Qoxular Xatirələri Xatırladır.

Qoxular Xatirələri Xatırladır.

Görmə, eşitmə, qoxu alma və toxunma kimi duygular canlıların ən qədim duyğularındandır. Ancaq, onu da bildirmək lazımdır ki, qoxu alma duyğusu canlılarda ortaya çıxmış ilk duyğulardandır. Bir başqa sözlə yuxarıda sayılanlardan ən qədimi qoxunu hiss etmədir. Bir insanın görməsi üçün gözdə 4 əsas görmə duyğusunun olması lazımdır ki, bu duyğu əldə etdiyi məlumatları beynə informasiya olaraq göndərər və ətrafımızdakıları görərik. Eyni zamanda ətraf aləmdə olan əşyalara toxunmaq üçün bir neçə təzyiq duyğusu və soyuq, isti, ağrını hiss etdirəcək siqnallara sahib olmağımız yetərlidir. Ancaq, qoxunu hiss etmə üçün ən az 1000 fərqli informasiya qəbul ediciyə ehtiyacımız var. Bu fərqli və geniş xüsusiyyətimiz çox sayda qoxunu biri-birində ayırmağımıza səbəb olar.   Buna baxmayaraq qəbul etdiyimiz hər qoxu üçün bir ad qoya bilmirik və onu canlandırmaq üçün o qədər də şanslı deyilir. Bir başqa sözlə siz yaxınınızdan keçən birinin qoxusunu duysanız da bir neçə dəqiqə sonra o qoxunu təsvir edə bilməyəcək və hətta qoxunu xatırlamaqda çətinlik çəkəcəksiniz. Ancaq, məsələ burasındadır ki, görmə, toxunaraq hiss etmə və eşitmə duyğularımızdan fərqli olaraq qoxu alma duyğularımız beynimizin bir başqa (soğancıq ve ya dənizayına bənzər hissə) tərəfində yığılaraq illərlə passiv halda qala bilir. Onun yenidən aktivləşməsi və bu qoxunu daha öncə duyarkən yaşadığınız xatirənin yenidən canlaması an məsələsidir. Digər bir sözlə siz uşqalığınızda ziyatər etdiyiniz bir məkanın qoxusunu illər sonra yenidən aldıqda bu qoxu sizə o xatirələri yenidən yaşadacaqdır. Yəni, göz, qulaq və toxunma yaddaşınız bu yeri unutmuş olsa belə, qoxu duyma duyğunuz onu sizə yenidən xatırladacaqdır. Yəni, qoxu duyma xüsusiyyətlərimiz yaddaşımızın unutduğu bir sıra hadisələri yenidən canlandıra bilir. Bu hadisəyə tibb elmində “Prout təsiri” deyillər və Fransız yazar Marsel Proustun adı ilə bağlıdır. Araşdırmalar nəticəsində musiqi və qoxunun ən güclü xatırladıcılıq xüsusiyyətinə malik olduğu da sübut edilmişdir. Eyni zamanda qoxuların insan bədəninə bir sıra müsbət təsirləri vardır. Aşağıdakı misallar faydalı ola bilər. Stress və ağır işlərlə məşğul olub pisxoloji olaraq yorğun insanlar üçün çörəkotu, lavanda qoxusu-körpələr üçün təzə bənövşə qoxusu – yeniyetmələrin hormonları hərəkətli və sıx olduğundan sərinlədici qoxular olan berqamut, limon, bənövşə qoxusu – yaşlılar üçün isə darçın qoxusu daha faydalıdır. Qeyd – Gözlər xatirələrin silinməməsini və uzun illərdən sonra yenə xatırlanmasını istəyirsinizsə həmin hadisənin yaşandığı müddətdə bir neçə gün qoxusu digər qoxulardan kəskin fərqlənən qoxulardan istifadə edə bilərsiniz. Qaynaq – bbc\Tom Stafford Mənbə. bilgibazazarı.com
568 Views