Əsas relyef formaları

Okean dibinin relyefi-dağ və düzənliklərdən ibarətdir. Okean dibinin relyefi, quru səthindən fərqli olaraq, əsasən, endogen proseslərin hesabına formalaşıb. Okean dibinin düzənlikləri 3 yerə ayrılır.

  1. Şelf (və ya materik dayazlığı) — dərinliyi 200m-ə qədər olan dayaz dəniz suları ilə örtülü olan akkumlyativ düzənliklərdən ibarətdir. Okean sahillərini əhatə edən bu sahələrin meylliyi 10-dən azdır. Şelf zonası dünyanın ən mühüm balıqçılıq regionudur. Bu zonadan həm də bir sıra faydalı qazıntılar, məs. neft-qaz çıxarılır. Dünyanın Ən iri şelf düzənlikləri Şimal Buzlu okeanında yerləşir.
  2. Materik yamacı düzənlikləri 200-2000 m dərinlikdə yerləşmiş əraziləri əhatə edir. Materik yamacı düzənlikləri ilə abissal düzənliklər arasında 2,5-3 km dərinlikdə materik ətəyi düzənlikləri yerləşir.
  3. Okean yatağı(abissal) düzənliklər — okean dibinin ən iri relyef forması olub, Yer kürəsinin yarısını əhatə edir. Qranit təbəqəsi olmadığından bu düzənliklərin qalınlığı materik yer qabığına nisbətən nazikdir.

Okeanda mövcud olan dərin okean çökəklikləri (novları) materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində yaranır. Dünyanın ən dərin çökəkliyi dərinliyi 11022 m olan Marian çökəkliyi Sakit okeanda yerləşir.
Orta okean dağ silsilələri-okean tavalarının bir-birindən uzaqlaşması nəticəsində yaranır və okean dibinin 15%-ni əhatə edir. Bu dağlar vulkanik mənşəli olduğundan fəal vulkanizmi və seysmikliyi ilə fərqlənir. Orta okean dağ silsilələri zirvələrinin səthə çıxdığı yerlərdə ada əmələ gəlir (məs. Havay, Islandiya adaları). Orta okean dağ silsilələrinin mərkəzində fəal seysmikliyə malik rift dərələri yaranır. Burada süxurların yaşı daha cavandır.

Mənbə. Kayzen.az

Bir cavab yazın

Your email address will not be published.