Yuxu qocalığın və xərçəngin dərmanıdır.
Bu qərara İsrailin Bar-İlana universitetinin alimləri apardıqları araşdırma nəticəsində gəlib. Onların fikrincə, yuxu xromosomların dinamikasını aktivləşdirir və hər bir neyronun genetik materialını bərpa edir.
Təcrübənin nəticələri Mediakl Express jurnalında nəşr edilib. Alimlər bu qərara gəlmək üçün canlı balıq neyronlarından istifadə edib və onların xromosomlarında baş verənlər təhlil edilib.
Müəyyən edilib ki, oyanma zamanı DNT-də zədələr toplanır və onların sayı təhlükəli səviyyəyə çata bilər.
Yuxu hüceyrə nüvəsinin funksiyalarını dəstəkləyir, orqanı ətraf mühitin zərərli təsirlərindən və daxili mənfi proseslərdən qoruyan xromosomların dinamikasını artırır.
Mənbə. maide.az