Dahilərin ikinci peşəsi

Dahilərin ikinci peşəsi

Böyük fantastika yazıçısı Jül Vern eyni zamanda 4000-ə qədər müxtəlif tapmaca, bilməcə və başqa folklor nümunələrinin müəllifi olmuşdur. Aleksandr Porfideviç Borodini (1833-1887) musiqiçilər bəstəkar, elm xadimləri (xüsusilə kimyaçılar) isə bir alim-kimyaçı kimi tanıyır və yaradıcılığını yüksək qiymətləndirirlər. Çünki A.Borodin xarakter və məzmunca bir-birindən çox uzaq olan iki müxtəlif ixtisas: kimya və musiqi sahəsində eyni həvəslə fəaliyyət göstərmiş və görkəmli müvəffəqiyyətlər qazanmışdır. Dahi fiziklərdən Eynşteyn böyük məharətlə skripka, Heyzenberq royal çalırdı. Qeyri-Evklid həndəsəsinin yaradıcılarından biri olan Y.Bolyan məşhur skripkaçı idi, o 16 yaşında musiqi bəstələmişdir. Dahi rus alimi M.V.Lomonosov nəinki böyük kimyagər,fizikaşünas, geoloq olmuş, o həm də tarixçi, dilçi və hətta şair idi.Leonardo da Vinçi rəssam, riyaziyyatçı, mexanik, şair, filosof olmaqla həm də görkəmli həkim və anatom olmuşdur. Rəvayətə görə o, otuzdan çox meyiti şəxsən özü yarıb. Müxtəlif orqanları diqqətlə öyrənmiş, təsvir etmiş və onların şəklini çəkmişdir. Lui Paster 1840-cı illərdə humanitar elmlər üzrə alim adını alır. İki il sonra ona riyaziyyat elmləri üzrə bakalavr adı verilir. 1847-ci ildə bir gündə iki dissertasiya müdafiə edir, biri kimya üzrə, digəri fizika üzrə. Ancaq bunlara baxmayaraq, sonralar Paster mikrobiologiya elminin banisi olur. Paster zəhməti çox sevirdi. O, deyirdi: «Dünyada hər şey zəhmətdən asılıdır.» Məşhur rus fizioloqu İ.M.Seçenov (1829-1905) ilk təhsilini Mixaylovskoye mühəndislər məktəbində almışdır. İ.M.Seçenov riyaziyyat, kimya və fizikanı yaxşı bilirdi. Seçenovun tibb təhsili ikincidir. Seçenovun «Baş-beyin refleksləri» haqqında da əsəri çıxdıqdan sonra o, çar hökumətinin siyasi dustaqlar siyahısına düşmüşdür.İ.M.Seçenov uşaqlıqda çiçək xəstəliyinə tutulduğuna görə sifəti çopur olmuşdur. Seçenov gözəl bir italyan qızına bənd olmuş və ona eşq elan etmişdi. Seçenovun dissertasiyası belə adlanırdı: «Gələcək fizioloqlar üçün alkoqoldan keflənməyə aid materiallar.» Məşhur fransız riyaziyyatçısı və mütəfəkkiri Dalamber «Musiqinin nəzəri və təcrübi əsasları» əsərini yazmış və ədəbi-bədii yaradıcılıq ilə də məşğul olmuşdur. Peterburq alimi, dahi riyaziyyatçı L.Eyler musiqi nəzəriyyəsinə dair yaxşı bir elmi əsərin müəllifidir. Polşa alimi, heliosentrik sistem ideyasının müəllifi astronom N.Kopernik eyni zamanda naqqaş-rəssam olmuşdur. Uran planetini, onun peykini və Saturnun iki peykini kəşf etmiş məşhur ingilis astronomu və optiki Herşel gözəl musiqiçidir. Rus xalqının mahir riyaziyyatçı qadını S. Kovolevskayanın şeirləri və orijinal dramaturji fəaliyyəti diqqətə layiqdir. Tanınmış rus rəssamı V.Q.Perov həm də yazıçı olmuşdur. Onun Moskva həyatından bəhs edən hekayələri mətbuatda dəfələrlə dərc olunmuşdur. Tarixdə məşhur bəstəkar kimi qalmış dahi şəxslərin bir çoxunun valideynləri vaxtilə onları bir başqa sənətin sahibi etmək istəyirmişlər.Məsələn; Berlioz - həkim, Kyüi - mühəndis, Dvorjak – qəssab, Rimski-Korsakov - dənizçi, Şumon və Çaykovski - hüquqşünas, Vaqner - filosof, Üzeyir Hacıbəyov və Müslüm Maqomayev - müəllim olmalı imişlər. Məlumat.kayzen.az

Mənbə Əslində onlar kimdir? Kitabından Müəllif İlyas Həsənov,Ellada Həziyeva

568 Views