İlk Dodaq Boyasından Kim İstifadə Edib ?
Dodaq boyasının tarixi Mesapatomiyaya qədər gedib çıxır. Ancaq onu kimin icad etdiyi haqda dəqiq məlumat olmasa da qaynaqlarda ən qədim dodaq boyama mədəniyyəti 5000- il əvvələ təsadüf edir. Belə ki, sözü edilən illərdə qadınlar dəyərli daşları əzərək əldə etdikləri rəngdən dodaqlarını boyamaq üçün istifadə etmişlər.
Yunanların zanamanda ise yalnız exlaqsız qadınlara məcburi vurulurdu ki digər qadınlardan fərqlənsin əks təqdirdə cəzalanırdılar.
Qədim Misir xalqının mədəniyyətində isə dodaq boyasından istifadə kral və şahzadə ailələrinə mənsub olmuş və əsasən qırmızı, bənövşəyi rənglərlə bərabər yoddan istifadə edərək dodaq boyası əldə edilmişdir. Eyni zamanda Kleopatranın böcək və qarışqa şirəsindən boya kimi istifadə etdiyi bilinir.
Orta əsrlərdə Kilsənin təkidi ilə dodaq boyası qadağan edilsə də, 16 əsrdən sonra birinci Elizabethin zamanında bu mədəniyyət sərbəstləşdirilmişdir. O zamana qədər bal və qırmızı boyadan istifadə edən qadınlar birinci Elizabethdən sonra qara dodaq boyasına üstünlük vermişlər.
Müasir dodaq boyasının təmələrini qoyan ölkə Fransa olmuşdur. İlk olaraq dodaq boyasını paketləyən bu ölkə 1884-cü ildə ipək bağlama ilə onu satışa çıxarmışdır. Hind və maral yağının qarışımından əldə edilmiş bu məhsul tez bir zamanda Parisdən, Avropaya yayılmışdır.
1920-ci illərdə yenidən populiyarlaşan qara dodaq rəngi filimlərin də təsiri ilə daha da rəğbət qazanmışdır. 1930-cu illərdə bu günkü şəklinə bənzər boyalar şüşə qablarda satılmağa başlanmış, 1940-cı illərdə isə ABŞ da böyük maraq qazanaraq ən çox satılan məhsullardan olmuşdur.
Nəticədə dodaq boyasının son halı, yəni burularaq uzanan ilk boya da ikinci dünya müharibəsi ərəfəsində icadedilmiş və bəhsolunan illərdən sonra hər qadın artıq çantasında dodaq boyası gəzdirməyə başlamışdır.
Mənbə.bilgibazarı.com