Dünya Bankları Nə Üçün İsveçrədədir ?
Dünyada ən etibarlı bankların İsveçrədə yerləşdiyini bilirsiniz yəqin. Bəs nə üçün İsveçrə heç düşündünüzmü ?
O zaman “İsveçrə nə üçün bu qədər təhlükəsizdir, ya da nə üçün İsveçrəni işğal etmək asan deyil ?” sualına cavab axtaraq. Bildiyimiz kimi ölkə 1815-ci ildə tərəfsizliyini və heç bir ölkə ilə müharibə vəziyyətində olmadığını bəyan etmişdir. Ancaq əlbəttə bu ölkənin işğala məruz qalmaması üçün səbəb deyildir. Səbəblər isə aşağıdakı kimi sıralana bilər.
- Ölkə yüz metrlərlə uzanan və qarlı Alp dağları ilə əhatələnmişdir. Yəni ölkəyə ordu hücum edəcəyi təqdirdə, ordunun tank və digər texnikasının irəliləməsi çətin olacaq, piyada qüvvə isə ərzaq yetərsizliyindən əziyyət çəkəcəkdir.
- Ölkədə illərdir davam edən güclü bank xidməti mövcuddur və gündəlik 1000 milyard dollardan çox maliyyə əməliyyatları həyata keçirilir. Bu pulların əksəriyyəti çirkli pullardır və həmin məbləğlərin sahibləri etibarlı banklar tərəfindən məxfi saxlanılma qarantiyası əldə edir. Nəticədə ölkəyə xeyli pulun daxil olması İsveçrənin önəmini və təhlükəsizliyini daha da qarantiləyərkən, qarantilənmiş təhlükəsizlik ölkəyə daxil olan pulları daha da artırır.
- İsveçrənin Alp dağları ilə əhatələndiyindən bəhs etmişdik. Ancaq məsələ bununla da bitmir. Mühəndislər ölkənin təhlükəsizliyini təmin etmək üçün bir xeyli baş sındırmalı olublar. Nəticədə Alp dağlarından oyularaq açılmış 50 km lik tunellərin hər biri minalanmışdır. Yəni bu yolla ölkəyə daxil olmaq istəyən ordu bir düymə ilə məhv ediləcək və dəmir yolları üçün salınmış həmin körpülər dağıdılacaqdır.
- İsveçrəni hava yolu ilə istila etmək hardasa mümkünsüzdür. Billdiyimiz kimi tarixdə bir sıra ölkələr digəri üzərinə hücum edərkən ilk olaraq onun hava qüvvələrini məhv etməyə çalışmış və beləliklə ən güclü silah olan hava qüvvələrini sıradan çıxarmışlar. Ancaq İsveçrənin hərbi hava qüvvələri yeraltında yerləşdirilmiş ucu bucağı məlum olmayan tuneldə gizlədilir. Bu isə ölkənin hərbi hava qüvvələrinin məxfiliyini ən yüksək səviyyədə qorumağa fürsət yaradır.
- Hərbi silahlar baxımından xeyli fərqli olan İsveçrə ordusundan söz açmaq yerinə düşər. Ölkənin istifadə etdiyi silahlar yalnızca yerli orduya mənsubdur və silahlar ələ keçiriləcəyi təqdirdə ondan istifadə etmək asan olmayacaqdır. Çünki istifadə edilən mərmilər digər silahların mərmilərindən tamamı ilə fərqlidir.
- İsveçrədə hər binanın alt mərtəbəsində radioaktiv partlamalara qarşı sığınacaqlar mövcuddur. Bu sığınacaqlar 25 nəfəri qoruyacaq anbarlar şəklində yaradılmışdır və onların sayısı ölkədə 300.000 dən artıqdır. Digər tərəfdən hökumət binalarında da bu sığınacaqların sayısı 5000 dən artıqdır və bu sığınacaqlar toplam 9 milyona qədər insanı radioaktiv hücumlardan qoruya bilir.
- Ölkə eyni zamanda Alp dağlarında həyata keçirdiyi hərbi təlimlərlə də diqqət çəkir. Hətta NATO öz əsgərlərini İsveç təlimlərinə göndərərək onların təcrübələrindən yararlanmağa çalışmaqdadır. Ümumiyyətlə ölkə əhalisi hərbiyə yüksək maraq göstərir. 2001 ci ildə ölkədə ordunun ləğv edilməsi haqqında parlamentdə qaldırılan məsələnin 77% lə rəd cavabı alması bunu bir başqa sübutudur. Digər tərəfdən uzun illərdir ki, Roma Papası öz mühafizəkarlarını İsveç ordusundan təmin edir.