Tarixin gizli qatları — İsa Peyğəmbərin lənətlədiyi və xəritədən silinən 3 şəhər
Tarixi faktlara əsasən, İsa Peyğəmbər üç şəhəri lənətləyib və bu şəhərlər xəritədən silinib. Tarixdə bu şəhərləri “Lənətlənmiş üç kənd” də adlandırırlar. Söhbət Korazim, Kapernaum və Vifsaida şəhərlərindən gedir.
Hər üç şəhər İsraildə, Qaliley dənizinin şimal sahilində yerləşib. İsa bu ərazilərə səfər edib, möcüzələr göstərib.
Korazim
Korazim şəhərində İsa Peyğəmbər bir müddət yaşayıb və Nazareti tərk etdikdən sonra tez-tez baş çəkib. Bu kifayət qədər vacib ticarət şəhəri idi və buğdası ilə məşhurlaşmışdı. Əvvəlcə İsa Peyğəmbər insanlara möcüzələrini göstərdi. Amma ona inanmayanlar çox olduğu üçün və günahlarını yumadığı üçün şəhəri tərk etdi. Bu, Müqəddəs Kitabda belə qeyd edilib:
“Bu zaman O, gücünü daha çox hiss etdirdiyi şəhərlərə tənə vurdu. Onlar İsaya boyun əymədilər: Xorazin, səni lənətləyirəm! Vifsaida, səni lənətləyirəm! Əgər Tir və Sidona sizə göndərilən güc göndərilsəydi, onlar çoxdan günahlarını yumuşdular. Amma sizə deyirəm: Qiyamət günü Tir və Sidonun işi daha yüngül olacaq!”.
Korazim İsanın ölümündən 300 il sonra dəhşətli zəlzələ nəticəsində yer üzündən silindi. V əsrdə şəhəri bərpa etmək istəsələr də, bunu bacarmadılar. Orta Əsrlərdə Korazim lənətlənmiş şəhər kimi tarixə düşdü. Günümüzdə isə arxeoloqlar Korazimin qalıqlarını və qədim sinaqoqu qazıntılar zamanı aşkar ediblər.
Arxeoloqlar qədim sinaqoqdan başqa qara bazaltdan hazırlanmış dağıntılar da aşkar etdilər. Onun üzərində isə insan və heyvan fiqurları, Meduza Qorqonun təsviri var idi. O dövrdə isə bu işarələr İsa və onun davamçıları üçün bütpərəstlik əlaməti sayılırdı.
Maraqlıdır ki, Əhdi-Əqiqdə (Bibliyanın daha böyük birinci bölməsi. 39 kitabdan ibarət olub) bu barədə məlumat çox azdır. Bəzi tarixçilərin fikrinə görə, bunu məqsədli şəkildə edərək İsa Peyğəmbərin lənətini gizlətməyə çalışıblar.
Kapernaum
Kapernaum Korazimin bir neçə kilometrliyində yerləşən şəhər olub. Bu, o dövrdə məşhur balıq limanı olan və Bia Marisə ilk başlanğıc nöqtəsi sayılan şəhər idi. Bu şəhər Dəməşq və şimalı, Misir və cənubu birləşdirən ticarət marşrutunun ilk nöqtəsi idi. İsa burada da dini yayıb və yerli sinaqoqda ibadət edib. Eyni zamanda bir sıra möcüzələr göstərib. Bu şəhər İsanın bir sıra məşhur tələbələrinin-balıqçı Pyotr, Andrey, İakov, İoann və Matfeyin vətənidir. İsa nə vaxtsa bu şəhərdə yaşayıb və onu “şəxsi şəhəri” adlandırıb. Peyğəmbər bu şəhərdə iflic insanı sağaldıb, Pyotrun qaynanasını müalicə edib və İairin qızını diridildib. İair sinaqoqun rəhbəri olub.
Amma yerli sakinlər İsanı bəyənmir və ona etinasız yanaşırdılar. Onlar İsanı bəşəriyyətin xilaskarı saymır və günahlarını yumurdular. Bu isə Peyğəmbəri məyus etdi və şəhəri lənətlədi. Tezliklə Kapernaum müflis olmağa başladı. Əvvəlcə balıqçı bazarında kasadlaşma başladı. Sonra isə digər sahələr də tənəzzülə uğradı. Eramızın III əsrində şəhər yeddi kasıb balıqçı evindən ibarət miskin bir kəndə çevrildi. Bu ərazini canlandırmaq üçün atılan bütün cəhdlər boşa getdi.
Vifsaida
Vifsaida da çox imkanlı və varlı balıqçı şəhəri idi. Nə vaxtsa Qessur krallığının paytaxtı da olub (Çar Davudun dövründə). Məhz bu şəhərdə İsa Peyğəmbər ilk tələbələrini tapıb-balıqçı Simon-Pyotr və onun qardaşı Andrey.
İsa burada da müxtəlif möcüzələr göstərir, korun gözünü açır, xəstələrə şəfa verib. Amma təəssüf ki, Vifsaida sakinləri də Peyğəmbərə etinasız yanaşdılar və ona saymazlıq etdilər. İsanın lənətindən sonra eramızın 363-cü ilində dəhşətli zəlzələ şəhəri xəritədən sildi...
Yazar. Hikmət Həsənov
Mənbə. Ölkə.Az
Qeyd. Bu məlumatın dəqiqliyi baredə bir məlumatım olmadığından heç bir ifadeyə qatılmadan dəyişmədən paylaşırıq