Dedal və İkar

Dedal və İkar

Afinanın böyük rəssamı, heykəltaraşı və memarı Dedal, Krit adasının çarı Minosun yanında uzun illər yaşamışdı. Minos Zevs və Avropanın oğlu idi. Çar onu Krit adasından buraxmaq istəmirdi, böyük rəssamın yaradıcılığından yalnız özü istifadə etmək istəyirdi. Minos Dedalı elə bil Kritdə əsir kimi saxlayırdı. Dedal çox fikirləşir di ki, neçə eləsin adadan qaçsın. Nəhayət, o Krit əsirliyindən azad olmağın üsulunu tapdı. Əgər mən dəniz yolu ilə, quru yolla Minosun hakimiyyətindən qaçmağı bacarmıramsa, qaçmaq üçün səma açıqdır — dedi Dedal. Bax bu mənim yolumdur! Minos hər yerin sahibidir, havadan başqa! Dedal işə başladı. O lələkləri yığdı, kətan saplarla və mum ilə onları birləşdirdi və onlardan 4 böyük qanad düzəltməyə başladı. Dedalın İkar adında bir oğlu da vardı. Dedal işləyirdi, onun oğlu İkar atasının yanında oynayırdı: o gah küləklə gələn tükləri tuturdu, gah da mumu əlində əzirdi. Nəhayət, Dedal öz işini bitirdi: qanadlar hazır idi. Dedal qanadları kürəyinə bağladı əllərini bərkidilmiş ilgəyə keçirtdi, onları yellətdi və yavaş-yavaş havaya qalxdı. İkar boyük quşa oxşayan və havada uçan atasına heyrətlə baxırdı. Dedal yerə düşdü və oğluna dedi: — Qulaq as, İkar, indi biz Kritdən uçub gedəcəyik. Uçan vaxt ehtiyatlı ol. Sən o qədər də dənizə yaxın enmə. Çalış, dalğaların duzlu zərrələri sənin qanadlarını islatmasınlar. Günəşə yaxın qalxma: isti mumu əridər və lələklər dağıla bilərlər. Mənim ardımca uç, məndən geri qalma. Ata və oğul qanadları qollarına geyindilər və asanlıqla havaya qalxdılar. Kim onların uçuşunu yerin üzərində görürdü, elə fikirləşirdi ki, iki tanrı mavi səmada uçur. Dedal tez-tez dönüb oğlunun uçuşuna baxırdı. Artıq onlar Elos, Paros adalarını keçmişdilər və daha uzaqlara uçub gedirdilər. İkarı sürətli uçuş əyləndirirdi, o qanadlarını daha cəsarətlə yellədirdi. İkar atasının dediklərini yadından çıxartdı, o daha atasının arxasınca uçmurdu. Qanadlarını güclü yellədərək İkar göyün yüksəkliyinə, günəşin şəfəqlərinə yaxın qalxdı. Yandırıcı şüalar lələkləri birləşdirən mumu əritdi, onları külək havada dağıtdı. İkar əlini yellədəndə, orada artıq qanadlar yox idi. O, dəhşətli hündürlükdən yel kimi dənizə düşdü və onun dalğalarında həlak oldu. Dedal geriyə döndü, ora-bura baxdı. İkar yox idi. O bərkdən oğlunu çağırmağa başladı: — İkar! İkar! Hardasan? Cavab ver! Cavab yox idi. Dedal dənizin dalğalarında İkarın qanadlarından dağılan lələkləri gördü və başa düşdü ki, nə baş verib. Dedal öz yaradıcılığına nifrət etdi, Krit adasından hava yolu ilə xilas olmaq fikri gələn günü lənətlədi! İkarın bədəni dənizin dalğaları arasında uzun müddət ora-bura gedirdi. O vaxtdan həmin dənizi həlak olanın adı ilə İkari dənizi adlandırırlar. Mənbə. Kayzen.az
568 Views