Tac Mahalın haqqında

Tac Mahal Hindistanda tikili. Dünyanın yeni yeddi möcüzəsindən bir.

Hindistanın Aqra şəhərində,  Camna çayı sahilində yerləşən Tac-Mahal dünya  memarlığının şah əsəridir.  Bu abidə Böyük Moğolların türk, islam və hind memarlıq üslublarının elementlərini birləşdirən ən möhtəşəm abidəsidir.  Böyük Moğollar  İmperiyasının  hökmdarı,   Əmir Teymurun nəslindən olan Cahan şahın əmri  ilə ucaldılmış Tac-Mahal həm də  əbədi məhəbbətin rəmzidir. Bəs belə bir möcüzəni yaratmağa Cahan şahı nə sövq etmişdi?

Cahan şah 23 il ərzində qəddar babası Cahangir şahdan nəsihət alardı.Babası ona həmişə arvadının sözünə baxmamağı tapşırardı.Bundan ilham alan Şahzadə Cahan həmişə qəddar olar,digər qardaşlarından seçilərdi.Ona görə babası Cahangir şahın gözünə girərdi.Ancaq 29 yaşında ölkəni gəzmək istəyən Şahzadə,Mümtazı görən kimi ona aşiq olur və babasının sözündən çıxaraq,Cahangir şaha nifrət bəsləyir.32 yaşında babasını öldürüb,onun mirasına sahib olur və Mümtazla evlənir. Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı. Cahan şah ona hələ 20 yaşında ikən aşiq olmuş, evlənmək üçün 12 il gözləmişdi. Cahan şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır, onun fikirlərini, zövqünü əsas götürürdü.

Bu həssas, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü uşağını dünyaya gətirərkən vəfat etdi.Hətta Cahan şah öz yuxusunda arvadı ilə arasında olan 14 pilləkəndən arvadının yıxıldığını görür.Həmən yuxudan 1 gün sonra Mümtaz mahal vəfat edir.Bu səbəbdən Cahan şah 14 -cü övladına nifrət edir,həmişə onun üzünə baxmırdı.Cahan şah arvadının ölümünə yas saxladığı səkkiz gün ərzində yeməkdən, içməkdən qalmış, evdən eşiyə çıxmamışdı. Doqquzuncu gün mənzilinin qapısını açıb bayıra çıxdığı zaman saçlarının ağappaq olduğu, xeyli qocaldığı göründü.

Həssas, həqiqi aşiq, vəfalı hökmdar ölüncəyə qədər qəlbində yaşadacağı sevgili arvadı üçün bir türbə tikdirməyi qərara aldı. Bu türbə saf eşqi simvollaşdıracaq şəkildə gözəl, qəlb açan, eyni zamanda möhtəşəm olmalı idi. Bunun üçün dünyanın ən böyük ustalarını tapacaq, xəzinəsini bu əsərə xərcləməyi onların ixtiyarına verəcəkdi. Bu məqsədlə İstanbuldan memarlar gətirtdi. Gələnlər Memar Sinanın tələbələrindən olan memar Məhməd İsa Əfəndi və onun dəstəsi idi.

Məhməd İsa Əfəndinin aylarca çalışaraq planını cızdığı Tac Mahalın tikintisində son dərəcədə parlaq, ağ mərmər işlədildi. Parlaq, ağ mərmərin incə mavi damarları da vardı. Bu mərmərdən tikilən möhtəşəm qübbənin yerdən yüksəkliyi 82 metrdir. Qübbənin üzərindəki qızıl aypara bu yüksəkliyi daha da artırır. Türbənin ağ mərmərdən dörd minarəsi də var.

Şah Cahan

Tac Mahalın tikintisinə 1631-ci ildə başlanılmış və 1650-ci ildə başa çatdırılmışdır. Mümtaz Mahalın və öldükdən sonra onun yanında dəfn edilən Cahan şahın tabutları üst qatdadır. Qübbənin altında olan bu tabutlarda mərmər oymaçılığının ən gözəl nümunələri görünür. Tabutların olduğu yerdə insan ağzından çıxan hər səs möhtəşəm qübbədə yeddi dəfə əks-səda verir.

Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənmişdir və divarlardakı cəvahiratlar buna daxil deyildir. Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərlərdən tikilmiş 4 minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və hədsiz gözəlliyi ilə insanları vahel edirdi. Hətta İstanbuldakı möhtəşəm Süleymaniyyə Camisi üçün 19 milyon qızıl lirə xərcləndiyini söyləsək, Tac Mahal üçün necə böyük bir fədakarlıq göstərildiyi daha yaxşı anlaşılır.

Böyük və gözəl fəvvarəli bağ içində  salınmış  Tac-Mahal beşgünbəzli möhtəşəm binadan və künclərindəki  4 minarədən ibarət tikilidir.  Türbənin xarici  görünüşü  mütləq simmetriya konsepsiyasına  söykənir  və Mümtaz Mahalın məqbərisinə nəzərən mərkəzi-ox simmetriyasına malikdir.

Tac-Mahalın divarları  yarımşəffaf ağ  mərmərlə örtülüb.  Rəngini dəyişən, daha doğrusu, belə bir təsəvvür yaradan mərməri  inşaat yerinin 300 kilometrliyində yerləşən daş karxanasından gətirirdilər. Mərmər gündüzlər ağ, dan yeri söküləndə, qürub çağında çəhrayı, gecələr isə  gümüşü  rəngə çalırdı.  Dekorativ elementlər müxtəlif boya, suvaq, daş inkrustasiya və oyma fiqurların köməyi ilə yaradılıb.  Kompleksin divarlarına dekorativ elementlər kimi  Qurani-Kərimdən parçalar həkk olunub.  Divarlar və tavan əlvan daşlarla – firuzə, qara, qırmızı və narıncı əqiq, malaxit, mirvari,  sədəf, kəhrəba, zümrüd və yaqutla işlənib. Ümumiyyətlə, 28 növ  yarımqiymətli və qiymətli  daşlardan istifadə olunub. Bu daşları  hətta Çin, Əfqanıstan, Tibet və Şri-Lankadan gətirirdilər.Türbəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi tikib.

Türbəni bəzəyən  günbəzlər qızıl suyu çəkilmiş  fiqurlarla tamamlanıb.  Yeri gəlmişkən, sərdabəni bəzəyən mərmər günbəz Tac-Mahalın ən cəlbedici hissəsidir. Onun hündürlüyü  35 metrdir.  Baş günbəzin əzəldən qızıldan olan tacı XIX əsrdə tuncla əvəzlənib. Tacı ucları səmaya istiqamətlənən aypara tamamlayır.
Saray ümumən 1,2 hektar ərazidə yerləşir.

Əfsanəyə görə,  Camna çayının o biri sahilində qara mərmərdən oxşar tikili ucaldılmalı, bu iki tikilini  birləşdirmək üçün çayın üzərindən boz mərmərdən körpü çəkilməli idi. Amma Cahan şah bu niyyətini həyata keçirməyə macal tapmır.
Tac-Mahalın tikintisi başa çatandan çox keçməmiş oğlu Cahan şahı devirir və onu  Dehli qalasına salır.  Ölümündən sonra onu sevimli xanımının  yanında dəfn edirlər. Hazırda onların sərdabələri türbənin içindədir.

XIX əsrin sonunda Tac-Mahalın ayrı-ayrı hissələri baxımsız vəziyyətə düşdü. Türbə Britaniya   əsgərləri və məmurları tərəfindən qarət edildi. Onlar binanın divarlarından qiymətli daşları  söküb aparırdılar. Elə həmin vaxt lord Keyzon irimiqyaslı  yenidənqurma  işlərinə başladı. Bərpa işləri 1908-ci ildə başa çatdı. Moğalların bir vaxtlar cənnəti  xatırladan bağına da əl gəzdirib, onu Britaniya üslubuna saldılar.

Tac-Mahal  Hindistanın hər il milyonlarla turist cəlb edən ən görməli yerlərindən biridir. Bu abidə 1983-cü ildə  UNESCO-nun  Dünya Mədəni İrs Siyahısına,  2007-ci ildə  isə  ümumdünya səsverməsi nəticəsində  Dünyanın Yeddi yeni möcüzəsi siyahısına salınıb.

Bir cavab yazın

Your email address will not be published.