Dünyanın ən dəyərsiz 14 pul vahidi
Pul hər bir kəs üçün fərqli anlam daşıyır. Bəzilərimiz xoşbəxtliyi pulda görsək də, bəzilərimiz isə pula önəm vermədiyimizi söyləyirik. Lakin, bir gerçək var ki, pul yaşadığmız zamanda hər bağlı qapının açarıdır. Necə deyərlər, “pul əl çirki olsa da, çox şeyi həll edir”.
Dünyada 200-dən artıq rəsmi pul vahidi var. Birləşmiş Millətlər Təşkilatı isə beynəlxalq olaraq 180 pul vahidinin olduğunu qəbul edir. Bu pul vahidləri, major (əsas), minor (kiçik) və ekzotik olaraq sinifləndirilir. 7 əsas pul vahidi var ki, bu pul vahidlərinin aid olduğu ölkələrin iqtisadiyyatları dünyanın ən güclü iqtisadiyyatıdır. Əsas pul vahidləri ABŞ dolları (USD), Euro (EUR), Yapon yeni (JPY), İngilis sterlinqi (GBP), Kanada dolları (CAD), Avustraliya dolları (AUD), İsveçrə frankıdır (CHF).
Bəs dünyada ən dəyərsiz pul vahidi hansılardır? Bu sualların cavabını sizə tqədim etdiyimiz dünyanın ən dəyərsiz 14 pul vahidinin siyahısında tapa bilərik. Bu pul vahidlərinin dəyərləri Amerika dolları ilə dəyərləndirilir. Yəni 1 ABŞ dolları, 1.5193 Azərbaycan manatına bərabərdir (bu yazını yazdığımız zaman Azərbaycan manatının ABŞ dollarına olan kursu götürülüb) şəklində dəyərləndirilib.
14. Cənubi Koreya Wonu (KRW)
1 USD = 1159.1521 KRW
1 AZN = 759.8784 KRW
Cənubi Koreyada istifadə olunan rəsmi pul vahididir və Koreya Bankı tərəfindən dövriyyəyə buraxılır. Cənubi Koreya Wonu kiçik dəyərə sahib olduğu halda, “Dünyanın ən dəyərli 500 Markası” arasında 12 Cənubi Koreyalı markalar var. Məsələn, “KİA Motors” kimi markalar dünyada şöhrət sahibidir.
13. İraq Dinarı (İQD)
1 USD = 1189.80 İQD
1 AZN = 783.12 İQD
İraq Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılan bu pul vahidi İraqda istifadə olunur. İqtisadiyyatı tam olaraq neft yataqlarına bağlıdır. Əhalinin bir qismi aclıqla mübarizə apararkən, bir hissəsi isə neft kralları kimi yaşayır.
12. Tanzaniya Şilini (TZS)
1 USD = 2183.74 TZS
1 AZN = 1437.33 TZS
Tanzaniya bankı tərəfindən istehsal olunan rəsmi pul vahididir. Lakin, ölkədə ABŞ dolları geniş şəkildə istifadə olunur.
11. Kolumbiya Pezosu (COP)
1 USD = 3079.09 COP
1 AZN = 2026.65 COP
Kolumbiyanın rəsmi pul vahididir. Rəsmi tanınımı “COP” olmasına baxmayaraq “COL$” şəklində də rast gəlmək mümkündür. Eyni zamanda pesonun rəsmi rəmzi də “$” (dolların rəmzi ilə eynidir) şəklindədir.
10. Kamboçya Rieli (KHR)
1 USD = 4002.9 KHR
1 AZN = 2634.71 KHR
Kamboçyanın rəsmi pul vahididir. Ölkə cənub-şərqi Asiyada, Hind-Çin yarımadasının cənub-qərbində yerləşir və əhalisinin sayı 14.8 miliondur.
9. Sierra Leone Leonesi (SLL)
1 USD = 3984.92 SLL
1 AZN = 2622.87 SLL
Daha çox Leone adı ilə tanınsa da, tam adı Sierra Leone leonesidir. Sierra Leone Bankı tərəfindən dövriyyəyə buraxılan Leone 1964-cü ildən ölkənin pul vahididir. Sierra Leone, Qərbi Afrikada yerləşən ölkədir.
8. Paraguay Guaranisi (PYG)
1 USD = 5650.59 PYG
1 AZN = 3719.22 PYG
Cənubi Amerikada yerləşən Paraguayın paytaxtı olan Assuncion, dünyanın ən ucuz şəhəridir. İdarə etmə şəkili Cumhuriyyət olan bu ölkənin pul vahidi Guaranidir.
7. Gine Frangı (GNF)
1 USD = 7567.05 GNF
1 AZN = 4980.63 GNF
Ginenin rəsmi pul vahididir və Gine Cumhuriyyətinin Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. Ginedə Gine frangından xırda pul vahidi “centime”dir. 1 Gine frangı 100 centimeyə bölünür.
6. Laos Kipi (LAK)
1 USD = 8109.16 LAK
1 AZN = 5337.43 LAK
Laos Demokratik Xalq Cumhuriyyətinin pul vahididir. Laosun kipinin xırda pul vahidi “at”dır və tədavüldə deyil.
5. İndoneziya Rupiahı (İDR)
1 USD = 13194.14 İDR
1 AZN = 8684.38 İDR
Rupiah İndoneziyanın rəsmi pul vahididir. Hind pul vahidi olan rupidən götürülmüşdür. “Bank İndonesia” tərəfindən dövriyyəyə buraxılır. Qeyri rəsmi olaraq Şərqi Timorda da istifadə olunur.
4. Belarus Rublu (BYR)
1 USD = 20133.73 BYR
1 AZN = 13252.02 BYR
Belarus rublu Belarusiyanın rəsmi pul vahididir və beynəlxalq kodu BYR olaraq tanınır.
3. Vietnam Dong (VND)
1 USD = 22262.05 VND
1 AZN = 14652.88 VND
3 may 1978-cildən bu günə Vietnamın rəsmi pul vahididir və xırda pul vahidi “hao” çox dəyərsiz olduğu üçün dövriyyəyə buraxılmır.
2. Sao Tome Dobrası (STD)
1 USD = 21480.45 STD
1 AZN = 14138.43 STD
Dobra adı ilə tanınan bu pul vahidi, Sao Tome və Principedə istifadə olunan rəsmi pul vahididir. Sao Tome və Principe Milli bankı tərəfindən dövriyyəyə buraxılır. Mərkəzi Qərbi Afrikanın Gine körfəzində olan ada ölkəsidir. Ölkə iki adadan ibarətdir və bu adalar Sao Tome və Principedir.
1. İran Riyalı (İRR)
1 USD = 30208.95 İRR
1 AZN = 19883.53 İRR
İranda istifadə olunan rəsmi pul vahididir. riyalın xırda pul vahidi dinardır. Lakin, riyalın çox dəyərsiz pul vahidi olduğu üçün, dinar istifadə olunmur. Tümən beynəlxalq pul vahidi olmamamsına baxmayaraq, İranda pulun miqdarını söyləmək üçün istifadə olunur. 1 tümən 10 riyala bərabərdir.
Mənbə. bilgibazarı.com