Hərbi rekordlar
- İkinci Dünya müharibəsi dövründə (1939-1945-ci illərdə) insan itkilərinin sayı təqribən 55 mln olmuşdur.Onlardan 25 mln Sovet İttifaqının vətəndaşları, 9,7 mln isə almanlar isilər. Sovet İttifaqı 1945-ci ildə Yaponiyaya qarşı kompaniyada 8.668.400 adam itirmişdir. Yaralananlar,kontuziya alanlar və donanların sayı 18 mln adam təşkil etmişdir.
- Çində kəndlilərin, Min cənub sülaləsinin tərəfdaşlarının mancurların dövlət qoşunlarına qarşı vuruşduğu Taypinlər üsyanı(1851-1864) 20 mln-a yaxın insanın ölümünə gətirib çıxartdı. Üsyana özünü İisus Xristosun(İsa peyğəmbərin)qardaşı adlandıran ağılsız Xun Sutsuan başçılıq edirdi.Onun ordusu "Taypin tyanqo" adlanırdı və tərcümədə "Səmavi rifah dövləti" mənasını verir.
- Bəlli olan mühasirələrdən ən uzunmüddətlisi,qədim dünyanın tarixçisi Herodotun verdiyi məlumata görə,Misir hakimi I Psammetikin İsraildə İsdudun mühasirəsi olub.O.b.e.ə 664-cü ildən başlayaraq 29 il davam etmişdir.
— SSRİ-də ən çox mükafat alan L.İ.Brejnev almışdır.Onun Sovet İttifaqı marşalı mundirində 4 Sovet İttifaqı və 1 Sosialist Əməyi Qəhramanı ulduzu, «Pobeda»ali hərbi ordeni,8 Lenin,2 Oktyabr İnqilabı,2 Qırmızı Bayraq,Boqdan Xmelnitski,I dərəcəli Vətən müharibəsi,Qırmızı ulduz ordenləri,SSRİ-nin 18 medalı, brilyantla bəzədilmiş 2 marşal ulduzu,xarici ölkələrin 42 orden və 29 medalı parıldayırdı.
— Amerika generalı Duqlas Makartur ABŞ-da ən çox orden daşıyan şəxs tituluna iddialı olan əsas namizəddir.O,58 mükafata,o cümlədən 16 «dəfnə yarpağı» fərqlənmə nişanına layiq görülmüşdür.Bundan əlavə Mkartur hərbi kompaniyalarda iştirakına görə 18 ulduz almışdır.O,İkinci Cahan savaşı zamanı Şərəf ordeni ilə təltif edilmişdir.
- ABŞ və Böyük Britaniyanın rəsmi rəylərinə əsasən,SSRİ-nin hərbi xərcləri 80-cı illərin sonunda ümumi milli məhsulun 13%-dən 17%-nə qədər təşkil edirdi. Bu o demək idi ki, hərbi xərcləri 6% təşkil edən ABŞdan 3 dəfə çox idi.
- Ekvatorial Qvineyasının prezidenti Fransisko Masias Hqumena 1976-cı ildə 7-dən 14 yaşınadək bütün oğlanlar üçün hərbi mükəlləfiyyət tətbiq etmək haqqında qərar vermişdir.Qərarda deyilirdi ki, öz oğlunu orduya verməkdən imtina edən hər bir valideyn "həbsxanaya atılacaqdır və ya güllələnəcəkdir".
- Ən ağır adi bomba-"Qrand sxem" 14 mart 1945-ci ildə Britaniya HHQ tərəfindən tətbiq edilmişdir. Onun çəkisi 9975 kq,uzunluğu 8 m idi.Bu nəhəng bomba ingilislər tərəfindən Almaniyadakı Bilefild dəmiruolu körpüsünə atılmışdır. 1949-cu ildə amerikalılar çəkisi 19.000 kq-dan çox olan adi bombanı sıradan çıxartmışlar.
Mənbə. kayzen.az