Firon və Musa peyqəmbər

Firon və Musa peyqəmbər

MUSA Misirə qayıdandan sonra qardaşı Haruna Allahın ona göstərdiyi möcüzələr haqqında danışır. Musa ilə Harun bu möcüzələri israillilərə göstərəndə, xalq Yehovanın(Allah) onlara kömək etdiyinə inanır.

Budur, Musa və Harun fironla danışmağa gəlirlər və ona deyirlər:

İsrailin Allahı (Yehov-a) belə deyir: Xalqımı burax, qoy gedib üç gün səhrada Mənə ibadət etsin! Amma firon onlara cavab verir:

Mən Yehovanı tanımıram! İsraili də buraxmıram!

Yehovaya ibadət etmək üçün israillilər işlərinə ara verməli idilər. Firon buna bərk qəzəblənir. Buna görə də onların işini daha da ağırlaşdırır. Misirlilərin onlarla bu qədər amansız davrandıqları üçün xalq Musanı günahlandırmağa başlayır. Musa yaman kədərlənir. Amma Allah ona deyir:

Narahat olma, elə edəcəyəm ki, firon məcbur olub xalqımı buraxacaq

Musa ilə Harun yenidən fironun yanına gedirlər. Bu dəfə ona möcüzə göstərirlər. Harun əsasını yerə atır və əsa böyük ilana çevrilir. Fironun sehrbazları da əsalarını yerə atanda onlar da ilana çevrilirlər. Amma bir bax! Harunun ilanı sehrbazların ilanlarını udur. Buna baxmayaraq, firon yenə də İsrail xalqını buraxmır.

Artıq fironun dərsini verməyin vaxtı çatıb. Bilirsən Yehova bunu necə edir? O, Misirin üzərinə 10 bəla göndərir.

Bir neçə bəladan sonra firon Musanı çağırıb belə deyir:

Bu bəlalara son qoy, xalqını buraxıram.Amma bəlalar bitəndə firon sözündən dönür. İsraili heç yerə getməyə qoymur. Nəhayət, onuncu bəladan sonra firon israilliləri buraxır.

İsrailoğulları, Musa əleyhissəlamın rəhbərliyində və Uca Allahın təlimatları ölçüsündə hərəkət edirdilər.  Misirdə qalmayıb başqa bölgələrə köç etməklərinin səbəbi də Allahın əmrinin bu yöndə olmasıdır. Çünki, getdikləri bölgəni (Qüdsü) Uca Allah “müqəddəs” olaraq elan etmiş və İsrailoğullarının bu müqəddəs bölgədə yaşamalarını istəmişdir. Əlaqədar ayə belədir:

“O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”. (Maidə, 5/20-21)

568 Views