Hind filmlərin yaranması və tarixi ? Hind Film məsləhətləri.
Hindistanda filmin tarixi 1896-cı ildə Lumyer qardaşlarının Vatson mehmanxansında öz kinematoqraflarının nümayişi ilə başlayır. Əgər soruşsaz ki, Lui Lümyer kimdi ? O 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombeyşəhərlərinə səyahət etmişdilər. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. 1948-ci ildə 6 iyun tarixində Lui Lümyer vəfat etmişdir. Hər il Fransada keçirilən Ən Yaxşı Sənədli Filmə "Lui Lümyer" mükafatı verilir.
Nəysə qayıdaq əsas mövzumuza, qısa müddət sonra, 1901-ci ildə ilk hind sənədli filmi çəkilir. Sənədli filmlərlə bərabər teatr filmləri də çəkilir. Bu qısa filmlər teatrlarda fasilə zamanı atraksiyon xarakterli nümayiş edilir. 1907-ci ildə Jamşedi Framji Madan Kalkuttada ilk kinostudiya olan Madan Teatre Company-ni yaradır. Səssiz filmlər dövründə bu müəssisə əsas film istehsalçısına çevrilir.
Ənənəvi hind teatrı səhnə, rəqs və mahnı qarışığından ibarət idi. Bu ənənə sonralar filmlərdə də özünə yer alır. Avropada olduğu kimi burada da film istehsalı texnikanın inkişafı ilə ayaqlaşmağa çalışır və illər keçdikcə çoxlu sayda müxtəlif mövzularda filmlər çəkilir.
Hind filmi istehsalı əsasən Mumbay (keçmiş Bombey) şəhərində cəmləşmişdir. Ona görə də, buraya çox vaxt "Hollivuda" oxşar olaraq həm də "Bollivud" deyilir. Hind filmləri yerli adət ənənələr sıx bağlı olduğundan, dünyada o qədər də şöhrət qazana bilməmişdir. Ancaq hind filmləri keçmiş SSRİ məkanında populyar idi. Bu da müəyyən qədər siyasi durumla bağlı idi. Hind filminin əsas süjetləri gündəlik problemlər, məhəbbət, suç, qisas və bu kimi mövzulara toxunur. Hər bir hind filmini praktiki olaraq musiqili film janrına aid etmək olar. Son zamanlar Hindistanda da Avropa və Amerika filmlərinə oxşar olan filmlər çəkilməyə başlamışdır. Hindistanda Bollivuddan başqa sərbəst fəaliyyət göstərən başqa studiyalar da mövcuddur. Son zamanlar Avropada ardıcıl olaraq hind filmləri kinolarda nümayiş etdirlir və hind film qəhrəmanlarının iştirakı ilə böyük konsert-şou proqramları həyata keçirilir. Hal-hazırda Hindistan ölkə kimi istehsal olunan filmlərin sayına görə dünyada birinci yerdədir.
Əgər hind filmi zəhləniz gedirsə sizə dediyim filmləri izləsəniz fikriniz dəyişər onların bütün filmlərində bizə görə can sığıcı musiqi olsada yenədə izləmək olar
1)Peekay
2)3 idiots
3)Mohabbatein
4)Sultan
5)Dangal
6)Dhoom(3 bölümdü hamısı superdi esasəndə 3cü)
7)Rab Ne Bana Di Jodi
8)Fanaa
9)Ghajini
10)1)Bodyguard 2)chennai express (bu filmlər o qədər gözəl deyil amma eylencəli filmlər olaraq bunu izləyə bilərsiz mən bəyənmişdim əsasəndə bodyguard musiqisini teri meri)