Limon suyunun inanılmaz faydaları

Limon suyunun inanılmaz faydaları

Antioksidant təsirlərə malik olan limonun faydaları da tükənməzdir.
Limon suyu ilə türkəçarə edərək bir sıra xəstəlikləri sağaltmaq mümkündür. Boğaz ağrısının əsas məlhəmi hesab edilən limon suyu həmçinin artıq çəkidən əziyyət çəkən şəxslərə də məsləhət görülür. Kalorini azaltdığı üçün dietada olan şəxslərə daha çox limon yemək tövsiyə edilir.
Xüsusən də şəkər xəstələri üçün limonun faydaları tükənməzdir. Limon suyunu içməklə böyrək daşının yaranma riski də aşağı düşür. Qaraciyər problemindən əziyyət çəkənlərə, qəbizliyi olan və immuniteti aşağı xəstələrə də limon suyu içmək tövsiyə edilir. Limon suyu içmək, limon yemək stressi aradan qaldırmaqla yanaşı xərçəng riskini azaldır.
Bundan başqa bu sitrus meyvəsinin dəri üçün də faydalı olduğu söylənilir.
Mənbə. Maide.Az "Sputnik"ə istinadən xəbər verir.
568 Views