Monica belluci / Monica belluci nece yasi var?
Monica belluci / Monica belluci nece yasi var?
Monika Belluççi 1964-cü il sentyabrın 30-da İtaliyanın Umbriya əyalətinin kiçik Çita-di-Kastello şəhərində anadan olub. 1986-cı ildə Peruca Universitetinə qəbul olunan Monika təhsil haqqını ödəmək üçün pitseriyaya ofisiant kimi işə düzəlib. Sonra isə gözəl görünüşü onun karına gəlib – o, dostlarının məsləhəti ilə model agentliyində işləməyə başlayıb. Monika 1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatıb. O, Milandakı ən nüfuzlu model agentliyi olan "Elit"ə dəvət edilib. Təsadüf nəticəsində həmin dövrdə Moda Evinin menecerləri firmanın simvolu olacaq model axtarırlarmış. Monikanın bəxti burada da gətirib. Məhz onu "Dolce and Gabbana"nın rəsmi siması seçiblər. Məşhur modelyerlərlə iş tezliklə öz bəhrəsini verib – Monika Beluççi tez-tez moda jurnallarının üz qabığında peyda olmağa başlayıb. Paralel olaraq onun kino həyatı başlayıb. Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görüb və Monika "Brem Stokerin Drakulası" filmində kiçik rol alıb. Bu filmdən sonra onu ABŞ-da da tanıyıblar. Monika Beluççi İtaliyan filmlərindən başqa, fransız filmlərində də rollar alıb. Bunların arasında "Mənzil", "Doberman" və "Qurd qardaşlığı" filmlərini göstərmək olar. "Mənzil" filmi ona aktrisa kimi ilk uğurunu gətirib. Monika bu filmdəki roluna görə Avropanın nüfuzlu "Sezar" mükafatına nominant kimi irəli sürülüb. Həmin filmdə Monika sonradan ailə həyata qurduğu məşhur aktyor Vensan Kassellə tərəf müqabili olub. 1997-ci ildə çəkilən "Doberman" filmində Beluççi lal-kar qadın rolunu oynayıb. Bu film onun həyatında ilk ciddi sınağa çevrilib. Vensan Kassellə nikah isə onun əsl böyük kinoya yolunu açıb.
Monika Belluçi Women's World Award 2009-da