Ata olmaq istəyənlərə idman tövsiyəsi

Ata olmaq istəyənlərə idman tövsiyəsi

Alimlərin bildirdiyinə görə, uşaqlarının sağlam doğulmasını istəyən atalar reproduksiya dövründən əvvəl idmanla məşğul olmalıdırlar.

"Diabetes" jurnalında dərc olunmuş yeni tədqiqatın nəticələrinə əsasən, yağlı yem verilən siçanların balalarının sağlamlıq problemlərilə üzləşərkən, hərəkətdə olan siçanların balalarında bu cür problemlər daha az olub. Araşdırmanın rəhbəri, ABŞ-da Ohio Dövlət Universitetindən Kristin Stanford hesab edir ki, siçanlar üzərində keçirilmiş təcrübələrin nəticələri insanlarda da özünü göstərə bilər. "Məlumdur ki, piylənmə kişilərdə testosteronun səviyyəsinin və spermanın azalmasına səbəb olur", - Kristin Stanford deyib. İngiltərədə nəşr olunan i qəzetinin müxbiri Tom Bawden-nin qeyd etdiyi kimi, sön dövrlərdə keçirilmiş bəzi araşdırmalara görə, iknci tip diabetlə valideynlərin pis qidalanması bir əlaqənin olduğu müəyyən edilib. Siçanlar üzərində keçirilmiş təcrübələr göstərib ki, fiziki hərəkətlər etməyə məcbur edilən siçanların balaları yağlı yemlər verilən siçanların balaları ilə müqayisədə daha sağlam olublar. Belə ki, hərəkətdə olan siçanların balalarında qlükoza mexanizmi daha mükəmməl, piylənmə və çəki isə daha az olub. Yağlı yemlərlə bəslənən siçanların balalarında qlükoza dözümsüzlüyü göstəricisi daha yüksək olub. Mənbə. bbc.com
568 Views