Çex və slovakları Rusiyanın 1968-ci il haqqında çəkdiyi film qəzəbləndirib

Çex və slovakları Rusiyanın 1968-ci il haqqında çəkdiyi film qəzəbləndirib

Çexoslovakiyada 1968-ci ilin avqust hadisələri haqqında Rusiyada çəkilmiş və "Rossiya" telekanalı efirində göstərilmiş yeni film Çexiya və Slovakiya hökümətlərinin qəzəbinə səbəb olub.

Rəsmi Praqa və Bratislava Moskvanı "tarixi saxtalaşdırmaq cəhdində" ittiham ediblər. 1968-ci ilin avqustunda Sovet İttifaqı başda olmaqla, Varşava paktı üzv ölkələrinin tankları Praqaya daxil olmuşdular. Liberal islahatlar tərəfdarlarının çıxışlarının hərbi yolla yatırılması zamanı 100-dən artıq Çexoslovakiya vətəndaşı həlak olmuşdu. Mayın 23-də Rusiyada nümayiş olunmuş filmdə müəlliflər bildiriblər ki, "Çexoslovakiyaya qoşun yeridilməsinin məqsədi Qərbin dəstəyilə həyata keçirilən hərbi çevrilişin qarşısını almaq olub" . Çex Xarici İşlər naziri Lyubomir Zaoralek Rusiyanın Praqadakı səfirini izahat vermək üçün XİN-ə çağırıb. Çex Xarici İşlər Nazirliyi filmin "yanlış məlumat yaydığını" bəyan edib. Slovakiya da sənədli filmin nümayişilə bağlı rəsmi etirazını bildirib. Slovakiya XİN-i bəyanatında deyilir ki, Rusiya müdaxiləyə və Çexoslovakiyanın ilhaqına görə keçmişdə rəsmi olaraq üzr istəmişdi. Kommunizmin çöküşündən sonra 1989-cu ildə Çexoslovakiya iki müstəqil dövlətə bölünüb. Bratislava höküməti bəyan edib ki, bu sənədli filmin nümayişi Slovakiya və Rusiya arasında ənənəvi dostluq münasibətlərinə zərər vurub. Mənbə. bbc.com saytından götürülmüş məqalədi
568 Views