Bir stəkan kola ilə yetərincə enerji qazanmaq asandır, amma

Bir stəkan kola ilə yetərincə enerji qazanmaq asandır, amma

Amma qısa müddətdən sonra bu içki orqanizmə mənfi təsirlər göstərir. Kola içəndən sonra adam özünü yorğun, halsız hiss edir, sanki gücü azalıb enerjisi tükənir. Bundan başqa, insanda ruh düşkünlüyü yaradır. Buna səbəb kolada şəkərin miqdarının həddən çox olmasıdır ki, bu da beyinə və ruh halına inanılmaz dərəcədə pis təsir edir.
Alimlər bildirir ki, kolanın tərkibindəki şəkər təbii deyil, kimyəvi şəkər olduğundan sağlamlıq üçün təhlükə yaradır. “Əgər insanlar bilsə ki, kola ilə yanaşı sukroz və aspartam kimi təhlükəli kimyəvi maddələr qəbul edirlər, heç vaxt onu içməzlər. Koladakı şəkər də saxta şəkərdir.”
Kolanın tərkibindəki kimyəvi maddələr onu içməklə orqanizmə daxil olur. Araşdırmalara görə, həddindən çox kola içənlər dişləri ilə vaxtından tez vidalaşırlar. Dişlərinin müalicəsinə çoxlu pul xərcləsələr də, bunun koladan olduğunu bilmədiklərindən daima dişlərində problem olur. Koladakı kimyəvi turşulara gəldikdə isə, bu, təkcə mədəni deyil, həm də dişləri məhv edir.
Alimlər vurğulayır ki, kolanın tərkibindəki cox miqdarda şəkər orqanizmdə həm də metabolizm üçün yüksək risk yaradır. Bu da diabetə, artirit xəstəliyinə, oynaq ağrılarına, depresiyaya, narahatlığa, ürək xəstəliklərinə və sairəyə çox asanlıqla yol açır. Ona görə də kolaya çox vaxt səssiz düşmən deyirlər.
Çox kola içəndə qısa müddətdə həddindən artıq kökəlmə baş verir. Kola içməyi dayandırdıqda isə ilk ayda ən azı 3-4 kilo arıqlayırlar. Çünki kökəlmənin yeganə mənbəyi kola olub!
Kola həm də siqaret kimi asılılıq yaradır. Araşdırmalara görə, bəzən koladan asılılıq siqaretdən asılılıqla eyni olur.
Mənbə. maide.az
568 Views