Çingiz Mustafayev Kimdir? Milli Qəhrəman haqqında məlumatlar

Dünya onu Qarabağ müharibəsində, Xocalıda çəkdiyi video ilə tanıdı. 

Çingiz Fuad oğlu Mustafayev 1960 cı ildə anadan olub. Çingiz hərbiçi ailəsində anadan olub. Çingiz 4 yaşında ailəsi ilə birgə Bakı şəhərinə köçür. O 1983 cü ildə Azərbaycan Tibb İnustutundan məzun olur və Azərbaycanın Dəvəçi adlanan şimal ucqar rayonunda tibbi karyerasına başlayır. Amma Çingizin arzusu bu deyildi. O öz arzusu olan jurnalistika sahəsinə üz tutur. Müasir Azərbaycan tarixində özünəməxsus rol oynayır. Adını şərəflə tarixə yazdırır.

Cingiz  Mustafayev istədiyi karyerasına 1990 cı il 20 yanvar tarixində başlayır. Amma təəssüf ki ilk lentə aldığı video Azərbaycanın ağır günü Qanlı “20 Yanvar” faciəsi günü Sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşiliklər idi.

Dağlıq Qarabağ da müharibə başlayanda Çingiz karyerasını hərbi jurnalistikaya həsr elədi. Ölkədə baş verən qarışıqlıq müharibə onu bu sahəyə çox bağladı.

Çingizin jurnalist həyatı müharibə ilə başlayıb, müharibə ilə də bitti.

Çingiz 1991 ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlayır. Onun fəaliyyəti Azərbaycanla hüdudlanmayıb, Reportajları informasiya blokadasında olan Azərbaycan haqqında olan reallıqları Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasında böyük rol oynadı.

Onun müəllif yaradıcılığı ölkənin döyüş olan bölgələrində operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə informasiyalar idi. Cingiz Mustafayev ” Qarabağ müharibəsi” barədə 8 ay müddətində 18 sənədli film çəkmişdir.

Çingiz döyüş gedən bölgədə sadəcə jurnalist deyildi. O, cəbhədə əsgər, zabit, hətta bir komandan kimi çox vəzifəni yerinə yetirirdi.

Çingiz Azərbaycan – Ermənistan müharibəsinin 1992ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. O ölkənin döyüş gedən bütün yerlərindən operativ xəbərlər, əsgərlərin hər biri ilə ayrılıqda xüsusi reportajlar və bunlarla birgə Azərbaycanda gedən siyasi proseslər barədə informasiyalar hazırlayırdı.

Azərbaycan tamaşaçısı onun çəkdiyi hər reportajla tanış idi,çəkdiyi ilk reportajla tanıyırdı onu. Amma dünya onu Xocalıda çəkdiyi filmlə tanıdı. Onun bu filmi ilə dünyada Ermənistanın imici zədələndi.

Cingiz Mustafayevin müharibə gedən bölgələrdə çəkdiyi reportajlar orada yaxınlarının taleyi barədə məlumat almaq istəyən sadə camaat üçün ən etibarlı məlumat mənbəyi idi. Çingiz müharibə gedən bölgələrdə real vəziyyət barədə birbaşa məlumat verirdi.

Bu videolar və foto materiallar vasitəsilə dünya münaqişənin xarakterini öyrəndi və ermənilərin dinc insanlara qarşı qəddarlığlna şahid oldu.

O, hazırladığı reportajlarda öz emosiyalarını saxlaya bilmirdi.

Onun jurnalist karyerası  müharibədə başladığı kimi müharibədə də bitdi. Çingiz 1992 ci il iyun ayının 15-də  Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak oldu. Çingiz yaralandığı halda, sonadək kamerasını söndürmədi.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin fərmani ilə 1992-ci ildən “Azərbaycanın Milli Qəhramını”adına layiq görülmüşdür.

Hətta o 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində “Dünənki keçdi” rep janrlı mahnını səsləndirib. Mahnıya aşağıdakı linkdən baxa bilərsiniz. Ondan aşağıda isə haqqında hazırlanmış videyonu izləyib daha ətraflı məlumat əldə edə bilərsiniz.

 

Mənbə. https://devdoping.az/

Bir cavab yazın

Your email address will not be published.