Van Gogh Filmi

Van Gogh Filmi

Van Gogh, 2010, IMDb 8

\Vinsent Van Qoqla İrvinq Stounun "Yaşamaq yanğısı" əsərini oxuyanda tanış oldum. Həyatı çətinliklərlə dolu bu rəssamın haqqında bədii-sənədli film çəkildiyini və baş rolda da Benedict Cumberbatch olduğunu biləndə, izləməyə qərar verdim.

Van Goghun həyatı araşdırılmağa dəyər bir həyatdır. Filmin senarisi Van Goghun yazdığı məktublara əsaslanır. Film nə sənədli filmdir, nə də bədii film.

Personajlar- ilk öncəliklə Van Gogh yəni Benedict kameraya baxaraq danışır, buda ilk başda qəribə gəlsədə fərqli formada çəkilməyi və aktyorun mükəməl tərzləri çox gözəldi. Van Gogh rolu üçün Benedict məncə bu film üçün doğru seçimdir . Filmin digər təriflənəsi bölümü isə qrim işidi. Van Goghun həyatı həmçinin ən əsas qalmaqallar və hisslərini ön plana çəkiblər. Van Gogh böyük insan idi. Ona öz zamanında dəyər verilməsə belə dayanmadı, bezmədi, usanmadı və ölümündən sonra dünya şöhrətli oldu.

Təbii ki, Van Goghla bağlı başqa bir şey desək spoiler olar. Lakin bir cox yerdə məqalədə, filmdə və serialarda Van Gogh yer verilmişdir. Mənim özümün ən çox sevdiyim isə doctor who serialında çəkilmiş hissəydi. Biraz sizə o bölümdən bəhs edim.

Doctor və dostları Van Gogh həyatın düzəltmək üçün keçmişə qaydıb onun gələcəkdə necə sevildiyini göstərmək istəyirlər. Filmdə buna yanaşı əcayib bir gözgörüməz yaratığı tutmaq istəyirlər. Lakin bu bədeybət yalnız Van Gogh görə bilir. Çox qəribə lakin maraqlı bölümdür tövsiyə edirəm.

568 Views