Hündür Dabanlı Ayaqqabıları İlk Kişilər Geyinmişlər

Hündür Dabanlı Ayaqqabıları İlk Kişilər Geyinmişlər

Hündür dabanlı ayaqqabıların tarixinə nəzər yetirdikdə bu günümüzdəkindən fərqli məqsədlərlə istifadə edildiyi ortaya çıxmaqdadır. Hündür dabanlı ayaqqabıları ilk olaraq kimin icad etdiyi ya da kim tərəfindən istifadə edildiyi bilinməsə də tarixdə bəzi yazılı qaynaqlara rast gəlmək mümkündür. İlk olaraq qədim Misir xalqının torpaq əkin-biçinində palçığa batmamaq üçün hündür ayaqqabılardan istifadə etdikləri bilinməkdədir. Başqa bir mədəniyyətdə isə hündür ayaqqabıların kişilər tərəfindən istifadə edildiyi deyilir. At sürmək üçün istifadə edilən bu vərdiş zamanla yerini modaya vermişdir. Tarixdə moda və kütləvi olaraq hündür ayaqqabılardan istifadə Leanardo da Vinçinin adı ilə bağlıdır. 1553-cü ildə Florensiyada Medicis ailəsindən olan Catherina de Mecidis incə və qısa boylu xanım olmuşdur. O evlənərkən özündən hündür olan bəyin qarşısında xeyli cılız qalacağı üçün bunu kompleks etmiş və çıxış yolu üçün Leanardo da Vinçiyə müraciət etmişdir. Ona hündür ayaqqabı hazırlayan Leanardo Catherinanı bu vəziyyətdən uğurla çıxara bilmişdir. Nəticədə toy ziyafətində bunu görən digər qonaq qadınlar Catherinanı təqlid etməyə başlamışlar. 18-ci yüzilliyə qədər hökmdar ailəsinə mənsub kişilər hündür ayaqqabı geyinərək yüksək zümrəyə aid olduqlarını göstərmək istəmişlər. Xüsusi ilə qırmızı dabanlı ayaqqabılar hökmdar ailəsinə mənsubluğun bir başqa ifadəsi olmuşdur. 19-cu yüzilliklərdən sonra isə qadınlar moda, daha incə görünmək məqsədi ilə hündür ayaqqabılar geyinməyə maraq göstərmişlər. Mənbə. bilgibazarı.com
568 Views