Tibbin Rəmzi Nə İfadə Edir
Tibb sözü mənbəyini qədim Misir şəhəri Təbb, (Tebai) dən götürmüşdür. Təbbin totemi (ənənəvi inanca görə qəbilənin əcdadı) isə ilandır. Təbb, şəhəri Misirin ən əhəmiyyətli tibb mərkəzidir. İncəsənət tarixi əsərlərində ilanın tibb rəmzinin ilk olaraq Sümerlərdə istifadə olunduğu görülür. Bu simvol, həyat ağacına sarılı bir dişi bir erkək ilandır. Bu rəmzə əsasən dəyənək həyatı, ilanlar isə gəncliyi təmsil edir. Yunan mifologiyasında tanrı “Zeus”un əvvəl öldürüb sonra Tibb tanrısı elan etdiyi Asklepios, tibb rəmzində əsaya sarılmış ilanla bir araya gəlmişdir . Asklepiosa görə həkim ilan kimi olmalı, sirrini heç kimə deməməli, səbr və sakitlik içində fəaliyyət göstərməlidir.
İslam ölkələrindəki hekayələrində mövzuları Loğman Həkim,ölümsüzlüğü kəşf etdiyi dərmanı, heycanla keçdiyi körpüdən salır. Otları, Loğman Həkim geri əldə etmədən bir ilan yeyir. İlan bundan sonra yaşama gücü və sağlamlığı təmsil edir. Uzaq şərq fəlsəfəsində cüt ilan ölüm və həyatın tarazlığını, Maya və Aztek mədəniyyətində ağ rəngli və iri burunlu ilan “Quatzalcoatl”, şəfa və zəkanı təmsil edir.
İlanlı tibb simvoluna Osmanlıda, 1836da II Mahmudun fərmanında rast gəlmək mümkündür. Fərmanda, Tibb fakültəsi tələbələrinin, döşlərinə ilanlı əsa asmaları əmr edilir.
İlanlı simvol, bu gün bütün dünyada səhiyyə elmlərini (həkimlik, diş həkimliyi, əczaçılıq, baytarlıq) təmsil edir. Dünya Səhiyyə Birliyi 1956-cı ildə qoşa ilanı tibb elminin simvolu olaraq müəyyən etmişdir.
Mənbə. bilgibazarı.com