2019-cu ilin yaz-yay trendləri

2019-cu ilin yaz-yay trendləri

Nyu York, London, Milan və Parisin iştirak etdiyi “Fashion Month” sona çatdı. 2019-cu ilin yaz-yay trendlərini nəzərdən keçirməyə nə deyirsiniz?  
Plisse Plisse artıq bir klasssikadır desək, yanılmarıq, çünki 2019-cu ildə də dəb sənayesində ona yer verildi. Üstəlik o, artıq bir bütün element olaraq deyil, həm də dekorasiya olaraq da  göz önündə olacaq. Oversize “Marc Jacobs”, “Burberry” və “Jil Sander” yeni kolleksiyasında oversize siluetlərə geniş yer verdi. Üstəlik onlar nəhəng ölçülərə baxmayaq, qadın gözəlliyini vurğulamağı da bacardı.   Boyfriend pencəkləri “Calvin Klein”, “Ermanno Scervino”, “Gucci” kimi dünya markaları gender stereotiplərindən kənara çıxaraq, müasir insana geyim seçimində geniş seçim imkanı vermək qərarına gəldi və beləliklə, ortaya kişi pencəklərini xatırladan qadın pencəkləri yarandı.   Sarıya sarı Gələcək sezonun hit rəngi sarıdır. Bu rəngə “Max Mara”, “Balenciaga” və “Chanel” kimi markalar üstünlük verdi.   Mənbə. bildirchin.az
568 Views