Qubanin Xınalıq kəndi (TVmusavat kanalı)

Qubanin Xınalıq kəndi (TVmusavat kanalı)

https://youtu.be/6ZQFH8gX1iQ?t=39   https://youtu.be/4VcWIvZCMuc?t=114 Xınalıq (xın. Хыналыкъ) və ya yerli dildə: Kətiş (xın. Каьтиш) — Azərbaycan Respublikasının Quba rayonununeyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİdövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur. Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.
Xınalıq bələdiyyəsininemblemi
52 saylı Quba seçki dairəsinin 64 saylı seçki məntəqəsinin dislokasiyası
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının inzibati ərazi vahidində yaradılmış Seçki Dairələrinin Siyahısı"na əsasən Xınalıq bələdiyyəsi 52 saylı Quba seçki dairəsinin hüdudlarındadır. Xınalıq kənd orta məktəbinin binasında həmin dairənin 64 saylı seçki məntəqəsi yerləşir. Xınalıq kəndində Quba rayon İcra Hakimiyyəti Başçısının Xınalıq inzibati ərazi vahidi üzrə nümayəndəliyi, Xudat Sərhəd Dəstəsinin "Xınalıq" sərhəd zastavası, poçt şöbəsi, Xınalıq dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun müdiriyyəti, Mədəniyyət evi, orta ümumtəhsil məktəbi, Şadlıq evi, Azercell və Bakcell mobil operatorlarının stansiyaları vardır. Kənddə həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba rayon polis şöbəsinin 25 nömrəli polis sahə məntəqəsi yerləşir. 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir. Xınalıq kəndinin əhalisi 1837 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Xalq sənətkarlığı inkişaf etmişdir. Son illərdə turizm inkişaf etməkdədir. Xınalığın köhnə məhəllələrində indiyə kimi 153 ev salamat qalmışdır və bu evlərdə 1360 nəfər yaşayır. Xınalıqda 82 qədimi ev tam və qismən dağılmışdır. Kənd küçələrinin uzunluğu təxminən 5 kilometrdir. Xınalığın inkişafı onun tarixi hissəsindən kənara çıxmış və hazırda Xınalıq çayının kənarında yeni yaşayış massivi salınmışdır. Xınalığın yeni yaşayış massivindəki 53 evdə 58 ailə yaşayır. 2011-ci ilin əvvəlinə Xınalıqda 370 təsərrüfat vardır.

Adının mənası

"Xınalıq" sözü oykonimdir. Xınalıq adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilmişdir. Xınalıq adı təxminən XIX əsrin 50-60-cı illərindən sonra işlənməyə başlanmışdır. Tədqiqatçıların fikrincə, oykonim "xeni" sözündən və Azərbaycan dilində mənsubiyyət anlayışı bildirən "-lıq" şəkilçisindən düzəlib, "Xenidən olanlar, xenililər" mənasındadır. Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini "Kətş xalqı" ("Kədid" və ya "kədtid"), öz kəndlərini isə "Kətiş" adlandırırlar. Bu da çoxlu sayda "kətid"lərin yaşadığı yer mənası verir. Bu sözlərin mənası "müqəddəs" deməkdir.

Tarixi

Xınalıq barəsində tarixi tədqiqatlar çox azdır. Tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Əsasən Xınalıq etnosunun və dilinin tarixi araşdırmalarına və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər. Xınalıq orta əsr yaşayış yeri Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2300 metr hündürlükdə, Qızılqaya yastanının cənub-şərq yamacında, strateji baxımdan çox əlverişli məkanda salınmışdır və hal-hazırda müasir kənd tikililəri ilə davam etdirilmişdir. Qala divarlarının qalıqları Xınalığın şimal və şimal-qərb tərəfində dar bərzəxdə arxeoloqlar tərəfindən qeydə alınmışdır. Yaşayış yerinin cənub-şərq tərəfindən yerləşən giriş isə piramida biçimli qüllə ilə mühafizə olunurdu. Xınalığın orta əsrlərdə mahal mərkəzi olduğu ehtimal edilir

Nuh peyğəmbərin nəsli

Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allahtərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi həlak olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə də Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sam və Ham müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan da Qafqaz xalqları törənmişdir. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərilir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

Strabonun 17 cildlik "Coğrafiya"sında

Xınalıqlıların əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir. Xınalıqlıların qədim yunan alimi Strabonun 17 cildlik "Coğrafiya" əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Xınalıqlılar həmin 26 alban tayfasından biri olmasını Xınalıq kəndi ərazisində olan çoxsaylı alban qəbiristanlıqları və digər alban tayfalarının məlum olan dillərindən fərqli olan dili təsdiq edir.

VII-X əsrlər

Musa Kalankatlının "Alban tarixi" əsərində

Alban tarixçisi Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyanın şimal–qərbində bir əyalət Xeni adlandırılır. Tədqiqatçılar müəyyən etmişlər ki, Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir.

Yaqut əl-Həməvi Xınalıq haqqında

Müxtəlif tarixi mənbələrə görə, Xınalıq erkən orta əsrlərdə mahal mərkəzi, kiçik şəhər olmuşdur. Bunu XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi "Mücəm əl-buldan" (azərb. "Ölkələrin əlifba sırası ilə sadalanması") adlı lüğətində Xınalığın Xazaran dağ keçidində kiçik şəhər olduğunu bildirən yazısı da sübut edirHəmin "Coğrafiya" lüğətindən aydın olur ki, Xınalıq kəndi VII-X əsrlərdə mədəni mərkəz olmuş, orada bir çox alimlər yetişmişlər.

Şirvanşahlar dövləti dövründə

Şeyx İbrahimin fərmanı ilə XIV əsrin sonu – XV əsrin əvvəllərində Xınalığın idarə olunması qaytaq usmisinin (hakiminin) oğlu Məhəmməd bəyə həvalə edilmişdi.

Nadir şah Əfşar Xınalıqda

Kəndə aid ən qədim tarixi faktlardan biri Nadir şah Əfşarın dövrünə aiddir. "Gülüstani-İrəm" əsərində Abbasqulu ağa Bakıxanovun yazdığına görə, Dağıstana yollanan Nadir Altı-Ağac istiqamətindən Dərəkəndə gedir və Dağıstan sərdarına ərzaq toplamaq barədə göstəriş verir. O, buradan oğlu Rzaqulu mirzəni Şabran yolu ilə Dərbəndə göndərir. Qoşun hissələri üç yerə ayrılır və Nadirin özünün başçılıq etdiyi dəstə Buduq və Xınalığa gedir və buradakı qaçaqları cəzalandırır. Həmin ərazilərdə qətl-qarət törədən Nadir qayıdıb Qubanın Gilyar adlı yerində öz ordusuna yetişir.

Quba xanlığı dövründə

Xınalıq mahalı

Əsas məqalə: Xınalıq mahalı
Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq kəndi Xınalıq mahalının mərkəzi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi[26]. Tarixi ədəbiyyatda olan bir məlumata görə Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar

Əhalisi

Əsas məqalə: Xınalıqlılar
1880-ci ildə rus fotoqraf Dmitri Yermakov tərəfindən, Xınalıq kəndində çəkilmiş şəkil. Şəkildə xınalıqlı kişilər çəkilmişdir.
Xınalıq. Müasir geyimdə kişilər (Ətiqə İzmayılova, 1977)
Xınalıq kəndinin əsas və aborigen sakinləri olan Xınalıqlılar Qafqazda minilliklərlə yaşamış, öz dilini, adət-ənənələrini itirməmiş, bu günümüzə qədər saxlamışdır. Onlar Şahdağ milli etnik qrupunun nümayəndələri, aborigen Azərbaycanlılardır. Tarixən xınalıqlılar, indiki Azərbaycan ərazisi sayılan Qafqaz Albaniyasında yaşayan xalqların törəmələridir. Qədim dövrlərdən bəri, indiki xınalıqlıların həyat tərzində çox da böyük dəyişikliklər baş verməmişdir. Xınalıqlılar islam dininə sitayiş edirlər (sünni). Xınalıqlılar özləri-özlərinə "kətdid" deyirlər ki, bu sözün mənası "özümüzkilər" deməkdir. Xınalıq dilinin əsas daşıyıcıları Xınalıq kəndinin özündə yaşayan xınalıqlılardır. Ümumi sayı 30 minə yaxın olan xınalıqların təxminən 5 min nəfəri təmiz Xınalıq dilində danışırlar.

Uzunömürlülər məskəni

Xınalıq həm də uzunömürlülər məskənidir. Bulaq suyu, dağ havası Xınalığı uzunömürlülər diyarına çevirmişdir. Teymur Bünyadov 1987-ci ildə dərc olunmuş "Əfsanələr diyarı" adlı məqaləsində onların bəzilərinin adlarını xatırlayır: kişilərdən 132 yaşlı Hacı baba, 120 yaşlı Hacı Nəzir baba, 117 yaşlı Molla Bəşir kişi, 115 yaşlı Şahbaz baba, 112 yaşlı Becan baba, 110 yaşlı usta Cəbrayıl, Hacı Sultan Əmir, Hacı Soltan Əhməd; qadınlardan 107 yaşlı Əsmər və Pəricahan nənə, 103 yaşlı Gülcənnət və Əminə nənə və onlarca başqaları... Həmin mənbədə daha sonra göstərilir ki, yaşları 90-nı keçib 100-ü haqlayanları isə daha çoxdur.

Məşhur xınalıqlılar

Tarixdə məşhur xınalıqlıların adları da qalmışdır. XII əsrdə İbn-Həkim Əl-Xinaluqi Bağdadda fəaliyyət göstərmiş, həkim və filosof olmuşdur. XV əsrdə başqa bir Xınalıqlı tarixçi Məhəmməd Xinaluqi Şirvan və Dərbənd tarixini yazmışdır. Təəssüf ki, bu kitabın orijinal mətni dövrümüzə gəlib çatmamışdır. ХVII-XIX əsrlərdə Xınalıqdan bir sıra aşıqlar-nağılçılar çıxmışdır. Fitri istedada malik Əhməd əfəndi XIX əsrdə Qafqazın müxtəlif dini mərkəzlərində — Tiflisdə, Dağıstanda, Teymurxanşurada (indiki Vladiqafqaz) yaşayıb fəaliyyət göstərmişdir. Hal-hazırda Xınalıqda Əhməd əfəndinin türbəsi vardır.    

Yerli dil

Əsas məqalə: Xınalıq dili
Xınalıq kəndinin əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dildə danışırlar. Bu dili xınalıqlılar Kətiş dili (azərb. xınalıq dili) adlandırırlar. Kətiş dilini bəzi mütəxəssislər Şimali Qafqaz ailə qrupunun Nax-Dağıstan dil ailəsinə aid edirlər. Digər mütəxəssislər isə bu dili Ural dil qrupuna aid edirlər. Bundan öncə mütəxəssislər bu dili Qafqaz-Şahdağ dil qrupuna aid edirdilər. Bu sahədə lingvistik tədqiqatlar davam edir. Lakin bütün mütəxəssislər razılaşırlar ki, bu dil ən qədim dil ailəsinə məxsus dillərdən biridir. Alimlər belə bir maraqlı mülahizə də irəli sürürlər ki, Xınalıq dili Qafqaz Albaniyasının tərkib hissəsi olan tuti tayfalarının dili ilə yaxınlıq təşkil edir Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Yegənə fərq Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində kompakt yaşayan üç əsas nəsil arasında müəyyən hallarda tələffüz zamanı danışıq dili fərqlənir. Bu dildə ismin 18 halı vardır. Kətiş dilinin rus və ingilis dillərində lüğət kitabları çap olunmuşdur. Hələ xınalıqca-azərbaycanca lüğət tərtib edilməmişdir. Kətiş dili çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Kətiş dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənirlər. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.

Sosial həyat

Məşğuliyyət

Xınalıqda 132 nəfər büdcə təşkilatlarında işləyir. Onlardan 100 nəfəri məktəbdə, 4 nəfər səhiyyədə, 3 nəfər poçtda, 4 nəfər icra nümayəndəliyində, 5 nəfər mədəniyyət evində, 2 nəfər kitabxanada, 10 nəfər XDTME qoruğunda, 1 nəfər Azercelldə, 1 nəfər Bakcelldə, 2 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin stansiyalarında işləyir. Xınalıqda qış mövsümündə köçəri heyvandarlıqla məşğul olan 200-ə yaxın təsərrüfat 7 ay müddətinə qışlağa köçür. Xınalıqlıların kəndi tərk etməsi prosesi son 5 ildə (2005-2010) dayanmışdır. Xınalıqdan olan ali təhsil almış şəxslər kəndə qayıtmırlar. Bunun əsas səbəbi iş və gələcək inkişaf perspektivlərin olmamasıdır.

Təhsil

R. Kəlbiyev adına Xınalıq kənd orta məktəbi
Xınalıqda təhsilə maraq hələ qədimlərdən olub. Kənd ağsaqqallarının ata və babalarından eşitdiklərinə görə Osmanlı dövründə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çuvallarla kitab gətirilirmiş. Söyləyirlər ki, kəndin oğlanları İstanbulda, Təbrizdə, Səmərqənddə təhsil alıblar. Səmərqənddə xınalıqlıların qəbri var. XIX əsrdə xınalıqlıların 90%-i savadlı olub. Lakin sonralar bu faiz xeyli aşağı düşüb və yalnız XX əsrin60-cı illərində ilk xınalıqlı ali təhsil alıb Hazırda kənddəki R. Kəlbiyev adına Xınalıq kənd orta məktəbində 312 şagird təhsil alır. Həmin məktəb 1926-cı ildə yaranmışdır. Quba rayon XDS-nin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 mart 1995-ci il tarixli, 039 nömrəli Qərarı ilə Xınalıq kənd orta ümumtəhsil məktəbinə Rüfət İbrahim oğlu Kəlbiyevin adı verilmişdir. Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Rüfət Kəlbiyev Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. I-IV siniflərdə kətiş dilində "Ana dili" dərsi keçirilir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 1995-ci il tarixli, 266 saylı əmrilə "Xınalıq dili tədris proqramı" təsdiq olunmuşdur. Həmin vaxt Xınalıq kənd orta məktəbinin ali dərəcəli dil-ədəbiyyat müəllimi olmuş şair-mütərcim Rəhim Alxasın tərtib etdiyi bu proqram Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutununelmi şurasının qərarı ilə bəyənilmiş və istifadə üçün məsləhət görülmüşdür[54]. Lakin bu tələbatı ödəyən ədəbiyyat və dərslik yoxdur. Xınalıqdan son beş il ərzində (2005-2010) cəmi bir nəfər ali məktəbə daxil olmuşdur (2010-cu ildə). Bu təhsilin səviyyəsi aşağı olmasının göstəricisidir. Xınalıqda hal-hazırda 17 nəfər ali təhsilli şəxs vardır. Onlardan 11-i pedaqoq, 3-ü iqtisadçı, 3-ü mühəndisdir.

Dini inam

Xınalıqlılar İslam dinindən qabaq bütpərəst olublar. Hazırda xınalıqlılar İslam dininin sünni təriqətinə mənsubdurlar. Lakin onların məişətlərində dinə qədərki təbiətlə bağlı inaclara da təsadüf olunur. Məsələn, xınalıqlılar arasında odla fala baxma ənənəsi vardır. Digər tərəfdən, Xınalıq kəndindən 4-5 kilometr qərbdə təbii yanar qaz çıxan, gecə-gündüz yanan bir yer var ki, bura əhali tərəfindən "Atəşgah" adlandırılır. Bu ziyarətgaha əsasən, xınalıqlıların atəşpərəst olduğunu qeyd edirlər. Mənbələrin verdiyi məlumata görə Azərbaycana ticarət və ibadət məqsədləri ilə gələn hind atəşpərəstləri təkcə Abşeronda deyil, eləcə də Xınalıq ərazisindəki həmin "Atəşgah"da öz od allahlarına sitayiş edirmişlər[. Xınalıqlıların öz "Atəşgah"larına indiyədək müqəddəs ocaq kimi baxması faktı onların məişətində atəşpərəstliyin mühüm yer tutduğunu deməyə əsas verir.
Xınalıq qəbiristanlığında məzar
Xınalıq kəndində müxtəlif dövrlərə aid səkkiz qəbiristanlıq vardır. Kənddə "Giyad təpəsi" deyilən yerin başından tutmuş ayağınadək, kəndin içərisindən tutmuş Rutsoş və Dəyirmançay çayının sahillərinə kimi görünən saysız-hesabsız qəbirlərin tarixi bu günə qədər tədqiq olunmamışdır. Xınalıq qəbiristanlıqlarında köhnə qəbirlərin çoxu həm enlilik, həm də uzunluq cəhətdən olduqca böyükdür. Başdaşları ya ərəb əlifbası, ya da ondan qabaqkı əlifbalarla yazılıb] Rutsoş çayına gedərkən yolun üstündəki açıq qəbirlər buna əyani sübutdur. Xınalıqdakı qəbirlərin bəziləri 3-4 mərtəbəlidir. Burada qəbirlər bir-birinin üzərində yerləşir. Xınalıq ərazisində 31 türbə və ziyarətgah vardır. Onların 16-sı İslam dövrünə aiddir, qalanı isə islamaqədərki inanclarla bağlı olub və əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir. Xınalıqda VIII-IX əsrlərdə Əbu Müslim tərəfindən İslam dini təbliğ olunmağa başlayır. Bu gün fəaliyyət göstərən cümə məscidi də həmin dövrdə tikilmişdir. Camaat bu məscidi Əbu Müslim məscidi adlandırır. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunmuşdur. Yazıların təqribən III-VIII əsrlər arasında yazıldığı ehtimal olunur. Yazıların tam olaraq tərcüməsi olunmasa da, təxmini mənası "günəşin doğması" və "yeni tarixin başlanması" mənasını daşıyır. Oxşar yazılara Damdam çayı yaxınlığındakı şəlalə ilə üzbəüz Kündür dağında yerləşən sal daşın üzərində rast gəlmək mümkündür. Hazırda Xınalıqda əsasən 7 məscid fəaliyyət göstərir
568 Views