Yuxudan tez durmaqla süd vəzisi xərçənginin əlaqəsi varmış
İngiltərənin Bristol Universitetinin alimləri qadınlarda süd vəzisi xərçənginin yaranma səbəbləri ilə bağlı maraqlı araşdırma edib.
Səhərlər yuxudan tez oyanan xanımlarda süd vəzisi xərçəngi gec oyananlarla müqayisədə daha az müşahidə edilir.
Məlumata görə, araşdırma çərçivəsində Böyük Britaniya Biobankı və Beynəlxalq Süd vəzisi xərçəngi birliyində 400 minə yaxın qadının genetik məlumatları analiz edilib.
Nəticəyə əsasən, bədənləri tez yuxudan oyanmağa proqramlaşdırılmış qadınlarda, bədəni gec oyanmağa proqramlaşdırılmış qadınlarla müqayisədə süd vəzisi xərçənginə yaxalanma riski daha az olur.
Ancaq alimlər hələ bunun səbəbini tapa bilməyib. Onlar hesab edir ki, gec oyanan qadını xərçəng riskinə atan problemin nə olduğunu bilmək vacibdir.
Süd vəzi xərçəngi nədir?
Süd vəzi xərçəngi qadınlar arasında yayılmasına görə 1-ci yeri tutur, bu xəstəlik faiz etibarilə kişilər arasında 1% hallarda rast gəlinir. Süd vəzi xərçəngi, süd vəzi toxumasını əmələ gətirən hüceyrələrin nəzarətsiz şəkildə çoxalmasıdır. Bədəndəki bütün hüceyrələrin nüvələrində, hüceyrələrin normal böyümələrini və sağlam olmalarını nəzarət edən genlər mövcuddur. Bu genlər, hüceyrələrin normal bir şəkildə çoxalmalarını kontrol etmə funksiyasını yerinə yetirirlər. Bu genlər radiasiya, mikroorqanizmlər, stress, qida, düzgün olmayan həyat şəraiti, zərərli vərdişlər (alkoqol, siqaret istifadəsi, narkotik vasitələrdən istifadə), abort və düşüklərin olması və s. kimi müxtəlif faktorların təsirindən mutasiyaya uğraya bilirlər. Nəticədə bu çoxalma bəlli bir sıralama ilə meydana gəlməzsə, toxuma çoxluğu meydana gəlir və bu toxuma çoxluğuna Tumor-Şiş adı verilir. Bu toxumalarda yer alan hüceyrələr yayılma (hemotogen, limfogen) və başqa yerlərə getmə meylliliyi göstərərlərsə Bəd xassəli şiş (xərçəng), olduqları yerdə qalmağa davam edərlərsə Xoş xassəli şiş adlanırlar.Süd vəzi xərçəngini necə aşkar etməli?
Süd vəzi daxilində maliqnizasiyaya (bədləşmiş) uğramış bir hüceyrənin, bir tumor-şiş meydana gətirməsi və bir həkim tərəfindən müayinə əsnasında aşkar edilməsi ya da radioloji müayinədə meydana çıxmasına uzun müddət lazım gəlir. Qadınlar əksər hallarda minimum 1 sm böyüklüyündə olan bir törəməni, əl ilə kontrol edərək hiss edə bilərlər. Bu gün, Süd vəzi xərçənglərinin böyük bir qismi xəstənin özü tərəfindən aşkarlanır. Xərçənglə tutulmuş törəmələr nisbətən sərt, nizamsız kənarlı, səthi qalın, kobud olur və süd vəzi toxuması içində rahat hərəkət etdirmək mümkün olmur. Süd vəzi xərçənginin ən çox yayılma (metastaz) göstərdiyi nahiyələrə qabırğalar, qılça və onurğa sümükləri ilə ağciyər və qaraciyər aiddir. (az hallarda beyin) Hətta bu klinik simptomlardan heç birinə rast gəlinməyə də bilər ,bu zaman isə Süd vəzi Ultrasəs müayinəsi və Mammoqrafiya zamanı törəmə aşkarlana bilər. Aşağıda sadalanan əlamətlərdən hər hansı biri rast gəlinərsə, yubanmadan həkimə müraciət etmək məsləhət görülür.- Süd vəzidə və ya qoltuqaltında əllənə bilən sərt, nahamar törəmənin olması
- Süd vəzi giləsindən axıntının olması (qanlı və ya şəffaf rəngli)
- Süd vəzi giləsində içəriyə dartılmanın olması
- Süd vəzi giləsində dəyişikliklər: soyulma, kəpəklənmənin olması
- Süd vəzi dərisində qızartının və yaranın olması
- Süd vəzi dərisində portağal qabığına bənzər dəri, ödəm, içəriyə çəkilmələrin olması
- Süd vəzidə böyümə, asimmetriyanın olması
Kütlə nədir?
Süd vəzi xərçəngi ilə xəstələnən xəstələrin təqribən 70%-də süd vəzidə kütlə-törəmə rast gəlinir. Törəmə sərt və hərəkətsizdir, amma əhatəsindəki süd vəzi toxuması ilə bərabər hərəkət etdirilməsi mümkündür. Törəmənin konturlarını ayırd etmək çətindir. Adətən ağrısız törəmələrdir. Ağrı: Ağrı əsasən süd vəzi xərçəngi ilə bərabər meydana gələn bir simptom deyildir. Süd vəzidə xərçəngində ağrıların olması ən çox gecikmiş mərhələdə rast gəlinir. Dəridə ödəm: Dərinin portağal qabığı kimi görünməsi,. bu da süd vəzi xərçəngi üçün bir simptom sayılır.Erkən diaqnoz zamanı müalicə mümkündürmü?
Diaqnozun aşkarlanmasında, öz-özünü müayinənin böyük əhəmiyyəti vardır. Bununla xəstə tərəfindən süd vəzisində hər hansı bir törəmə-düyünün əllənməsi, zamanında həkimə müraciət, Süd vəzi xərçənginin ola biləcəyi yaş qruplarında həkim tərəfindən uyğun müayinə metodlarından istifadə edilməsi, diaqnozun vaxtında və düzgün qoyulmasına və düzgün müalicə taktikasının seçilməsinə köməklik göstərmiş olur. Yaş qrupları üçün müayinənin seçilməsi:- 20 – 39 yaş öz-özünü müayinə hər ay, süd vəzi USM hər 6 aydan bir
- 40 – 49 yaş öz-özünü müayinə hər ay, Mammoqrafiya hər il
Müalicə
- Cərrahi Müalicə
- Kimyəvi dərman müalicəsi
- Şüa müalicəsi
- Hormonoterapiya