Jiddu Krishnamurti: Əslində Bizdə Sevgi Hissi Yoxdu

Jiddu Krishnamurti: Əslində Bizdə Sevgi Hissi Yoxdu

Əslində bizdə sevgi hissi yoxdu; həssaslıq var, duyğusallıq, seksuallıq var; sevgi hissi olduğunu zənn etdiyimiz bəzi şeylərlə bağlı xatirələrimiz var. Ancaq sevgi yoxdur. Çünki, sevgi sahibi olmaq şiddətdən, qorxudan, rəqabətdən, ehtirasdan, intriqadan uzaq olmaq deməkdi. Sevgi hissin sahib olsaydıq, heç vaxt “Bu mənim ailəmdi” deməzdik. Bir ailəniz ola bilər və onlar üçün əlinizdən gələn hər şeyi edə bilərsiniz, amma onlar sizin ailəniz olmayacaq, bu hal dünyaya qarşı çıxmaqdı. Sevirsinizsə, sevgi varsa, sülh var deməkdir. Sevsəydiniz, uşağınızı bir milliyyətçi olacaq şəkildə, yalnızca iş sahibi olub, uğur dalınca qaçacaq şəkildə böyütməzdiniz; milliyyətiniz olmazdı. Sevsədiniz, din ayrı-seçkiliyi olmazdı. Ancaq bütün bunlar bu çirkin dünyada həqiqətən, acı bir şəkildə var olduğuna görə, bu sizdə sevgi duyğusunun olmadığını göstərir. Ananın uşağına bəslədiyi hiss belə sevgi deyil. Ana uşağını həqiqətən də sevsəydi, dünya belə olmazdı. Onda uşağının doğru qidalandığını, doğru təhsil aldığını, məsuliyyətli olduğunu, gözəlliyin dəyərini bildiyini, acgözlü  və qısqanc olmadığını görərdi. Deməli ana özü nə qədər də sevdiyini hesab etsə də əslində uşağını sevmir. Buna görə də bizdə sevgi hissi yoxdu. Jiddu Krishnamurti (1964) Mənbə. bilgibazarı.com
568 Views