Bruse Lee haqqında və bəzi faktlar (Video Foto)

Bruse Lee haqqında və bəzi faktlar (Video Foto)

1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun Fan Lidir. Atası və anası, Çinoperasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı. Atasının son filmində rejissor onu setdə gördü və o rejissorun çox xoşuna gəldi və ona bir rol təklif etdi. Bu Brüsün gələcəkdəki film karyerasınnı başlanğıcı oldu. Li on üç yaşında atasından Tay Çi döyüş dərsləri almağa başlayır. Küçə davalarından birində döyüləndən sonra bu idman növüylə ciddi maraqlanmağa başlayır və böyük ustad İp Manla tanış olur. Ailəsi onu Kunq-fu sənətini öyrənməsi üçün bu məşhur idman ustasının məktəbinə yazdırır. Brüs Li burada Ving Çun müdafiə sistemi üzrə təlim keçir.
İp Man tələbəsinin bacarığını kəşf edir, ona Kunq-Funun ən incə detallarını öyrədir. Li böyük ustanın ən yaxşı tələbəsinə çevrilir. Manın Çindəki ləqəbi “Böyük Əjdaha” idi. O, Brüs Liyə “Kiçik Əjdaha” ləqəbini verir.

Küçə davaları

Li zaman keçdikcə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. Bununla da onun qatıldığı döyüşlərinin sayı artmağa başlayır. Honkonqda təşkil edilən boks çempionatlarında üç dəfə çempion olan Çemsi məğlub edir və boks çempionu adını qazanır. Bununla belə, Linin adı hələ də küçə davalarında çəkilirdi. Həmin il Li Honq Konqda təşkil olunmuş "Çaça" rəqsi üzrə keçirilən yarışda qalib gəlib.

Amerika günləri

Linin ABŞ-a gedərkən yanında apardığı tək şey 100 dollar və Kunq Fu təlimi idi. Amerikaya gəldiyi ilk günlərdə Sietl şəhərində ofisiantlıq edir, restoranın çardağında yaşayır. Həmçinin də təhsilini davam etdirir. Orada litseyi bitirib Vaşinqton Universitetinə daxil olur. Universitetdə oxuyarkən gecələr restoranda işləyir. Bir neçə ay sonra bu həyat tərzinin ona görə olmadığını görüb, işdən ayrılaraq kunq fu dərsləri deməyə başlayır. Li 22 yaşındaykən "Chinese Kung Fu" (özünü qoruma Fəlsəfi Sənəti) adlı kitabını dərc etdirir. Burada amerikalılara Çin mədəniyyətinin zənginliyini izah etmək üçün çinlilərdən başqa kiməsə öyrədilməsi qadağan olan Kunq Fu dərslərini verməyə başlayır. Bu məqsədlə yığdığı pulla mənzil kirayə götürür. Öz məktəbini açır. Məktəbinin adı “Jun Fen Kunq Fu School” idi. Yavaş-yavaş şagird toplamağa başlayır. Bir tərəfdən də universitet təhsilinə davam edirdi. Fəlsəfə üzrə diplom müdafiə edir. Li daha sonra Oaklandda ikinci məktəbini açır, burada geniş kütləyə, amerikalılara yad olan bu sənətin nə qədər geniş məzmunlu və dərin fəlsəfəyə sahib olduğunu isbat edir.

Çinlilər Liyə qarşı

Amerikalılar Kunq Fuyla ilk dəfə Brüs vasitəsi ilə tanış olublar. Tez zamanda məşhurlaşan Kunq Funun inkişafından digər boks və taekvando məktəbləri narahat idilər. Şagirdlərin problem çıxarmasından sonra Brüs bu məktəblərin müəllimləri ilə görüşlər keçirib. Keçirdiyi yarışların heç birində məğlub olmayıb. Artıq döyüş sisteminə yeni elementlər əlavə etməsi lazım olduğuna qərar verdi. Qazandığı qələbələr ona daha da məşhurluq gətirirdi. Digər məktəblərdən olan tələbələr də Brüsün yanına gəlirdilər. Artıq Brüs 3-cü məktəbini də açmışdı. Çinlilər kunq funun başqalarına öyrədilməsinə qarşı idi. Buna görə Brüs Linin amerikanlara Kunq Fu təlimi keçməsinə də qarşı çıxırdılar. Çinlilər az danışır, bildiklərini başqalarına söyləmirdilər. Onlardan fərqli olaraq, Li kunq fu kitabı belə yazmışdı. Nəhayət, Lini alçaltmaq üçün Çindən seçdikləri döyüşçünü onun qarşısına çıxardırlar. O, B. Linin qarşısına belə şərt qoyub: “Sənin burada başqalarına kunq fu öyrətməyini istəmirik. Səninlə döyüşəcəm. Əgər sən qalib gəlsən dərslərinə davam edəcəksən, əks halda, bu məktəb bağlanacaq”. Brüs rəqibini 3 dəqiqə ərzində məğlub edir: "Kimə istəsəm, ona da öyrədərəm! Necə yəni? Yalnız çinlilərdəmi iradə və qabiliyyət var, digər cəmiyyətlərdə heç bir şey yoxdurmu?”- deyə cavab verib.

Döyüş sənətinə gətirdiyi yeniliklər

Brüs Li Kunq fuda Sisuk 3-cü Grand döyüşçü idi (xəyali yüksək dərəcə). Amma onun fikrincə, bu idman növündə bir çox lazımsız, qarışıq hərəkətlər var idi. Xüsusilə dini elementlər döyüş sənətində lazımsız hərəkətlər meydana gətirirdi. Bu tip hərəkətlərin küçədə heç bir işə yaramadığını iddia edirdi. Artıq yeni bir tərz üzərində dayanmışdı. Tez-tez boks məşqləri edirdi. O, bunun üçün xüsusi müəllimlər tutmuşdu. Taekvandonun atası kimi tanınan Con Rhi Brüs Liyə taekvandonun, məşhur idmançı Li Jan Jae isə aikidonun bəzi fəndlərini öyrətmişdi. Li Jan Jae ən yüksək dərəcəyə - “Judo Grand Master”a malikdir. Adıçəkilən müəllimlərin heç biri: "Biz ona bunları öyrətdik, biz ondan yaxşıyıq" demədilər. Çünki Brüs Li də onlara böyük usta İp Mandan öyrəndiyi Vinq Çun Kunq Funu başa salmışdı.

Həftədə 6 gün məşq

Brüs Li öyrəndikləri ilə kifayətlənməyib, başqa əlavə idman növlərində də ustalıq səviyəsinə yüksəlmişdi. ABŞ-a getdiyi gündən 8 saat olmaqla, həftədə 6 gün məşq edirdi. 1964-cü ildə təşkil edilən Ed Parker turnirinə şərəf qonağı olaraq çağırılmışdı. Bu turnirdə bütün istedadlarını göstərib, bütün diqqətlər onun üzərində cəmlənib. Çünki onlar əvvəlcə belə bir şeylə qarşılaşmamışdılar. Başda məşhur karate ustadı Ed Parker olmaqla, hər kəs Linin bacarıqlarından təsirlənib. "Fury İn Red" adlı sənədli filmdə usta karateçi Ed Parkerin oğlu: "Atam deyirdi ki, Brüs həyatımda gördüyüm ən sürətli və ən güclü döyüşçü olub”. Bu turnir prodüserlər və rejissorların gözlərini qamaşdırmışdı. Ona serial, film təklif edirlər.Bu təklifləri dəyərləndirir, müxtəlif filmlərə çəkilməyə başlayır. Filmlərə çəkilərkən də idmanı heç vaxt atmayıb. Həmçinin filmlərə çəkilərkən bir çox məşhura bu idman növünün sirlərini öyrədib. Bunlar içərisində karate üzrə 7 qat dünya çempionu Çak Norris də var.

Cit Kun Do

Cit Kun Do 1967-ci ildə Brüs Li tərəfindən yaradılmış bir döyüş sistemidir. Bu döyüş növü tam özünümüdafiə texnikalarına əsaslanır. "Jeet Kune" mənası-yumruğu qabaqlamaq və ya kəskin sürətdə zərbə və hücumu zərərsizləşdirmək; "Do" isə-yol mənasını verir. Bu döyüş sistemi digər döyüş üslublarından daha təsirlidir. Çünki, üslub sadə, öyrənilməsi asan, əsl özünümüdafiə texnikaları ilə zəngin bir sistemdir. Bu döyüş növünün təməli Vin-Çun və boks döyüş növlərinə əsaslanır. Çünki, Brüs Li uşaqlıqdan Vin-Çun ustadı İp Manın yanında bu döyüş növü ilə məşğul olmuşdur. Daha sonrakı illərdə yaratdığı bu unikal döyüş üslubuna başqa idman növlərini də: Aykido, Ciu Citsu, Güləş, Kunq Fu (müxtəlif stilləri), Taekvando, Muay tay və s. döyüş üslublarını daxil edərək onlar arasındakı fərqlərə əsasən tətbiq etmişdir. Hazırda dünyanın bütün ölkələrində bu döyüş üslubu populyardır.

Sovet İttifaqında qadağa

Brüs Linin filmlərindən sonra Sovet İttifaqında gizli klublarda Şərq döyüş növləri geniş yayılmışdı. Kunq funun o dövrdə SSRİ-də yayılması qadağan edilmişdi. Bu səbəbdən də bu cür döyüşlər gizli şəkildə, klublarda keçirilirdi.

Fiziki nailiyyətləri

  • Brüs Li düyü dənələrini havaya atıb və yemək üçün çubuqlarla tuta bilirdi.
  • Brüs Linin zərbəsi 0,05 saniyə çəkirdi.
  • Brüs Li dayanmadan 1500 jim edə bilirdi.
  • Brüs Li 2 barmaq, bir əli ilə yerdən 200 dəfə jim edə bilirdi.
  • Brüs Li 32 kiloluq qanteli bir, düz əli ilə gözləri səviyyəsinə qaldırıb 20 saniyə saxlaya bilirdi, bir əli ilə 50 dəfə yuxarıya çəkinə bilirdi.
  • Brüs Linin zərbəsi əl ilə 1700 kiloqrama gəlirdi, ayağı ilə zərbəsi isə 3 tonu keçirdi.
  • Brüs Li on sentlik qəpiyi başqasının əlində həmin şəxs əlini yummamış dəyişməyi bacarırdı.
  • Brüs Li həddindən artıq çox cəld idi. Normal bir filmdə saniyədə 24 kadr olarkən Brüs Linin döyüşlərindəki çəkilişlər 32 kadr olurdu.
  • Brüs Linin boyu 1.62 m, çəkisi isə 57 kiloqram olub.
  • Brüs Linin ölümünü çox vaxt "Dim Mak" (Ölümün toxunuşu) sənəti ilə əlaqələndirirlər.

Film karyerası

İlk uzun metrajlı filmi Çinli prodüser Raymond Çou yeni qurduğu film şirkəti Qoldan Harvestla çəkilən filmidir. Film Honq Konq və cənub-şərqi Asiya bölgəsində indiyə qədərki ən çox satılan film olur. Bundan sonra Asiyalıların çəkdiyi "Qəzəbin yumruğu" filmində çəkilir. Linin bu filmlərində özünə xas xüsusi stilini də görmək olurdu. Dövrün super ulduzu Vang Yu Böyük Usta çəkilən filmin gözəl olması üçün döyüş səhnələrinin xoreoqrafiyasını nizamlarkən gecə gündüz çalışırdı. Hərəkətli səhnələr uzun planlı çəkilişlər tələb edirdi. Nunçaku, Bo, Kali, bıçaqlar və bunun kimi bütün döyüş alətlərindən istifadə edərək döyüş səhnələrini daha da təsirli edirdi. Sonralar Green Hornet adlı bir serialda çəkilməyə başladı. Lakin bu serial bir mövsüm sonra bağlandı. Daha sonra Ceyms Qarnerin çəkildiyi "Marlove" adlı filmdə kiçik bir rolda çəkildi. Şikəst oldu amma imtina etmədi. Bu kiçik rol ona heç bir fayda vermədi. Li ondan sonra döyüş 3 Knuns adlı məktəb açmağa qərar verdi.O, burada şagirdlərinə Jit Kun Donu öyrətdi. Stiv MakKuin, Əbdul Cabbar, Ceyms Koburn, Don İnosanto kimi tanınmış şagirdləri oldu. 1970-ci illərdə Hollivud ilə Honq Konqdan ona inanılmaz təkliflər gəldi. Bu illərdə kürəyindən çox ciddi zədə aldı. Brüs Li çəkildiyi filmlərlə Kunq Funu bütün dünyada məşhur etdi. Eskrima ustası Dan Inosanto, Linin xüsusi stili Jit Kun Donun qətiyyən göstəriş üçün olmadığını, əksinə çox həqiqi, bədən hərəkətlərinin funksiyasına uyğun bir idman olduğunu söyləyərdi. Linin bütöv bir idmançı olduğunu, Jit Kun Donun da həqiqi döyüş sənəti olduğunu, bununla yanaşı Brüs Linin də çox yaxşı bir aktyor olduğunu, döyüş sənətini fantastik bir şou olaraq tamaşaçıya sərgiləməyi bacara bildiyini söyləyərdi. Brüs Linin üçüncü filmi "Əjdahanın yolu" oldu. Bu filmdə Linin yanında köməkçi aktyor olaraq Amerikada yeddi dəfə karate çempionu olmuş Çuk Norris çəkildi. Filmin final mübarizəsində isə sanki Karate və Kunq Funun mübarizəsi göstərilirdi. Brüs Linin hər filmində bir yenilik vardı. Brüs Li Dan İnosanto və Kərim Abdül Cabbar ilə "Ölüm Oyunu" filmində də çəkildi. Amerikan filmlərində baş rol oynamağı çox istəyən ancaq bunu bacara bilməyən Li, dördüncü filmini çəkərkən Amerikalı prodüserlərdən baş rol oynayacağı bir film təklifi gəldi. Buna görə sənətçi "Ölüm oyunu" filmini yarıda qoyaraq, Çin Amerikan ortaq istehsalı olan "Əjdahanın çıxışı" filmi çəkildi. Amerikan Kinosunda və Uzaq şərq filmində super ulduzla çevrilən Li "Ölüm oyunu" adlı filmini tamamlamadan vəfat etdi. Həkimlər ona döyüş sənətin əl çəkməsini və yaxşılaşması üçün yataqdan çıxmaması lazım olduğunu söylədilər. Bu dövr Brüs Linin həyatında ən pis dövrlərindən biriydi. 6 ay yataqda qaldı.Bu zaman "Cit Kun Do Tao" adlı kitab yazmağa başladı. Amma axıra çatdıra bilmədi. Kitabını ölümündən sonra arvadı tamamladı.

Şəxsi həyatı

Brüs Li 1964-cü ildə Linda Emeri adlı qızla evləndi. 1 fevral 1965-ci ildə onların Brendon adlı oğlu dünyaya gəldi. Bir neçə il sonra 19 aprel 1969-cu ildə isə Şanon adlı qızı dünyaya gəlib.

 Vəfatı

Brüs Li və Brandon Linin məzarları
20 iyul 1973-cü ildə Brüs Linin ölümü tragediya olaraq qaldı. Fiziki sağlamlığının insanlar tərəfindən çox yaxşı olduğu bilinirdi. Ölüm səbəbinin təbii səbəblərdən ola biləcəyi düşünülürdü. Brüs Bettində baş rolda oynayacağı "Ölüm oyunu" adlı filmi bitirirdilər. Raymond günortadan sonra axşam yenidən görüşmək arzusu ilə onlardan ayrıldı. Başağrısından şikayət edən Brüsə Betti hər vaxt özünün də istifadə etdiyi bir aspirin qarışığı olan Equogesic verdi. Ondan sonra Brüs uzanmaq üçün yataq otağına getdi. Raymond axşam nə üçün gəlmədiklərini öyrənmək üçün onları axtardığında Betti, Brüsün yataqda qaldığını söylədi. Raymond Bettinin evinə gedib Brüsü qaldırmağa çalışdı amma bacara bilmədi. Onu qurtarmaq üçün edilən bir çox müvəffəqiyyətsiz sınaqdan sonra təcili yardım çağırıldı. Brüs xəstəxanaya çatdırıldıqda artıq vəfat etmişdi. Təcili yardımda ürək və tənəffüsə müdaxilə edildi. Amma bir həyat əlaməti yox idi. Brüsün necə öldüyü əslində müzakirə mövzusu oldu. Ölümünün beynindəki şişdən ola biləcəyi deyildi. Bunun doğuşdan mı, yoxsa daha sonra mı ortaya çıxdığı məlum deyildi. Amma başında hər an partlamaq üzrə olan ziyan görmüş bir damarla çox vaxtı yox idi. Hətta ölümündən 2 ay əvvəl bir beyin zədəsi keçirmişdi. Minlərlə insan küçələrə tökülüb, son səfərində onu tək buraxmaq istəmədilər. Kütləni dayandırmaq üçün polis tərəfindən barrikadalar qurulurdu. Digər bir faciədə isə oğulu Brendon Linin 31 mart 1993-cü ildə ABŞ-ın Şimali Karolina əyalətində "Qarğa" adlı filmin çəkilişləri əsnasında qarnından vurularaq ölməsidir. Brüs Li ABŞ-ın Sietl əyalətində Leyk Vyu qəbiristanlığında basdırılmışdır. Brendon Li də atasının yanında basdırılıb. Hər gün özünün və oğlunun məzarı dünyanın dörd bir tərəfindən gələn insanlar tərəfindən ziyarət edilir.

Maraqlı faktlar

1.Brüs Linin başı bəlalı adı…
Brüs Linin ailəsi onu heç bir zaman Brüs deyə çağırmırdı. Onlar Brüsü ləqəbi ilə «Say fon» və ya «Little Phoenix» deyə çağırardılar. Brüsun  ailəsi şeytanın ailələrində oğlan uşaqlarını sevmədiyini düşünürdülər. (Buna səbəbi ilk doğulan oğlan uşaqlarının ölməsi idi.)
Əslində «Brüs li»nin adını «Jackson» küçə xəstəxanasında işləyən bir tibb bacısı qoymuşdu.Atası davamlı səyahət edən biri imiş və San Fransiskoda dünyaya gəlmiş Brüs Amerika vətəndaşı olaraq doğulmuş. Başqa heç bir ölkənin vətəndaşı olmamışdı.
2. Brüs Li Alman tərəfi…
Brüs Li tam bir Çinli deyildi. Babasının ana tərəfi yarı Alman idi.
3. Brüs Li heç bir zaman döyüşdə məğlub olmazdı…
Gerçəkdə döyüşə başlamadan əvvəl yalnız bir döyüşü uduzmuşdu. Brüs Linin ustası Vinq çun idi. (Ləqəbi Yip Man idi.) Digər tələbələr Brüs Linin sırf Çinli olmadığını öyrəndiklərində onu rədd etmişdilər. Buna görədə  müəllimi onu həmişə xüsusi olaraq hazılaşdırırdı.
4. Brüs Li pis bir şagird idi…
Universitet təhsili ilə heç maraqlanmayıb. Orta məktəbi  bitirdikdən sonra «La Salle» kollecinə girib.İkinci məktəbi Honq Konqdakı ingiliscə danışan uşaqlar məktəbi idi. Ailəsi onu daha sonra bir neçə məktəbə daha verdi amma heç birində müvəffəqiyyətli olamadı.Onun həyatı tamamilə küçə döyüşləri idi.,
5. Brüs Li mükəmməl bir rəqsçi və boksçu idi…
Brüs Li eyni zamanda çox yaxşı bir rəqsçi idi və bunun üçün çox məşq etmişdi.18 yaşında 1958-ci ildə Honq Konqda «Cha Cha» çempionluğunu qazandı. Eyni il boks çempionu da oldu.
6. Brüs Linin psixologiya təhsili…
Brüs Linin bədəni yalnız əzələdən ibarət deyildi. Vaşinqton universitetində döyüş üzərinə psixoloji təhsil aldı və məktəblərdə bu təhsilin yayılması üçün sponsorluq etdi. Sonunda öz məktəbini açdı.
7. Brüs Li çox güclü idi…
Brüs Li , Kaliforniyaya karate çempionatına dəvət edildi. Brüs Li orada məşhur  «One Inch Punch,» texnikasını hər kəsə nümayiş etdirdi.Bu texnika təxminən 2.5 santimetr uzaqdan rəqibinə vurduğu zərbə ilə onun geriyə uçmasını təmin edən bir vuruş texnikası idi.
8 …Və sürətli idi!
Brüs Li həddindən artıq çox cəld idi. Normal bir filmdə saniyədə 24 kadr olarkən Brüs Linin döyüşlərindəki çəkilişlər 32 kadr olurdu.
9. Brüs Linin  son filmindəki ölümü…
Brüs Li  Ölüm oyunu adlı son filmində qəfildən  öldü. Film Brusun başqa filmdəki görüntüləri ilə montaj
olunaraq sona çatdırıldı.
10. Ayri secklik
  Brüs Amerikada ətrafına şagirdlər toplamış, insan ayrı-seçkiliyi etmədən ağ, zənci, şərqli hər kəsə "kunq-fu" öyrədirdi. Bunun nəticəsində ətrafdakı bir çox karate və tekvando məktəbi şagirdlərini itirməyə başladı və öz stillərini şagirdlərinə qəbul etdirmək üçün Brüs Liyə meydan oxudular. Nəticələri təxmin etmək mümkündür. Brüs bir çox döyüş sənəti müəllimini döydü. Eyni zamanda, çinlilər "kunq-fu" texnikasını öz vətəndaşları olmayan şəxslərə öyrədilməsinə qarşı idilər. Brüsun bu texnikaları xaricilərə öyrətdiyini öyrəndikdən sonra, çinlilər ən yaxşı döyüşçülərindən bir qrupunu onun üzərinə göndəriblər. Ancaq buna baxmayaraq Brüs Li Çin "Kung Fu"sunun ən güclü nümayəndələrini də məğlub edərək bir dəfə daha özünü isbat edib.
11. Zədəsi
1970-ci ildə Brüs Li məşq edərkən belini ciddi şəkildə zədələyir. Həkimlər bir daha idman edə bilməyəcəyini və etmək istəsə bunun çox təhlükəli olacağını söyləyib. Lakin o, həyatını həsr etdiyi idmana hər şeyini riskə gedərək davam etdi. Nəticədə möcüzəvi bir şəkildə tam olaraq sağaldı və həmin ildən sonra 5 filmə daha çəkildi.
12. İdmanı
Normal bir insanın iki qolu ilə etdiyi jim hərəkətini tək qolu ilə, hətta yalnız işarə və baş barmaqlarını istifadə edərək edə bilirdi.
V"oturuşu adı verilən hərəkəti normal insanların bir saniyə belə etməsi çox çətindir. Brüs həmin hərəkəti yarım saat boyunca edə bilirdi.
Bir təpiyi ilə 130 kiloluq bir qum torbasını uçurub tavana çırpa bilirdi. Brüs tez-tez əsəblərini bu qum torbalarından alırdı. Belə ki, bir dəfəsində 60 kiloluq bir torbanı təpik ilə darmadağın edib.
  Brüs Li gündəlik  2000 təpik və 5000 yumruq atırdı. Bunlar yalnız gerçək məşqinə başlamadan etdiyi sadə məşq hərəkətləri idi.
Brüs 2,5 sm məsafədən atdığı yumruqla rəqibini 4,5 metr kənara tullaya bilirdi.
 O qədər sürətli hərəkət edirdi ki, bir insan əlini bağlayana qədər əlindən bir qəpiyi götürüb yerinə başqa bir pul qoyurdu.
Mənbə. Qısa bir hissəsi bildirchin.az götürülmüş və wikipedia.org əlavələr var

Bruce Lee'dən özgüven video

https://youtu.be/rXu47vgvID8?t=122

Bruce lee inanəlmaz hərəkətləri  video

https://youtu.be/re0xcvnJN8U?t=1 https://youtu.be/SncapPrTusA

Bruce lee belgesel

https://youtu.be/gqBXJEZIFXM
568 Views