Hörümçək-adam tarixi və yaranması

Hörümçək-adam tarixi və yaranması

Marvel Comics (ing. Marvel Comics) — Amerika komiks və komikslərlə bağlı media nəşriyyatı. Nəşr edilmiş komikslər arasında Fantastik Dördlük, Hörümçək-adam, Halk, Dəmir adam, Tor, Daredevil, Kapitan Amerika seriyaları var. 1960-cı illərdən bəri DC Comicsin yanında ABŞın ən böyük iki komiks şirkətindən biri olma xüsusiyyətini davam etdirmişdir. 31 avqust 2009 tarixində The Walt Disney Company tərəfindən 4.000.000.000 $-a alındığı bildirilmişdir. Hörümçək-adam (ing. Spider-Man) – Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən  superqəhrəmandı. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Cey Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər. "Hörümçək-adam" seriyası Hörümçək-adam gizli şəxsiyyəti ilə fəaliyyət göstərən kuinsli lisey tələbəsi Piter Parkerlə bu tendensiyaya son qoymuşdur. Personajın "rədd olunma, tutarsızlıq, tənhalıq" kimi vəsvəsələrə malik olması gənc oxucuların onla təmas qurmasını asanlaşdırırdı. Hörümçək-adam köməkçi personaj xüsusiyyətlərinə malik olsa da, əvvəlki gənc superqəhrəmanlardan (Robin və Baki) fərqli olaraq onun Betmen və Kapitan Amerika kimi superqəhrəman məsləhətçiləri yox idi. Buna görə də "böyük gücün böyük məsuliyyət gətirdiyini" (bu ifadə ilk Hörümçək-adam hekayəsinin sonuncu panelində işlədilmişdi) özü öyrənməli idi. Marvel Hörümçək-adam personajını bir çox komikslərində istifadə etmişdir. İlki və ən uzun davam edəni "The Amazing Spider-Man"komiks seriyasıdır. İllər keçdikcə Piter Parker personajı utancaq, antisosial Nyu-York tələbəsindən problemli, amma diqqətli kollec tələbəsinə, evli lisey müəlliminə, təkbaşına işləyən frilans fotoqrafa çevrilmişdir. 2010-cu illərdə Marvel nəşriyyatının ən tanınmış superqəhrəman komandası Qisasçılara qoşulur. Hörümçək-adamın düşməni Doktor Osminoq da 2012-2014-ci illərdə davam edən, Piter Parkerin öldüyü bədən dəyişdirmə hekayəsində Hörümçək-adam şəxsiyyətini götürür. Bunlardan əlavə, Marvel Hörümçək-adamın alternativ versiyalarını yaradaraq komikslərini nəşr etmişdir: gələcəyin Hörümçək-adamı Migel O'Haranın macəralarından bəhs edən "Spider-Man 2099", alternativ kainatda gənc Piter Parkerin macəralarından söz açan "Ultimate Spider-Man" və Piter Parkerin ölümündən sonra Hörümçək-adam rolunu alan Maylz Moralesi təsvir edən "Ultimate Comics Spider-Man". Maylzın daha sonra əhəmiyyəti artırılmış, Piterlə birlikdə işləməyə başlamışdır. Hörümçək-adam ən populyar və uğurlu superqəhrəmanlardan biridir. Marvel-in bayraqdaşıyan personajı və şirkətin talismanı olan Hörümçək-adam saysız mediada peyda olmuşdur. Bunlara animasiya və live-action teleserialları, qəzet komiks stripləri və film seriyaları daxildir. Personaj ilk dəfə Denni Siqren tərəfindən 1974-cü ildən 1977-ci ilə kimi davam etmiş "Elektrik şirkəti" sketçi "Hörümçək superhekayələri"ndə canlandırılmışdır. Filmlərdə Hörümçək-adam rolunu Tobi Maquayr (2002-2007), Endrü Qarfild (2012-2014) və Tom Holland ifa etmişdirlər. Tom Holland 2016-cı ildən bəri Hörümçək-adamı Marvel Kinematoqrafiya Kainatında canlandırır. Riv Karni 2010-cu ildə "Spider-Man: Turn Off the Dark" teatr tamaşasında Hörümçək-adam rolunda çıxış etmişdir. Hörümçək-adam superqəhrəman və komiks personajı kimi yaxşı qəbul olunmuşdur. DC Comics nəşriyyatının ən populyar superqəhrəmanları Supermen, Batman və Ecazkar qadınla birlikdə bütün dövrlərin ən populyar komiks personajlarından biri hesab olunur. 1962-ci ildə Fantastik dördlüyün uğurundan sonra Marvel Comics redaktoru və əsas yazıçı Sten Liyə yeni superqəhrəman ideyası ilə çıxış etmək imkanı verilmişdi. Sten Linin sözlərinə görə Hörümçək-adamı yaratmaq ideyası gənclərin komikslərə olan tələbatından və yeniyetmələrin asan təmas qura biləcəkləri personaj yaratmaq istəyindən doğmuşdur.  Sten Li avtobioqrafiyasında qeyri-superqəhrəman pulp-jurnal cinayət döyüşçüsü Hörümçəkdən xeyli təsirləndiyini qeyd etmişdir Bir çox müsahibələrində isə divarda dırmaşan hörümçəyi seyr edərkən personajı yaratmaq ideyasının yarandığını bildirmişdir. Sten Li avtobioqrafiyasında hekayənin doğru olub-olmadığı barədə tez-tez tərəddüd keçirdiyini əlavə etmişdir. O dövrdə yeniyetmə superqəhrəmanlara sonu oğlan  ilə bitən adlar verilsə də, Li  Hörümçək-adam  adını seçmişdir. Çünki Sten Li personajın seriya davam etdikcə yaşlanmasını istəmiş, bundan əlavə, "Hörümçək-oğlan" adının personajın digər superqəhrəmanlara nisbətən keyfiyyətsiz görünməsinə səbəb olacağını düşünmüşdür. O vaxt Sten Li personaj üçün Marvel nəşriyyatçısı Martin Qudmanın razılığını almalı idi. 1986-cı ildə bir müsahibədə Sten Li arqumentlərinin Qudmanın etirazlarını üstələdiyini ətraflı şəkildə təsvir etmişdir. Nəhayət, Qudman "Amazing Adult Fantasy" elmi fantastika və fövqəltəbii komiks antologiyasının 5 iyun 1962-ci ildə satışa buraxılmış 15-cı və sonuncu sayında  personajı yoxlamağa icazə vermişdir. Sten Li qeyd etmişdir ki, "Amazing Fantasy" komiksinin 15-cı saydan sonra ləğv olunmasının səbəbi Qudmanın ona Hörümçək-adamdan istifadə etməsinə icazə verməsi olmuşdur. Sonuncu say olmasına baxmayaraq baş məqalədəHörümçək-adam hər ay Amazing-də görünəcək sözləri yazılmışdı Körbi Linin hekayə versiyası barədə mübahisə etmiş və Linin personajın yaradılmasına minimal töhfə verdiyini söyləmişdir. Körbiyə görə Hörümçək-adam ideyası 1950-ci illərdə Co Simonla birlikdə Crestwood Publications komiksi "Black Magic" üçün dizayn olunan, lakin istifadə olunmayan Gümüş hörümçək adlı personaja əsaslanır. Simon 1990-cı ildə avtobioqrafiyasında Körbinin açıqlamaları ilə razılaşmamış, "Black Magic" komiksinin bir faktor olmadığını bildirmiş, onun Hörümçək-adam adını (daha sonra Gümüş hörümçək) fikirləşdiyini, Körbinin isə hekayə və gücləri müəyyən etdiyini bildirmişdir. Simon qeyd etmişdir ki, onların yaratdığı bu personaj Simonun Archie Comicssuperqəhrəmanı Milçək üçün bazis rolunu oynamışdır. Stiv Ditko Sten Linin DC Comics personajı Şahin-adamın  adını bəyəndiyini, Hörümçək-adam adını bu səbəbdən seçdiyini bildirmişdir. Simon Körbinin orijinal Hörümçək-adam versiyasını Sten Liyə göstərdiyini, Linin yeni personaj üçün bir neçə səhifə çəkməsini istədiyini, lakin nəticələri bəyənmədiyini bildirmişdir. Simon Körbinin çəkdiyi Hörümçək-adamı "hörümçək torlu Kapitan Amerika" adlandırmışdı. Yazıçı Mark Evanier bildirmişdir ki, Linin Körbinin personajını "qəhrəmanca" hesab etməsi ağlabatan deyil: Körbi hələ də "Amazing Fantasy" #15 və "The Amazing Spider-Man" #1 üçün üzlüklər çəkirdi. Evanier Körbinin digər vəzifələrindən əlavə Hörümçək-adamı çəkmək üçün "çox məşğul" olduğunu bildirməsinin mübahisəli olduğunu qeyd etmişdir, çünki Evanierə görə Körbi həmişə "məşğul" idi. Nə Li, nə də Körbinin izahları sehrli üzük kimi əsas hekayə elementlərindən imtina edilməsinin səbəblərini açıqlamır. Evanierə görə bu qəfil dəyişikliyin ən məqbul izahı Qudman və ya onun köməkçilərindən birinin Hörümçək-adamın Körbi tərəfindən Milçəyə çox oxşar çəkilməsi və düşünülməsinə qərar verməsi idi. Müəllif və Ditko tədqiqatçısı Bleyk Bellə görə personajın Milçəyə oxşadığını bildirən şəxs Ditko idi. Ditko xatırlayır: "Sten Ceki Milçək haqqında çağırdı" və "bir neçə gün sonra Sten mənə hekayə panelindəki çatışmazlıqları həll etməyi tapşırdı". Bu komiksin təbiətinin dəyişdiyi an idi. "Sehrli üzük, yetkin Hörümçək-adam və Hörümçək-adam hekayəsində yer alacaq əfsanəvi ideyaları çıxar". Li Ditkodan hörümçəktərəfindən sancılan və güclər qazanan yeniyetmə personaj yaratmasını istəmişdir. Personajın ilkin yaradılmış versiyasının buraxılışı haqqında Ditko demişdir: "Mən hələ də Hörümçək-adamın kimin ideyası olduğunu bilmirəm". Körbi 1971-ci ildə verdiyi bir müsahibədə personajın formalaşmasında ən böyük rolun Ditkoya məxsus olduğunu bildirmişdir. Hələ də ilkin ideyanı verdiyini iddia edən Sten Ditkonun rolunu qəbul etmiş və demişdir: "Əgər Stiv həmyaradıcı kimi tanınmaq istəyirsə, onun buna layiq olduğunu düşünürəm". O hətta əlavə edib bildirmişdir ki, Ditkonun kostyum dizaynı personajın uğurunun açarı idi; kostyum personajın bütün bədənini örtdüyündən dünyada hər cür irqdən insanlar özünü kostyumun içində təsəvvür edə bilirdilər. Bu isə insanların personajla təmas qurmasını asanlaşdırırdı.
568 Views