İnternet Adreslərinin Anlamı (org, biz…)
Bu gün hər birimiz internetdən istifadə edərkən, com, int, net, biz, info, org, gov, edu, ac, mil kimi bitən internet adreslərindən istifadə edirik. Bəs siz heç bunların nə anlam ifadə etdiyini düşündünüzmü.? Biz bi yazımızda bu məlumatları sizin nəzərinizə çatdırmağa çalışacağıq.
Org.İngilis dilində “organiation” kəliməsindən törəmiş, Azərbaycan dilində qurum, quruluş, təşkilat mənalarını verir. Bu internet ünvanının son hissəsi olan “org” daha çox gəlir hədəfi olmayan quruluşlar tərəfindən seçilən bir ünvandır. Məsələn.Wikipedia.org kimi.
İnfo. İngilis dilində “İnformation” kəliməsindən törəmiş, Azərbaycan dilində məlumat mənasını verir. Bu internet adresi daha çox məlumat məqsədli quruluşlar, xəbər aytları, ensiklopedik məlumatlar verən şirkətlər tərəfindən istifadə edilir. Məsələn. Xebername.info kimi.
Gov. İngilis dilində “government” kəliməsindən törəmiş bu qısaltma, Azərbaycan dilində hökumət mənasını verir. Bu internet adresi dövlət işlərində və höküməti təmsil edən internet adreslərində istifadə edilir. Məsələn. Dyp.gov.az kimi.
Edu. İngilis dilində “education” kəliməsindən törəmiş bu qısaltma, Azərbaycan dilində təhsil mənasını verir. Bu internet adresi daha çox təhsil verən birliklər, universitetlər tərəfindən istifadə edilir. Məsələn. Unec.edu.az kimi. (iqtisadiyyat universitetinin rəsmi saytı).
Int. İngilis dilində “international” kəliməsindən törəmiş bu qısaltma, Azərbaycan dilində beynəlxalq mənasını verir. Beynlxalq quruluşar tərəfindən istifadə edilir. Məsələn. Interpol.int kimi.
Biz. İngilis dilində “busiuness” kəliməsindən törəmiş bu qısaltma, Azərbaycan dilində ticarət mənasını verir.
Net. İngilis dilində “network” kəliməsindən törəmiş bu qısaltma, Azərbaycan dilində tor mənasını verir. Bu internet ünvanı daha çox internet xidmətləri təklif edən və bu sahə ilə əlaqəli şirkətlər tərəfindən istifadə edilir.
Com. İngilis dilində “commercial” kəliməsindən törəmiş bu qısaltma, Azərbaycan dilində ticarət, şirkət mənasini verir. Bir zamanlar şirkətlər tərəfindən geniş olaraq istifadə edilməsi ünvanın məşhurlaşmasına səbəb olmuşdur. İndi isə, domainə (ünvan) sahib olmaq o qədər də çətin olmadığından artıq çeşitlr artmış və nəticədə “com” hər gün bir az daha az tələb edilməyə başlamışdır.
,Mənbə. bilgibazarı.com