İmam Hüseynin şəhid olması

İmam Hüseynin şəhid olması

Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər

680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvəti üzərinə Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizliklərindən ötəri Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq Kufə və oradan da Şama göndərilmişdir.Hüseynin Kərbəladakı şəhidliyi İslam tarixi və şiəlik baxımından xüsusilə İslamın ilk illərində təyinedici bir rol oynamışdır. Hüseynin həyatı və şəhidliyi həssas dövrlərdən və ilk əsrlərin çox gərgin hadisələrindən biri olaraq sayılmaqdadır. Əməvilərə qarşı üsyanı adının müqavimət, mübarizə və şəhidliklə xatırlanmasına səbəb olmuş və digər yandan zəmanə hakimlərinə qarşı genişmiqyaslı qiyamların başlama səbəbi və ilham qaynağı olmuşdur. Bunlardan biridə en böyük üsyan sahib olan Muxtarın üsyanı olmuşdur Onun adını çəkdim çünkü o Hüseynin qisasını tək ala bilən şəxs o olmuşdur . Sonda Muxtarada xəyanət olundu amma onunda qisasını Malik  Əştərin oğlu  İbrahim aldı. Həyatını bilmək istiyən varsa ona bağlı məlumat paylaşılacaq amma indi bilmək istəyənlər üçün Muxtarnamə serialını izləsin. Məncə Hz Yusifdən sonra ən güclü çəkilmiş serialdı

Bu səhnə Əbəlfəz ağanın şəhid olma səhnəsi Muxtarnamə filmindəndir

https://youtu.be/JOdssqRalws?t=92

I Yezid vali təyin etdiyi Ubeydullah bin Ziyadı 30 minlik qoşunla Hüseynin üzərinə göndərdi. Hüseynin tərəfdarlarının düşərgəsi xilafət qoşunu tərəfindən mühasirəyə alınmışdı. İlk öncə Ubeydullah bin Ziyad danışıqlara başlamağı əmr etdi. Hüseynin danışıqlar zamanı mühasirənin qaldırılmasını və ailəsinin İraqdan çıxmasına şərait yaradılmasını istədi. Ordu başçısı Ömər bin Səd təkliflərini qəbul etdi və xəlifəliyə vəziyyətlə bağlı məlumat verdi. Təklif İbn Ziyadın xoşuna gəldi. Hüseynin ailəsinin və tərəfdarlarının İraqdan çıxarılması ilə Əməvilərin xəlifəliynə olan təhlükə aradan qalxırdı. Ancaq Əməvilərdən olan və xilafətinidarə edilməsində böyük rola sahib olan Şimir bin Zil-Çevşan, Behtari bin Rabia və Şeys bin Rabia bu təklifə qarşı çıxdılar. Onlar Hüseynin bununla vaxt qazandığını əgər İraqdan ayrılaçağı halda daha böyük bir tərəfdarla onların üzərlərinə gələcəklərini bildirdilər.

Məhərrəm ayının 7-ci günündə Ömər bin Səd mühasirədə saxlanılan ərazinin daha da kiçildilməsinə və düşərgəyə gedən su yollarının kəsilməsinə göstəriş verdi. Məhərrəm ayının 9-cu günündə düşərgənin su ehtiyatı tamam tükəndi və susluq problemi yarandı. Hüseynin qarşısında iki yol vardı ya I Yezidin vahid hakimiyyətini qəbul etməli ya da tərəfdarları ilə birlikdə şəhid olmalı idi. Hüseynin tərəfdarları ilə birlikdə səhərə qədər ibadət etmək üçün Ömər bin Səddan bir gün daha vaxt istədi. Ömər bin Səd əvvəlcə razılaşmasada, sonradan bir gecə vaxtı verdi.

Hüseyn tərəfdarlarına təslim olmaq kimi bir fikrinin olmadığını və sonuna qədər döyüşəcəklərini bildirdi. Saylarının düşmənə görə çox amma çox  az olması səbəbindən qalib gəlmələrinin mümkünsüz olduğunu bildiyi üçün tərəfdarlarına gecə ibadəti zamanı istəyənin qaçmaqda sərbəst olduğunu bildirdi. Ancaq heç bir tərəfdar, qaçmadı və səhərə qədər ibadət etdilər. Səhər isə 30 min 72 nəfər qarşı döyüş başdıyacaqdı.

İbadətin səhərsi günü Hüseynin tərəfdarlarından bir neçə nəfər, xilafət ordusunun əsgərləri ilə söhbət etməyə başladılar. Onlar əsgərlərə eyni dindən olduqlarını və qardaş qanı tökülməsin deyə döyüşməmələrini istədilər. Hüseyn özüdə əsgərlər qarşısında uzun çıxış etdi. Tarixi mənbələrdə göstərilir ki, bu çıxışdan təsirindən xilafət ordusunun məşhur sərkərdəsi Hür, imamın tərəfdarlarına qoşulmuşdu. Ömər bin Səd Hürün qarşı tərəfə keçməsindən ehtiyatlandı. Əgər danışıqların davam edəcəyi halda, xilafət ordusunun bir çox sərkərdəsinin oxşar addımı atması emtimal olunurdu. Bu səbəbdən danışıqlar yarımçıq dayandırıldı və Ömər bin Səd ilk oxun atılması göstərişini verdi. Bununla da Kərbəla döyüşü başladı. Döyüş ilk əvvəl duel şəkilində cərəyan edirdi.

Hüseynin ilk öncə Təmim bin Kahta ilə döyüşdü. Hüseyn qılıncla yaxşı döyüşürdü, Kahtanın peşəkar döyüşçü olmasına baxmayaraq onu qılınç zərbəsi ilə öldürdü. Növbəti döyüş məşhur ərəb sərkərdəsi Zeyd Ebtahi ilə baş tutdu və onuda qılıncla öldürdü. Hüseynin tərəfdarlarından ilk olaraq Hür, Həbib bin Məzahir döyüşmüşdür. Döyüşdə hər iki şəxs həlak oldu, daha sonra tərəfdarları arasında döyüşmək gücündə olan hər bir kəs xilafət ordusuna qarşı sona qədər döyüşdü. Ölənlər arasında Hüseynin oğlu Əli Əkbər qardaşı Həsəninoğlu Qasım və sancaqdarı Abbas ibn Əli vardı. Mənbələrdə xilafət ordusunun verdiyi itkilər haqqında müxtəlif fikirlər vardır. Dəqiq say bilinməsədə, xilafətin də böyük itki verdiyi məlumdur.

Döyüş zamanı qadın və uşaqlar düşərgədə olan cadırlarda döyüşün bitməsini gözləyirdilər. Hüseynin oğlu İmam Zeynələbdin xəstə olduğundan cadırada idi. Başqa bir oğlu Əli Əsgər isə 6 aylıq idi və xilafət ordusu düşərgəyə gələn su arxını kəsdiyindən susuzluqdan əziyyət cəkirdi. Hüseynin körpəsini düşmən əsgərlərinin yanına gətirdi və onlardan körpəsi üçün su istədi. Əvəzində isə Ömər bin Sədın əmri ilə oxçu Hurmala bin Kahil körpəni ücşahəli oxla vuraraq öldürdü.

https://youtu.be/ZUQp2j0VUIY?t=7
568 Views