Avstriyada müsəlmanları sevindirəcək bir qərar imzalandı
Avstriyada İslam əleyhdarı baş nazir Sebastian Kurz və hökumətinin parlament tərəfindən ləğv edilməsindən sonra, yeni qurulan Konstitusiya Məhkəməsinin sədri doktor Bricit Bierlein rəhbərliyi altında seçki hökuməti and içərək vəzifəyə başlamasından sonra, müsəlmanları sevindirəcək bir qərara imza atıb.
Deyerler.org xəbər verir ki, Avstriya Təhsil Nazirliyi bütün əyalətlərə göndərdiyi məktubda müsəlman şagirdlərin dini bayramlarında məktəbə getməmələrinə dözümlü yanaşılmasını tövsiyə edib.
Havadis.at-ın xəbərinə görə, nazirlik bir e-poçt ilə ölkədəki doqquz fərqli əyalətin məktəb müfəttişliyinə müsəlman şagirdlərlə əlaqədar göndərdiyi məktubda, müfəttişliklərin ixtiyarında olan xüsusi əlavə tətil günləri çərçivəsində müsəlman şagirdlərə öz dini bayramlarına icazə verilməsi tövsiyə olunub: “Avstriya İslam Camaatı (İGGÖ) 2019-2021-ci illər ərzində İslam dinində bayram olaraq qəbul edilən Ramazan bayramı, Qurban bayramı və Məhərrəm ayındakı Aşura gününü tətil günü olaraq bizə bildirmişdir. Əyalət müfəttişliyinin ixtiyarında olan əlavə tətil günləri çərçivəsində sözügedən bayramlarda müsəlman şagirdlərə icazə verilməsi Avstriya Təhsil Nazirliyi tərəfindən tövsiyə edilməkdədir”.
Həmçinin Avstriya Təhsil Nazirliyi əyalət məktəb müfəttişliklərinin bu məktubu məktəb rəhbərlərinə bildirməyi və hərəkətə keçməyi də tələb edib.
Mənbə. Deyerler.org