-- O həzrət öz tərəfdarlarına daim tövsiyə edirdi ki,..
Bu gün (
Rəbiül-əvvəl ayının 8-i – Noyabr ayının 27-i) İslam aləmi imamət və vilayət günəşinin 11-ci ulduzu imam Həsən Əskərinin (ə) matəmini yaşayır. Elə bir imam ki, gənc ikən, yəni 28 yaşında şəhadətə yetdi. Elə bir imam ki, gözəl və ibrətamiz kəlamları ilə hamıya hidayət və haqq yolunu göstərdi. O həzrət öz tərəfdarlarına daim tövsiyə edirdi ki, gözəl əxlaqla bəzənsin, insanlarla gözəl rəftar etsin, onları haqqa, doğru yola dəvət etsinlər. Biz də burada təbərrük məqsədilə o həzrətin 11-ci imam olaraq kəlamları və əxlaqi tövsiyələrindən on birini əziz oxucularımızın diqqətinə çatdırır və ümid edirik ki, o həzrətə layiqli şiə olacağıq:
1. İmam Həsən Əskəri (ə) daim şiələri və tərəfdarlarına bu əxlaqi fəzilətə sahib olmağı tövsiyə edər və buyurardı:
“İnsanlarla – istər dost olsun, istər müxalif – gözəl danışın və gözəl rəftar edin. Möminləri bir vəzifə olaraq həmişə gülərüzlə qarşılayın, müxalifləri də mülayim və gözəl danışıqla imana (İslam və islami hökmlərə) cəzb edin.” (“Biharul-ənvar”, 10-cu cild, səh.369.)
2. İmam Həsən Əskəri (ə) insanların ictimai şəxsiyyəti və mövqeyinin qorunması ilə əlaqədar şərif bir hədisdə belə buyurur:
“Hər kim öz (din) qardaşına xəlvətdə nəsihət edərsə, həqiqətən, onu bəzəmiş, aşkarda nəsihət edərsə, doğrudan da, onu xar etmiş, alçaltmışdır.” (“Biharul-ənvar”, 71-ci cild, səh.166.)
3. İmam Həsən Əskəri (ə) öz şiələrinə nəsihət edərkən buyurur:
“Sizə tövsiyə edirəm ki, Allahdan qorxun, dininizdə təqvalı olun, Allaha xatir çalışın, doğru danışın, sizi əmanətdar bilənə qarşı əmanətdar olun – istər yaxşı insan olsun, istərsə də pis, səcdələrinizi uzadın və qonşularınızla yaxşı davranın ki, həzrət Muhəmməd (s) elə buna görə göndərilmişdir. Camaatla birgə namaz qılın, onların dəfn mərasimlərində iştirak edin, xəstələrinə baş çəkin və hüquqularını ödəyin.”
4. İmam Həsən Əskəri (ə) buyurur:
“Həqiqətən, sizdən hər hansı biriniz dinində təqvalı, sözündə doğru və (əməlində) əmanətdar olub camaatla gözəl rəftar edərsə, deyəcəklər ki, şiə belə olar! Bu işlər bizi sevindirir.”
5. İmam Həsən Əskəri (ə) öz şiələrinə nəsihətlərinin birində belə buyurur:
“...Zinət olun, alçaqlığa səbəb olmayın, bütün sevgiləri bizə tərəf yönəldin, bütün çirkinlikləri isə bizdən uzaqlaşdırın. Çünki biz, haqqımızda deyinlən yaxşı sözlərə layiqik, haqqımızda deyilən pis sözlərdən isə uzağıq.”
6. İmam Həsən Əskəri (ə) öz şiələrinə xitabən belə buyurur:
“Allahı və ölümü çox yad edin, Quranı çox oxuyun və Peyğəmbərə (s) çox salavat göndərin. Həqiqətən, Peyğəmbərə (s) salavat göndərməyin on savabı var. Tövsiyələrimi qoruyun (unutmayın). Sizi Allaha tapşırır və sizə salam göndərirəm!” (“Biharul-ənvar”, 75-ci cild, səh. 372, bölüm 29.)
7. İmam Həsən Əskəri (ə) buyurur:
“Hәr kәsin әхlаqı tәqvа, аdәti güzәşt vә хislәti sәbir оlsа, dоstlаrı çох оlаr.” (“Bihаrul-әnvаr”, 75-ci cild, sәh. 379.)
8. İmam Həsən Əskəri (ə) buyurur:
“Kәnаrındаn kеçdiyin hәr kәsә sаlаm vеrmәk vә mәclisin аşаğı tərəfində əyləşmək tәvаzökаrlıqәlаmәtlәrindәndir.” (“Mizаnul-hikmә”, 10-cu cild, sәh. 506.)
9. İmam Həsən Əskəri (ə) buyurur:
“Şübhәli hаllаrda еhtiyаt еdib əl saxlayan şәхs insanların әn tәqvаlısı, vаciblәri yеrinә yеtirәn әn çох ibаdәt еdәni, hаrаmı tәrk еdәn әn zаhidi vә günаhı tәrk еdәn әn çаlışqаnıdır.” (“Tuhәful-uqul”, sәh. 519.)
10. İmam Həsən Əskəri (ə) buyurur:
“Bütün pisliklәr bir otaqda yerləşdirilərsə, onun açarı yalandır.” (“Еlаmud-din”, sәh. 314.)
11. İmam Həsən Əskəri (ə) buyurur:
“Yersiz mübаhisә еtmә ki, qiymәtdәn düşәrsәn vә zаrаfаt da еtmә ki, bаşqаlаrının sәnә qаrşı cürәti аrtаr.” (“Bihаrul-әnvаr”, 75-ci cild, sәh. 371.)
Mənbə. (Maide.az)