Frida Kahlo kimdir?

Əsil adı Magdalena Carmen Frida Kahlo Calderon olan Meksikalı rəssam 1907-ci ildə anadan olub və 1954 – cü ildə 47 yaşında vəfat etmişdir. Sadəcə sənəti ilə deyil, şəxsi həyatı və siyasi baxışları ilə də tanınan Kahlo acılarla dolu bir həyat sürmüşdür. Yaşarkən məhşur olan nadir rəssamlardan biri olan Kahlo üçün Picasso ” biz onun kimi insan üzü çəkməyi bilmirik” demişdir.  Bu məhşur qadının həyatı 2002-ci ildə Firda adı ilə böyük ekrana uyğunlaşdırıldı və ən yaxşı tərcümeyi hal filmləri siyahısının vazkeçilməzi oldu.

Frida Kahlo haqqinda 

Frida Meksikada doğulub. Bədii şəxsiyyətindən əlavə feminist və inqilabçı olaraqda adlandırılır. Çətinliklərlə dolu qısa həyatında bir çox mühüm əsərlər hazırladı.

Yaşayaraq şöhrət qazanan, 20-ci əsrin məhşur mədəniyyətinin simvolu olan nadir rəssamlardan biri idi. Sənəti bəziləri tərəfindən sürrealist kimi təyin olunsada, bu tərifi heç vaxt qəbul etməyib.

Firda Kahlonun həyatı

Hələ 5 yaşında ikən atası ilə bir gəzintiyə çıxdığı zaman ayağı bir ağac kötüyünə ilişir və böyük ağrı ilə yerə yıxılır. Bu hadisədən sonra keçirdiyi uşaq iflicinin ardından ona qalan; azca axsayan zəif bir ayaq idi. Ayağı problemli qalan Fridaya ” Taxta ayaq Frida” ləqəbi taxılmışdı.

Frida bu acıyı bu sözlərlə anlatdı

“Chapultecdəki yıxılmağımla, daha sonralar yaşadıqlarım arasında nə cür əlaqə qurular bilmirəm. Amma dəqiq olan birşey varsa, oda acının bədənimə ilk dəfə o gün girmiş olduğudur” .

Dövrünün ən yaxşı təhsilini verən Beynəlxalq Hazırlıq Məktəbində oxuyan Frida, sənət, ədəbiyyat, fəlsəfə kimi sahələrə yönləndi. Anarxist bir ədəbiyyat qrupuna daxil oldu.

Həyatını dəyişdirən qəza 

19 yaşında o zamankı sevgilisi Alejandro Gomez ilə mindiyi avtobusdan çətirini unutduğu üçün enib başqa bir avtobusa minincə həyatı dəyişdi.

17 sentyabr 1925 – ci ildə evə dönərkən mindiyi avtobusun tramvayla toqquşması nəticəsində çox insanın öldüyü qəzada, tramvayın dəmir çubuqlarından biri Fridanın sol budundan girib çanağından çıxdı. Qəzadan sonra bütün həyatı korsetlər, xəstəxanalar və həkimlər arasında keçən Frida ; onurğası və sağ ayağında dayanmayan bir ağrı ilə yaşadı. Həyatı boyunca 32 dəfə əməliyyat edildi və uşaq iflici səbəbindən zəif olan sağ ayağı 1954 cü ildə qanqren olduğuna görə kəsildi.

Bir oğlan uşağı kimi böyüyən və məktəb illərində daha çox oğlanlarla dostluq edən Fridanın mübarizə etməli olduğu ilk əngəli ayağı olmuşdur.

Qəzadan bir ay sonra xəstəxanadan çıxan Kahlo, ailəsinin israrı ilə sıxıntı və acıdan qaçmaq üçün rəsim çəkməyə başladı.

İl əvvəllər sadəcə acısını unutmaq üçün başladığı rəsm sonralar həyatının əsas parçası oldu. Anası onun üçün yatağının tavanına güzgü düzeltdirdi. Anası bunu Frida özünə baxmaqdan vazkeçməsin deyə etdirmişdi.

Yatağının tavanındakı güzgüyə baxaraq avtoportretlər çəkdi. Öncə güzgüyə baxaraq öz portretlərini çəkməyə başladı . İlk avtoportreti ” Məxmər paltarlı avtoportret” – dir. (1926)

1927 ci ilin sonunda yeriməyə başlayan Frida Kahlo, bu dönəmdə sənət və siyasət çevrələri  ilə yaxınlaşmağa başladı. Kubalı öndər Julio Antonio Mella və fotoqraf Tina Matotti ilə tanış olub yaxın dost oldu. Sosialistlər mübahisələrinə qatılmağa başladılar. Frida Kahlo 1929 cu ildə Meksika Komunist partiyasına üzv oldu.

Bir yandan siyatlə məşğul olarkən bir yandanda rəsmlə məşğul olurdu. Və bəyənərək izlədiyi məhşur rəssam Diego Rivera ilə tanış olmaq istəyirdi. Meksikalı Mikaencelo olaraqda bilinən rəssamla tanış olan Frida ona aşiq olur və cütlük 1929 cu ilin avqustunda bütün qarşıçıxmalara rəğmən evləndi.

Frida Diegoya aşiqdi. Sevildiyinidə bilirdi və Diogonun başqa qadınlara olan marağında. Frida evliliklərin ilk ilində hamilə qaldı. Amma səhhətindəki problemlər və Diego ilə olan anlaşılmazlıqlara görə uşağı aldırmaq məcburiyyətində qaldı. Çütlük Diegonun işləri ilə əlaqədar Amerikaya yerləşdi. Və burada Frida ard – arda iki dəfə uşaq saldı. Amma uşaq sahibi olmaü Fridanın ən böyük arzularından biri idi. Bunu öz rəsmlərində də əks etdirmişdi.

Dieogonun başqa qadınlara olan marağı artıq Fridanı yormuşdu. Fırtınalı keçən evliliklərini artıq götürə bilmirdi. Və 1939-cu ildə ayrıldılar. Bir il sonra yenidən evləndilər və Fridanın uşaqlığı keçən evə yerləşdilər.

Nə yaşayırlar yaşasın, hətta Frida öz adına nə səhv edir eləsin, Diego onun üçün hət zaman özəl və önəmli oldu.

Frida yeri gələndə onu yalnız buraxan, yeri gələndə ondan daha yaxşı rəsm çəkdiyi üçün qısqanan Diegoyu hər şeyi hesab edirdi.

  Dəyəri yaşarkən bilinən sənətçi Frida Kahlo 

Frida Diegoyla ikinci dəfə evləndiyi zamanlar surrealist cəryanın əsas nümayəndələrindən olan Andre Bretonun dəstəyi ilə Newyorkda bir sərgi açdı və bu sərgi böyük bir marağa səbəb oldu.

Frida yaşarkən dəyəri bilinən nadir sənətçilərdən biri idi. Buna görə də o sərgidə rəsmlərinin yarısı satıldı. Hətta 4 tablosunu məhşur aktyor Edward G. Robinson aldı.

Frida artıq beynəlxaq şöhrətə sahib idi. Newyorkdan sonrakı sərgisini Parisdə açdı. Picasso, Kandinsky başda olmaq üzrə bir çox önəmli insanların sərgiyə marağı böyük idi. Luvr muzeyi Fridanın ” Çərçivə” adlı tablosunu satın almışdı.

Hətta Fridaya olan heyranlığına görə Madonna onun 70 əsərindən 50-sini satın almışdı.

Sağlığı tez-tez pozulsada, Frida bütün mənliyini rəsmə adayaraq yaşadı. Hiss etdiyi bütün gücü ilə rəsm çəkirdi. Yenə də həyatda ən böyük ürək sıxıntısı sağlıq problemləri deyildi. Frida heç bir zaman sahib olmadığı xəyali uşağı Leonardo üçün çox darıxırdı.

Ona sahib olmadığı üçün ev heyvanları bəsləyirdi. 1941 ci ildə çəkdiyi ” Mən və Tutuquşularım” və 1953-də çəkdiyi ” Meymunlarla avtoportret”  adlı tabloları bəlkə də Leonardoya bir hədiyyə idi.

Sağlığı pis olmasına rəğmən 10 il boyu təhsil verən Frida, rahatsızlığı səbəbindən evində dərs vermişdir. Tələbələri də Los Fridos ( Frida tələbələri)

olaraq anılmışdır. 1950-ci ildə sağlıq problemləri səbəbindən xəstəxanaya yatırılan Frida 9 ay burda qalmışdır. 1953-cü ildə Meksika da ( ölkəsində ilk şəxsi sərgisi olmuşdur) bir sərgi açmışdır.

Frida Kahlo, 1954 cü ildə 47 yaşında ağciyər emboliyası səbəbindən vəfat etmişdir. İnsanın ürəyinə toxunan həyatında verdiyi son əsər isə ” Yaşasın Həyat” adlı natürmort əsəri olmuşdur. Cəsədi yandırılan məhşurun külləri 1955-ci ildə əri Rivera tərəfindən dövlətə bağışlanmış olan Mavi Evdə saxlanılmaqdadır. Cəsədinin yandırılmasını istəyən istəyən Frida Kahlo, ölməzdən əvvəl yataraq yetəri qədər zaman keçirdiyini, bu səbəblə artıq yatmaq istəmədiyini demişdir.

İndi muzey olan evdə Fridanın əşyaları sərgilənir.

Qısacası çəkdiyi bədənsəl və ruhsal ağrılara rəğmən yaşamaqdan heçbir zaman vazkeçməmiş güclü bir qadındır. Və həyat hekayəsi öyrənilib özümseniləsi nadir kişilərdəndir.

Kədərlərini unuda bilmək üçün rəsmə sarılan Frida Kahlonun 143 tablosu var və bunlardan 55-i avtoportretdir.

Mənbə. https://devdoping.az/

Bir cavab yazın

Your email address will not be published.