Mirzə Ələkbər Sabirin Seirləri

Mirzə Ələkbər Sabirin Seirləri

Söz

Ey söz, nola dersəm sənə xürşidi-səmavat, Səndən alıyor nurü ziyayi həmə zərrat. Bir nuri-həqiqətsən, edib həq səni nazil Kim, bəxş edəsən gülşəni-nasütə füyüzat. Gəh lövhdə məstur, qələmdən gəhi cari, Gəh ərşdə misbah, gəhi fərşdə mişkat. Sübhi-əzəlidən uzun etdikdə təcəlli, Məhv oldu cəhanı bürüyən dudeyi-zülmat. Olmuş bütün ərbabi-nəzər aşiqi-hüsnün, Təniri-üsyan eyləyir ərbabi-kamalat. Bir möhibəyi-lütfi xudasən ki, həqiqət, Insanlar edir zatın ilə fəxrü mübahat. Sərkəşləri həp taətə məcbur ediyorsan, Təsiri-nüfüzünla ərir sanki cəmadat. Ey bariqeyi-fikr, əya leməyi-vicdan! Ey şəşəeyi-qəlb, əya nuri-xəyalat! Növi-bəşərə tərbiyə bəxş olduğun üçün - Gər dənsə səzadır sənə ümmul-ədəbiyyat. Sənsən füsəhayi-ərəbı eylədin ilzam, Izhar bəlağətlə, əya nuri-məqamat. Vicdanü dili-Sabirə nəşr eylə füyuzin, Ta kim, bitə könlündə rəyahini-kəmalat.

Həvəs

Həvəs sövq eylər insanı həyatə, Ətalət cəlb edər şəxsi məmatə; Həvəs isal edər zatı səfayə, Ətalət mübtəla eylər bəlayə; Həvəs pirayeyi-əqlü hünərdir, Ətalət mayeyi-iczü kədərdir; Həvəsdən nəşət eylər həp fəxarət, Ətalətdən törər min-min xəcalət; Həvəs səhrası əmniyyətfəzadır, Ətalət təngnası bir xətadır; Həvəs birlə tərəqqiyyat dərkar, Ətalətdən əməl mənkusü idbar.

Təbib ilə xəstə

Bir təbibə gedib də bir bimar Dedi: “Mədəmdə ağrı bir şey var; Bir dəva ver, mənə əlac eylə, Ölürəm, careyi-mizac eylə”. Tutdu nəbzin təbib onun dərhal: “Nə yemişsən?” - deyə edincə sual, Dedi: “Yanmış çörək yədim, doktur, Yediyim bir əlavə şey yoxdur”. Baxa qaldı təbib onun sözünə, Istədi bir dəva tökə gözünə. Xəstə: “Mədəmdir ağrıyan, a gözüm, Yoxsa məfhumunuz deyilmi sözüm?” Dedi doktor ona ki: “Ey əhməq, Eybli olmasa gözün mütləq, Yanmış etmək yəməz idin əsla, Bu səbəblə yarar tökülsə dəva”.
 
568 Views