Son dialoq

Bir gün qızla oğlan motosikldə 160km/s sürətlə gedirdi. Bu sürət qızı çox qorxutmuşdu. Oğlandan motosikli yavaş sürməsini istəyirdi.
Qız: Yavaş sür, qorxuram…
Oğlan: Yox, belə daha maraqlıdı.
Qız: Mən çox qorxuram, yavaş sür dedim.
Oğlan: Yaxşı, onda mənə sevdiyini de!
Qız: Səni sevirəm… Çox sevirəm.. Yavaş sür, indi!
Oğlan: İndi məni bərk-bərk qucaqla…
Qız oğlanı bərk-bərk qucaqladı…
Oğlan: Başımdakı dəmir papağı çıxart, öz başına keçirt, məni narahat edir. Mən də sürəti azaldıram, sevgilim.

Sabahısı gün TV kanalların birində xəbər yayımlandı ki, motosiklin əyləci(tormoz) xarab olduğundan oğlan idarəni itirib və qəzada oğlan vəfat edib. Qızın dəmir papağı olduğundan onu xilas etmək, həyata qaytarmaq mümkün olub. Oğlan qəzanın baş verəcəyini bilib, artıq bilirdi ki, motosikldə idarəni itirib… Ona görə də sevgilisindən 3 şeyi xahiş edib:
-Məni sevdiyini söylə…
-Məni bərk-bərk qucaqla…
-Dəmir papağı öz başına keçirt, məni narahat edir….

Mənbə. kayzen.az

Bir cavab yazın

Your email address will not be published.