Həqiqətənmi ramazan ayında Şeytanın əlləri zəncirlənir? – Bu nə deməkdir?

Ramazan ayı mübarizə ayıdır. İnsan bu ayda mübarizə içindədir. Çünki ətrafda baş verənlər onun nəfsinin tam ziddinədir. Çünki bu ay məhdudiyyət ayıdır.

Həmçinin hədislərdə və digər dini mətinlərdə Ramazan ayında Şeytanın əllərinin bağlandığı çox qeyd edilib.

Doğurdanmı Şeytan zincirlənir?

Elə isə, görəsən bu ayda olan günahlara kim “fitva” verir?

İnsan niyə günah edir?

İslam alimləri, əxlaq ustadları Şeytanın zincirlənməsi məsələsinin izahında əsas iki diqqət olunası mətləbə işarə ediblər:

– Birinci orucun sipər olması məsələsidir.

Yəni insan oruc tutmaqla özünü müdafiə edir. Oruc tutan bəzən hər hansı bir işi görmək istəsə də edə bilmir. Çünki bu vəziyyəti onun əlini-qolunu bağlayır. İxtiyarını əlindən alır. Hətta demək olar ki, bir ay oruc olanın fiziki gücüdə azalır, çünki bədəni zəifləyir. Onu həvəssiz edir.

Necəki Allah Rəsulu (s) buyurub: Şeytan Adəm övladının bədənində, qanında dolaşır, elə isə aclıqla onun yollarını sıxışdırın və maneə yaradın. (Biharul-ənvar .C-70.S-62)

Yaxud, Allah Rəsulu (s) buyurub: “ Nəfsinizlə aclıq və susuzluqla mübarizə aparın”. (əl-Məhəccətul-bəyda. C-5.S-146)

Həzrəti Əli (ə) buyurub: ” Nəfsin əsir edilməsində və adətlərin sındırılmasında ən yaxşı köməkçi ac qalmaqdır.” (Ğurərul Hikəm-9944)

– İkinci məsələ isə ilahi inayətdir. Bu ayda Allah Təala tərəfindən bəndəsinə xüsusi inayətin və xüsusi rəhmətin olmasıdır ki, şeytanın əl qolunu bağlayır. Bu ayda dualar qəbul olur, edilən ehsanlar və münacatlar yüksək dərəcədə ilahi dərgahda qiymətləndirilir.

Təbii ki bütün bunların müsbət nəticəsi sonda insanın özünə qayıdır və Şeytanla mübarizə aparmaq üçün, onu ram etmək üçün insanın sipərinə, silahına çevrilir.

Nəticədə oruc insanın şeytanla mübarizə vasitəsi, silahı olur. İnsan oruc vasitəsi ilə həm şeytana, həm də nəfsi əmmarəsinə ( pisliyə dartan nəfs) qalib olur. Nəfsini cilovlayır, şeytanı isə özündən uzaqlaşdırır. Elə buna görə də hədislərdə nəfsin və şeytanın ram edilməsi üçün ən gözəl silah kimi orucluq tövsiyyə edilib.

Bütün bunlardan aydın olur ki, insan öz mübarizliyi və səyi ilə, bir də xüsusi ilahi inayətlə açıq aşkar olan düşməninə qalib gəlib onu həbs etməyi bacarır.

Şeytanın zəncirlənməsində əsas amil oruc tutmaq yox, orucun insanda qoyduğu təsirdir.

Mənbə. www.ahlibeyt.ge

Bir cavab yazın

Your email address will not be published.