sokolnikidə şam ağacları”nın müəllifi.50-ci illlərin əvvəllərində NKVD –nin (Daxili İşlər üzrə Milli Komitənin)polkovniki kimi təqaüdə çıxır.Ona qədər isə İsveç və Çində casusluq etmişdir.

Rixard Zorge

Yarı rus yarı alman əsilli Alman vətəndaşlığını qəbul etmiş və gənclik vaxtından sovet kəşfiyyatı üçün çalışmışdır.1933-cü ildə “Frankfurt Tsaytunq”qəzetinin müxbiri kimi Yaponiyada işləmiş və oradan Moskvaya informasiya ötürürmüş.Məsələn Yaponiyanın Rusiyaya 1941-də hücum etməyəcəyini o xəbər veribmiş.1943-cü ildə tutulub və edam edilib.Ölümündən sonra SSRİ qəhrəmanı adını almışdır.

Konon Molodıy(Qordon Lonsdeyl)

1955-ci ildə özünü kanadalı kimi qələmə verərək Londona gəlib və qeyri-leqal rezidenturanın yaradıcısı olub.Eyni zamanda uğurlu biznes qurub barlar üçün musiqili avtomatlar ticarəti ilə məşğul olaraq öz əməliyyatlarını maliyyələşdirirdi.1961-ci ildə ifşa edilib və 25 il həbs cəzasına məhkum edilmişdir.1964-cü ildə britaniya kəşfiyyatçısı Vinnlə dəyişdirilmişdir.

Görüş yeri

İndi internetin,rəqəmsal fotoapparatın sms-in olduğu bir dövrdə casuslar üçün işləmək daha rahat olub.Amma casusların bir-birinə ötürməli olduqları elə şeylər var ki, internetə sığışmır.Məsələn paraşütlər,akvalanqlar,partlayıcılar,iri məbləğdə nağd pullar və s.

Casusların ən çox sevdikləri yerlər

Qəbiristanlıq

əsasən yeni qazılmış qəbirlərdə nəsə gizlətmək çox rahatdır.

Kilsə

Lonsdeyl katolik kilsələrin birində Məryəmin heykəli altında ona lazım olan instruksiyaları tapırdı.

Poçt

Bu etibarlı üsulu düşünənlədən birincisi XIX əsrin məşhur casusu Nat Pinkerton olmuşdur.Sonra o detektiv aqentliyini açmışdır.Bəzi məxfi sənədləri lazım olan vaxta qədər öz-özünə göndərmək ,ox etibarl üsul idi.

Telefon köşkü

Adətən casuslar telefon köşklərindəki aparatların üzərində şifrələr qoyurlar.Bu yolla onlar bəzi məlumatları ötürürlər.Məhz bu yolla doxsanıncı illərdə Eyms Oldircin işi üzrə təyin olunmuş agent telefon aparatı üzərində üç hərfdən ibarət şifrə cızaraq izlənildiyini xəbər vermişdi.

Türk hamamı

Həmin Molodıy türk hamalarını kəşfiyyat üçün əla yer adlandırmışdır.Burda nə qədər istəsən qala bilərsən .ye,iç,yuyun,yat və bu zaman səndən heç kəs sənəd tələb etmir,suallarla səni narahat etmırlər.Hətta demək olar ki, heç kəs səni görmür.Çünki, personal kabinədən çıxanda qalın buxarların içinə düşürsən orda isə göz-gözü görmür.

Kitabxana

!950-ci ildən 1989-cu ilədək Vyanada şəhər bələdiyyə kitabxanası kəşfiyyat qüvvələri tərəfindən axtarılmışdı.Lakin heç bir axtarış nəticə verməmişdi.Hətta gizli polislər belə minlərlə kitab rəfi qarşısında aciz idi.

Zoopark

Burda heyvanları müşahidə edərək saatlarla vaxt keçirmək olar.heç kəs anlamaz ki sən orda nə edirsən. “Ştazi” Şərqi Almaniya kəşfiyyatının əməkdaşları tez-tez Qərbi-Berlindəki zooparkda görüş təyin edirdilər.Nədənsə həmişə zürafələrin olduğu yerdə.İş ona çatmışdı ki, Qərbi-Berlin zürafələrin olduğu hissəyə gizli kamera quraşdırmışdı.

Mənbə. kayzen.az

Bir cevap yazın

Your email address will not be published.