İsaak Nyutonun həyatı

İsaak Nyutonun həyatı

Klassik fizikanın əsasını qoymuş İsaak Nyuton bir gün Kral cəmiyyətindən məktub alır. Bu məktubda İsaak Nyuton bir məsələni həll etmək tapşırığını alır. Bir neçə ay ərzində Böyük Britaniya alimlərinin «baş sındırdıqları» məsələ əyrinin nöqtələrindən ona toxunan çəkmək idi. Məsələni səhər tezdən almış Nyuton çarpayının kənarında oturaraq fikrə dalır. Nahar vaxtına qədər hərəkətsiz və həyatdan tam təcrid olunmuş halda qalan İsaak Nyuton məsələnin nəinki tam həllini tapır, o həmçinin diferensial hesabın metodlarını işləyib hazırlayır. İ.Nyutonun həyatında baş verən ən böyük hadisələrdən biri 25 aprel 1685-ci ildə «Natural fəlsəfənin başlanğıcı» əsərini Kral cəmiyyətinə təqdim etməsidir. Kitabda Kopernikin təliminin sübutları, Keplerin fərziyyələri, fəza cisimlərinin günəş ətrafında fırlanması və s. bir çox kəşflər öz əksini tapmışdır. Əsərin müzakirəsi zamanı R.Huk yerindən qalxaraq əsərə qəti etirazını bildirib dedi ki, İ.Nyuton cazibə qanunu haqqında onun məlumatını oğurlamışdı. Ancaq Hukun etirazına baxmayaraq, cəmiyyətin iclası I.Nyutonun əsərini qəbul etmişdir. Vaxtı ilə çox möhkəm dost olan Nyutonla o gündən etibarən Huk bir-birinə düşmən kəsilirlər.İ.Nyuton 4 yanvar 1643-cü ildə İngiltərədə kiçik bir kənddə yoxsul fermer ailəsinə doğulmuşdur. O, vaxtından qabaq doğulmuşdur, uşaqlıqda zəif olmuşdur. Yaxınları onun yaşaya biləcəyinə şübhə edirdilər. Nyuton ilk təhsilini kənd məktəbində almışdır. 1661-ci ildə «yoxsul tələbə» kimi Tripiti kollecinə daxil olur. O, kollecin üzvlərinə və varlı tələbələrə xidmət edir. Bir dəfə tələbələrdən biri Nyutonu döyür. O, Nyutondan həm güclü, həm də bilikli idi. Nyuton özünə söz verir ki, bilikdə bu tələbədən üstün olmalıdır. Tez bir zamanda o, özünün biliyi, bacarığı, kəşfləri ilə ad çıxarır və yoxsul «qulluqçu» tələbəlikdən azad olur. Universiteti qurtardıqdan sonra isə kollecdə saxlanılır. Bir dəfə İ.Nyuton aydın havada gəzməyə çıxarkən, çobana rast gəlir. Çoban məsləhət görür ki, uzağa getməsin, çünki bərk yağış yağacaq. Nyuton ona qulaq asmır. Doğrudan da, yarını saatdan sonra möhkəm yağış yağır. Nyuton suyu süzülə-süzülə özünü çobana yetirir və bunun sirrini ondan soruşur. Məlum olur ki, çoban qoyunun tüklərinin vəziyyətinin dəyişməsinə görə bunu təyin edə bilmişdir. M. Bertranın fikrincə — Nyuton Arximedlə yanaşı başqalarının hamısından yüksəkdə durmuşdur. Nyutonun abidələrindən birinin üzərində belə sözlər həkk edilmişdir:  «Nyuton — bəşəriyyətin yaraşığıdır.» P.Laplas «Başlanğıc»ın başqa əsərlərdən üstün olduğunu qeyd etmişdir. J.Laqranj «Başlanğıc»ı insan zəkasının çox böyük əsəri adlandırmışdır. R.Akoffun fikrincə müdriklik — ediləcək hərəkətin ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki böyük faydaların xatirinə, hazırkı ötən mənfəətləri qurban vermək qabiliyyəti və idarə olunanı idarə etmək məharətidir. S.İ.Vavilovun fikrinə görə, təbiətşünaslıq tarixində Nyutonun «Başlanğıc»ının meydana gəlməsindən böyük hadisə olmamışdır. Nyutonun yaxın dostu Halley 1682-ci ildə «Başlanğıc»ın formullarından istifadə edərək parlaq bir kometin orbitini hesabladı və onun 1759-cu ildə qayıdacağını qabaqcadan xəbər verdi. Kometa deyilən vaxtda qayıtdı. Bu kometa Halleyin adı qoyuldu. Volter kometin qayıtmasına öz münasibətini coşqun şeirlərlə bildirdi. Nyuton hələ öz sağlığında şöhrət, hörmət və nüfuz qazanmışdır. O, özü isə təvazökarlıqla deyirdi:«Hamının məni nə hesab etdiyini bilirəm, lakin özüm-özümə dəniz qırağında oynayan və hamar daş, yaxud adi görkəmdə olmayan gözəl balıqqulağı tapanda sevinən uşaq kimi görünürəm, halbuki qarşımda tədqiq edilməmiş böyük okean durur.» Nyuton əsrimizin III əsrində yaşayıb yaratmış Evklidin «Həndəsənin əsasları» kitabını böyük çətinliklə yazmasına təəccüb edirdi. Nyutona elə gəlirdi ki, kitabda verilmiş isbatlar beş aksiomdan çox asanlıqla alınır. Nyutonun dostu, Halley öz mədhiyyəsində demişdir ki, o, adi adamlarla yaxın dayana bilməz. Həyatının son 40 ilində Nyuton demək olar ki, elmlə məşğul olmamışdır. O, da son illərdə ingilis kimyaçısı və fiziki Boyl kimi peyğəmbər Daniil haqqında Apokalipsisin (bizə gəlib çatmış ilk xristianlıq əsəri) şərhi haqqında dini əsərlər yazır və ilahiyyat elminin böyük bilicisi kimi də şöhrət qazanmışdır. Bir dəfə bir qrup adam məclisdə Nyutonu pis vəziyyətə qoymaq üçün onu belə bir imtahana çəkirlər. Deyirlər ki, heç kimin görüb duymadığı, əlinin çatmadığı göylərdə nəyin necə baş verməsi barədə versiyalar irəli sürmək hələ alimlik deyil onsuz da onun doğru ya yalan olmasını yoxlamaq bizim imkanımız xaricindədir, əsl alim odur ki etdikləri göz qabağın­da olsun, bax məsələn bu yumurtanı dikinə qoya bilsən, yəni uc tərəfi aşağı olmaqla bilərik ki, əsl alimsən. Nyuton heç bir söz demədən yumurtanı götürür, uc tərəfini sındırıb yastıladır, onu dikinə qoyur və yumurta deyildiyi kimi dayanır hamı etiraz edib deyəndə ki, bunu biz də edərdik, Nyuton cavab verir ki, «Edəydiz». Bir dəfə İsaak Nyutonun 20 il ərzində apardığı riyazi hesablamalar, aldığı nəzəri nəticələrin xeyli hissəsi təsadüfən yanıb kül olur. Nyuton bir müddət əsəbi sarsıntı keçirsə də, sonralar bütün iradəsini ələ alaraq inadla çalışır, həmin işləri yenidən bərpa edir. Nyuton ömrünün axırına yaxın çox varlı adam idi. Deyirlər ki, Nyutonun milyonları onun bir vecsiz qohumuna qismət olur. Bu adam həm də tarixə öz qeyri-adi ölümü ilə daxil olmuşdur. Sərxoş olarkən, o ağzında tutduğu çubuqla boğulub ölüb. Nyutonun parlamentdə söylədiyi ən böyük «nitq» belə səslənirdi: Pəncərəni bağlayın, — deyə xidmətçiyə müraciət etmişdi. Nyuton iş otağında işi ilə məşğul olduğu vaxtlardan birində, görür ki, bayır tərəfdən kiçik pişik qapını cırmaqlayır ki, içəriyə keçsin. Nyuton qapını açıb onu içəri buraxır. Bir qədərdən sonra indi də iti içəriyə keçmək üçün qapını döyəcləyir. Nyuton onu da içəri buraxır. Bir azdan indi də hər ikisi qapını cırmaqlayırlar ki, bayıra çıxsınlar. Nyuton əsəbiləşib ayağa qalxır, mişarı götürüb qapıdan bir böyük və bir də kiçik deşik açır və üzünü it ilə pişiyə tutub başa salır ki; «Bax bu sənin üçündür, bu da sənin üçün. İndi özünüz girin-çıxın, daha mənim əsəblərimi oynatmayın».Elə bir böyük deşiyi açmaq onun ağlına gəlmir. Bir gün öz dostunu nahara dəvət edən Nyutonun işi çox olduğundan bu barədə xidmətçiyə xəbər verməyi unudur. Nahar vaxtı xidmətçi yemək stoluna ancaq bir adamlıq yemək qoyur. Qonaq gəlir, Nyutonun düsturlarla, mürəkkəb hesablamalarla məşğul olduğunu görüb, stolun üstündəki bir nəfərlik yeməyi yeyir və gedir. Xeyli sonra qonağın necə gəlib-getdiyini duymayan Nyuton bir anlığa sevimli işindən ayrılıb stolun üstündəki boş qablara baxaraq öz-özünə deyir: «Qəribə işdir, əgər stolun üstündəki bulaşıq qabları görməsəydim, hesab edərdim ki, mən bu gün nahar etməmişəm». C.Herşelin fikrincə: «İnsan dərrakəsinin tam yetkinlik dövrü Nyutonla başlayır.» Nyuton bir dəfə soyutma yumurta bişirmək istəyir və yumurtanı suya atıb, zəngli saatı da qurur ki, müəyyən vaxtdan sonra zəng çalıb yadına salsın. Lazımı vaxtdan sonra zəng çalır. Nyuton gedir ki, yumurtanı qaynayan sudan çıxarsın. Lakin baxıb görür ki, suya yumurta əvəzinə zəngli saatın özün atıbmış, yumurta isə hələ də əlindədir.... Mənbə. İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından Kayzen.az
568 Views