Adın Uşaqların Gələcəyinə Təsiri

Adın Uşaqların Gələcəyinə Təsiri

Sözsüz ki, ad insan üçün oduqca önəmlidir. Hərkəs adının onu utandıracaq mənalar ifadə etməməsini istər. Ancaq, yəqin ki, siz də valideyinlərin övladlarına qəribə, onların gələcək həyatına mənfi təsir göstərən adlar qoyduğunun şahidi olmusunuz. Bunun kimi hallar araşdırmalara görə həmin insanın həyatına önəmli dərəcədə təsir edir. Məsələn, müasir zəmanədə o qədər də məşhur olmayan və əsasən yaşlı insanarda təsadüf etdiyimiz bir adı daşımaq azyaşlılar üçün heç də asan deyil. Digər bir sözlə qəribə və o qdər də xoş qarşılanmayan adlar azyaşlıları daxil olduqları mühitdə sıxmağa başlar və onlar bacarıqca toplum içində adlarının az səslənməsini istərlər. Nəticədə bunun kimi hallar həmin şəxsləri utancaq, qapanıq və uğursuz hala gətirə bilir.
Eyni zamanda körpələrə qoyulan düşünülmüş və fərqli adlar bəzən onlar üçün yol açabilir. Digər bir sözlə bəhsolunan vəziyyət həmin şəxsin aid olduğu cəmiyyət içində qısa zamanda diqqət çəkməsinə və tanınmasına yol açacaqdır. Ancaq, adın uğuru bununla bitmir. Araşdırmaçılar tərəfindən edilmiş tədqiqat insanlara verilən adlarda hətta həriflərin söz sahibi olduğunu bildirirlər. Bəzi həriflərin özünəmaxsus uğur qaynağı olduğunu bildirən Türkiyəli ad həkimi Kamal Haluk Cebe aşağıda qeyd edilən həriflərə bu şəkildə açıqlama gətirmişdir. K-Karyerada inkişaf, L- sənətkarlıq üçün uyğundur, B və A ticarətlə məşğul olanlara görə uğurlu həriflərdir. İ və P hərifləri pisixologiya, tibb sektorunda işləyənlər üçün ideal həiflərdir. Eyni zamanda İ hərfi həssas, duyğusal, P hərfi isə özünə inamı təmsil edir. Yuxarıdakı açıqlamaları xeyli uzatmaq mümkündür. Ancaq eyni zamanda önəmli olan körpələrə ad verərkən düzgün ahəngin qurulmasıdır. Bu baxıma aşağıda qeyd edilmiş həriflərə diqqət etməkdə fayda var. A – 2-dən artıq olmaması məsləhətdir B- Uyğundur. Güclü hisləri təmsil edir C- Olsa da olara, olmasa da. D- Olabilər. Rəqabəti təmsil edir. E- Olmasa daha uyğundur.1 ədəd olması problem deyil. F- Uyğundur. G- 1 ədəd olması uyğundur. H- Olmasa daha uyğundur. I–İ- Olmasa daha uyğundur. J- Çok da uğurlu deyil. K- Uğurlu hərifdir. Ən az 1 ədəd olsun. L- Olması uyğundur. M- 1 ədəd olması uyğundur.Ancaq sağ və solunda mütləq “a” hərfi olsun. N– Olsa pis olmaz. O- Uyğundur. Ö- Olmaması daha uyğundur. P- Uyğundur. R- Ola da bilər, olmaya da. S-Ş- Olması daha məsləhətlidir. T- O qədər də uyğun deyil. U- Arzu edilən maksimum 1 ədəddir. Ü- Olmaması daha uyğundur. V- O qədər də arzu edilən deyil. Y- Olmaması daha məsləhətlidir. Z- 1 ədəd olması arzu ediləndir. Yuxarıdakı açıqlamalardan da görüldüyü kimi, körpələrə ad seçimində diqqətli olmaqda fayda vardır. Nəticədə diqqət edilməsi lazım olan adın mənası, zəmanəyə uyğunluğu, hərf tərkibidir. Qaynaq – hurriyet Mənbə. bildirchin.az
568 Views