Tək məkanda çəkilən maraqlı filmlər

Sizin üçün tək məkanda keçən, amma bir o qədər də axıcı olan filmləri seçdik.

Rope (1948)

Rejissor: Alfred Hitchock
Hitchcock, bu filmi hərəkətli kamera ilə heç kəsmədən çəkmişdir.

12 Angry Men (1957)

Rejissor: Sidney Lumet
Bir məhkəmənin 12 jurisi, bir məhkum haqqında alacağı qərardan bəhs edir. Filmin eyni adlı 2007-ci ildə çəkilən rus versiyası da var.

Burried (2010)

Rejissor: Rodrigo Cortés
Burada məkanımız tabutdur. Film, ABŞ-dan olan bir sürücünün İraq savaşında əsir alınmasından bəhs edir.

Cube (1997)

Rejissor: Incenzo Narali
Biz hələ də rəngli kubik rubikləri qurmağı bacara bilmirik. Amma buradakı insanlar içində qapalı qaldıqları kub otaqdan çıxmağa çalışırlar.

Saw 1 (2004)

Rejissor: James Wan
Saw filmini bilməyən yoxdur, yəqin ki. Seriyanın ilk bölümü tək bir məkanda keçir.

La Habitacion de Fermat (1997)

Rejissor: Luis Pedrahita, Rodrigo Sopena
İspanlar deyəsən tək otaqda film çəkməyi xoşlayır. Bu dəfə də riyaziyyatçı professor onu qıcıqlandıran insanları qapalı bir otağa həbs edir. Bu otağın divarları isə getdikcə daralır, çıxa bilsələr nə əla!

Breakfast Club (1985)

Rejissor: John Hughes
Film kitabxanada keçir. Bu qədər məlumat bəsdir :))

The Man From The Earth (2007)
Rejissor: Richard Schenkman
Bir insan, otaqdakı elm insanlarını 14 min ildir yaşadığına inandırmağa çalışır.

Panic Room (2002)

Rejissor: David Fincher
Şəkər xəstəliyi olan bir qız və anası evlərindəki sığınacaqdan istifadə etməyə çalışır və…

Dogville (2002)

Rejissor: Lars von Trier
Nicole Kidman baş roldadır. Filmin dekorasiyası isə xəyali qapılar, divarlar və pəncərələrdən ibarətdir. Rejissor möhtəşəm iş çıxarıb. İlk başlarda sıxılsanız da, baxmağa davam edin. İzlədiyinizə dəyəcək.

The Shining (1980)

Rejissor: Stanley Kubrick
Filmin çəkilməsi 19 milyon dollara başa gəlib. Kubrick bir çox səhnəni dəfələrlə çəkərək, aktyorları dəli etmişdir. Psixolji triller növünün ən yaxşı filmlərindəndir.

Mənbə. bildirchin.az

Bir cavab yazın

Your email address will not be published.