7 Sevəcəyiniz animasiya filmləri

7 Sevəcəyiniz animasiya filmləri

Evdə oturub daha çox motivasiyaya ehtiyacı olanlardansınız? Mən eləyəm! Ona görə də animasiyalara baxmaq lazımdır. 2016 və 2017-ci illər üçün ən sevdiyim 7 animasiya filminin siyahısını sizə təqdim edirəm. Xoş izləmələr! Coco Bu Meksikan bir ailədən bəhs edir. Uzun zaman öncə Miguelin ulu nənəsini ulu babası musiqiyə görə atıb. Bundan sonra onların ailəsində musiqi qadağa edilib, ulu nənə ayaqqabı düzəltməyə başlayıb və hər kəs də bu sənəti davam etdirir. Miguel isə başqadır. O musiqini çox sevir və arzusundan asanlıqla əl çəkmək niyyətində deyil. Elə bundan sonra da əsl həngamə başlayır. IMDB xalı: 8.4   Moana  Moanada o qədər gözəl mesajlar var ki, heç bilmirəm hansından başlayım. Əsas isə qayğı, sevgi və minnətdar olmağı bacarmağı göstərirlər. Bu qızcığaz hamıdan fərqlidi və dənizə olan sevgisi onu daha başqa dünyaya aparır. IMDB xalı: 7.6 Leap Kimsəsiz qız balerina olmaq istəyir. Onların yaşadığı sığınacaqdan qaçır və Parisə gəlir. Parisdə isə arzusunu reallaşdırmaq üçün əlindən gələni edir. Burada da eyni mesajı görəcəksiz. – Arzularının arxasınca get! Hər şey mümkündür və hər şey elə bizim öz əlimizdədir! IMDB xalı: 6.8 Ferdinand Öküzlər dalaşmağı sevən, qırmızı rəngə nifrət edən, adamları döyüş meydanında öldürən canlılardır. Ferdinand isə çiçəkləri sevir, xoşbəxt olmaq istəyir və çox sülhsevərdir. Atasını döyüşdə itirdikdən sonra, fermadan qaçır və hər şey dəyişir. Ancaq, başqalarının beynində dəyişməyib: o dalaşqan bir öküzdür. Bəs bu çiçək sevər öküzün axırı nə olacaq? IMDB xalı: 6.7 Trolls  Onlar balaca və sevimli canlılardır. Hər zaman mahnı oxuyur, rəqs edir və qucaqlaşırlar. Bir də divlər var. Onlar isə hər zaman bədbəxtdirlər. Trolları tapıb, yeyirlər. Daha sonra da özlərini xoşbəxt olduğunu düşünürlər. Bir gün bütün trollar qaçır və divlər də onların axtarışına çıxırlar. Bəlkə elə bu macəra onlara əsl xoşbəxtliyi tapmağa kömək edəcək? Sonda nə olduğunu bilmək üçün bu filmi izləməlsiniz! IMDB xalı: 6.5 The Secret life of Pets Heyvanlar da öz aralarında danışırmış. Onlar da qısqanır və hər kəsin olduğu kimi onların da sevgiyə ehtiyacları var. İki it bir evdə yaşamaq məcburiyyətində qalır və əsl macəra da bundan sonra başlayır! IMDB xalı: 6.5 The Baby Boss  Çox gülməlidir. Məncə bu uşaqlar üçün deyil. Bu animasiyanı böyüklər izləməlidir. Bizim ölkə üçün bəlkə belə deyil, ancaq artıq bir çox yerlərdə insanlar təkliyə çox alışıblar. Onlar artıq öhdəliklərdən qorxurlar və yalnız qalırlar. Uşaq sahibi olmaq istəyənlər də azdır. Burada isə 7 yaşlı oğlanın ailəsində yeni körpə dünyaya gəlir. Bu uşaq balaca olsa da böyük kimidir. Sonra belə məlum olur ki, uşaqların da bilinməyən öz dünyası var. Necə? Bunun üçün mütləq izləməyiniz lazımdır. IMDB xalı: 6.3 Mənbə. bildirchin.az
568 Views