Okeana sığınmış şəhərdə həyat - FOTO

Okeana sığınmış şəhərdə həyat - FOTO

Atlantik okeanın sahilinə sığınmış Lissabon 7/24 həyatın davam etdiyi, fərqli mədəniyyətlərdən olan insanların sülh şəraitində birgə yaşadığı rahat şəhərlərdən biridir. Okean sahilində yerləşməsi şəhərin hər bucağında, insanların davranış və mədəniyyətlərində də hiss edilir. Azad insanların şəhəri olan Lissabonda həyat dayanmadan qaynasa da, özünüzü təhlükəsizlikdə hiss edirsiniz.  
Şəhərin rahatlığının əsas təminatı ictimai nəqliyyatın qüsursuz bir şəkildə işləməsidir. Bu sayədə şəhəri tez bir zamanda kəşf etmək mümkündür. Dar küçələrdə tramvayda şəhəri gəzmək həm çox əyləncəli, həm də edilməsi zəruri olan Lissabon ənənəsidir. Yoxuşlar insanı yorsa da, küçələrdəki möhtəşəm tikililəri görmək üçün şəhəri piyada gəzmək çox maraqlıdır. Teco çayının ikiyə ayırdığı Lissabonun ən görməli yerlərindən biri istilaçılıq dönəmlərində gəmilərin gətirdiyi malların boşaldıldığı Praça de Comerçio meydanıdır. Meydandakı nəhəng zəfər tağının altından keçərək çıxdığının Avqusta prospekti isə şəhərin ən vacib yerlərindəndir. Şəhərə gedənlər mütləq 1755-ci il zəlzələsi və 1959-cu il yanğınına rəğmən, hələ də varlığını qoruyan Sao Dominqo kilsəsini ziyarət etməlidirlər. Lissabona getmişkən, onu zirvədən izləmədən qayıtmaq olmaz. Bunun üçün Bairro Alto bölgəsinə üz tutmalısınız. Şəhərin simvolikasına çevrilən Fado musiqisinin mərkəzi Alfama məhəlləsidir. Mənbə. oxu.az
568 Views