Qədim İngiltərə Məişəti İlə Bağlı Faktlar

Qədim İngiltərə Məişəti İlə Bağlı Faktlar

1500-cü illər İngiltərə üçün bir çox bilgi və deyimlərin ortaya çıxdığı dövrdür. Bu illərdə İngiltərədə insanların yaşam tərzi fərqli idi. İnsanların çoxu İyun ayında evlənirdi. Çünki ildə yalnız bir dəfə, may ayında duş qəbul edirdilər. Belə olduqda iyun ayında onlardan pis qoxu gəlmirdi. Əgər pis qoxu gəlməyə başlayarsa, gəlinlər bu qoxunu ört-basdır etmək üçün əllərində bir dəstə gül saxlayırdılar.
Hamamlar içi su ilə dolu çəlləklərdən ibarət idi. Yalnız evin kişisi təmiz su ilə duş qəbul etmək imtiyazına sahib idi. Daha sonra oğulları, qadınlar və ən sonda ən kiçik uşaqlar eyni su ilə təmizlənirdi.  Bu əsnada su çox çirkli vəziyyətdə olurdu. İngiltərədəki “hamam suyu ilə bərabər uşağı da atmayın” (Don’t throw the baby out with the bathwater) ifadəsi buradan gəlir. Evlərin damı üst-üstə yığılmış qamışdan ibarət idi və altında taxta yox idi. Bura heyvanların qızınması üçün tək yer olduğuna görə, bütün heyvanlar burada yaşayırdı. Yağış yağdığı zaman dam sürüşkən olur və heyvanlar sürüşərək aşağı düşürdü. İngilis dilindəli “it-pişik” yağır (It’s raining cats and dogs) ifadəsi də məhz buradan gəlir. Zəngin ailələr xaric, hər kəsin evinin döşəməsi torpaqdan idi. “Torpaq qədər kasıb” (dirt poor) ifadəsinin kökü burdadır. Yeməklər böyük qazanların içində ocaq üzərində bişirilir. Çox vaxt ət tapılmır, meyvə-tərəvəz yeyilirdi. Artıq qalan yemək qazanda qalır və ertəsi gün isidilirdi. Bəzən uzun müddət qazanda saxlanılırdı. “Noxud sıyığı isti, noxud sıyığı soyuq, qazandakı noxud sıyığı 9 günlük” (peas porridge hot, peas porridge cold, peas porridge in the pot nine days old) deyiminin mənşəyi burdandır. Donuz əti tapıldığı zaman çox sevinir, evə qonaq gəldiyi zaman donuz ətlərini asaraq göstəriş edirdilər. Evə donuz əti gətirmək zənginlik əlaməti idi. Tərkibində asid turşusunun çox olduğu qidalar qalay-qurğuşundan düzəldilən qabların yeməyə qarışmasıma səbəb olur və zəhərlənmələr, ölümlər baş verirdi. Pomidor bu hadisəyə tez-tez səbəb olduğu üçün 400 il ərzində zəhərli olduğu düşünülmüşdür.
Mənbə.bilgibazarı.com  
568 Views