Harry Potter haqqında bilmədiklərimiz
- Bloomsbury jurnalının yaradıcısı Nigel Newtonun qızı olmasaydı, Harry Potter kinosaqası da olmazdı. Heç bir nəşriyyatın çap etmədiyi J. K. Rowlingin novellasını məhz Bloomsburry nəşriyyatı çap etdi. Nigelin qızı novellanın ilk fəslini oxuduqdan sonra, davamını bilmək istədi və beləliklə Harry Potter hər kəsin sevimlisinə çevirldi.
- İlk tiraj üçün Rowlingin nəşriyyatdan aldığı qanorarı £1500 təşkil edirdi. Tiraj 500 kitabdan ibarət idi. Onlardan 300-ü təmənnasız olaraq kitabxanaları verilmişdir.
- Harry Potter dünyasında sehirli gücü olmayan insan mənasını verən «maqql» sözü 2002-ci ildə Oksfort lüğətinə daxil edilmişdir.
- Rowling dünyada yeni bir oyunun – Quidditchin yaranmasına səbəb olmuşdur.
- 2017-ci ildə Drake və Cristiano Ronaldonu geridə qoyaraq il ərzində ən çox qazanan məşhurlar siyahısında Rowling üçüncü pilləyə qalxmışdır. Bu günki günə qədər kitabının 415 milyon nüsxəsi çap olunan Rowling il ərzində $95 milyon qazanmışdır.
Kitab haqqında bu qədər. Kinosaqaya gəldikdə isə,
- Hogwarts məktəbi 7 ay ərzində 40 işçi tərəfindən tikilmişdir. Məktəbdə olan mərmər pilləkənin divarlarını bəzəmək üçün 250 rəsm əsəri çəkilmişdir. Rəsmlər arasında prodüsserlər David Heyman və David Barronun da portretləri var.
- Harry Potterin məşhur çapığı kinosaqa gedişatında qrim ustaları tərəfində 2000 dəfə çəkilmişdir.
- Kinosaqanın çəkilişində 250 heyvan iştirak etmişdir. Ən böyük heyvan begemot, ən kiçik heyvan isə qırxayaq idi.
- Qəhrəmanların istifadə etdiyi hər bir çubuq unikaldır. Təkcə Harry Potter kinosaqa gedişatında 70 çubuqdan istifadə etmişdir.
- İlk kitabın çəkiliş meydançasında hər zaman diş həkimi də olurdu. Qəhrəmanların dişləri tökülən vaxtlarda bunun nəzərə çarpmamasını təmin etmək elə də asan olmamışdır.
- Potter kinosaqanın çəkilişi zamanı 130 eynək qırmışdır.
Mənbə. bildirchin.az