“Dark” serialından replikalar

“Dark” serialından replikalar

Son illərin bəlkə ən hit seriallarından biri də Almaniya istehsalı “Netflix” serialı olan “Dark” və ya “Qaranlıq” serialıdır. Zamanı səyahəti mövzusunu işləmə tərzi ilə özünə böyük fanat ordusu yığan serialın sitatları da çox bəyənildi. 2-ci mövsümü yenicə bitən və 3-cü mövsümünün çəkilişləri davam edən serialdan bəzi sitatları nəzərə çatdırıram:

  1. Keçmiş, indi və gələcək arasındakı tək fərq illüziyadır.

  2. Kainat bütövlüklə qaçışı olmayan nəhəng bir düyümdən başqa bir şey deyil.

  3. Tanrı zamandır və zamanın mərhəməti olmur.

  4. İnsan ən çox özündən kiçicik fərqi olmayanlardan diksinir.

  5. Azad deyilik, hərəkətlərimizi seçə bilmərik, çünki seçimlərimizdə də azad deyilik.

  6. Hər kəsin həyatı 3 mərhələdən ibarətdir. Birincisi saflığın itirilməsi ilə, ikincisi məsumiyyətin itirilməsi ilə, üçüncüsü isə həyatın itirilməsi ilə nəticələnir.

  7. Dünya paradokslarla doludur, amma çox vaxt onları saymamağı seçirik.

  8. Uçuruma uzun müddət çox baxsan, o da sənin içini görər.

  9. Təsadüf deyilən şey yoxdur. Hər şey qabaqcadan müəyyənləşdirilib. Hər şey lazım olan vaxtda baş verir, doğru vaxtda, doğru yerdə.

  10. Ən axırda hamımız layiq olduğumuzla qarşılaşacayıq.

  11. Bildiklərimiz bir damcı, bilmədiklərimiz nəhəng bir okean.

  12. Həqiqət qəribə şeydir. Gizlətməyə çalışırsan, amma əvvəl axır necəsə ortaya çıxır. Həyatda qalmaq üçün yalanı həqiqətimizə çevirərik. Unutmaya çalışırıq, amma unuda bilməyənə qədər. Dünyanın sirlərinin yarısını belə bilmirik. Qaranlıqda gəzirik. Bu da mənim həqiqətimdir. Hər şey bir-birilə əlaqəlidir.

  13. Düşüncə tərzimiz ikilicilik şəklində inkişaf etmişdir. Giriş, çıxış. Ağ, qara. Yaxşı, pis. Hər şeyin ziddi var deyə görünür, amma bu səhvdir. Heç nə üçüncü ölçü olmadan tamamlana bilməz. Sadəcə aşağı və yuxarı yoxdur. Bir də mərkəz vardır.

  14. Həyat labirintdir. Bəzi insanlar həyatlarını çıxış yolu axtararaq keçirirlər, amma tək yol var və o daha dərinə aparır. Ortasına çatana qədər anlaya bilmirsən. Ölüm dərk ediləcək bir şey deyil. Onu ancaq qəbul edə bilirsən. O vaxta qədər doğru qərarlar alıb almadığın haqqında özünə sual verməlisən.

Mənbə. bildirchin.az

568 Views