Mömin qibtə edər, münafiq – paxıllıq
Həsəd – ən qəbahətli və çirkin sifətlərdəndir ki, insan nəfsini bulaşdırar və qəlbində kin toxumları əkər. Həsəd sayəsində Qabil qardaşı Habili öldürür və böyük günaha düçar olur.
Həzrət Peyğəmbər (s) buyurur: “Həsəd aparan insan əslində tərs və davakar insandır. Çünki o, İlahi təqdirə boyun əymir”.
İmam Sadiq (ə) buyurur: “Həsəd aparan insandan xeyirxahlıq və nəsihət gözləmək mümkünsüzdür”.
İmam Əli (ə) buyurur: “Həsəd – əlacı olunmayan bir xəstəlikdir ki, ancaq həsəd aparanın əldən düşməsi və ya qarşı tərəfin ölməsi sayəsində aradan gedər”.
İmam Həsən Müctəba (ə) buyurur: “Bu üç şey insanları həlak etmişdir: təkəbbür, hərislik və həsəd”.
İmam Sadiq (ə) buyurur: “Üç sifət dinin bəlasıdır: həsəd, özünü bəyənmək, başqaları qarşısında lovğalanmaq”.
İmam Baqir (ə) buyurur: “Həsəd, quru odunu yeyən atəş kimi, insanın imanını sürətlə məhv edər”.
İmam Əli (ə) buyurur: “Həsəd sənə ziyandan başqa nəticə verməyəcəkdir. Qəlbini zəif və bədənini incilmiş edəcəkdir. Bu, qəlbin ən pis xəstəliklərindən hesab olunur”.
İmam Hadi (ə) buyurur: “Ehtiyatlı ol və həsəddən kəskin şəkildə çəkin. Bunu bil ki, onun nəticəsi ancaq özündə aşkar olacaqdır. Düşməninə təsir etməyəcəkdir”.
İmam Sadiq (ə) buyurur: “Mömin başqalarının nemətinə qibtə aparar, ancaq paxıllıq etməz. Halbuki münafiq onlara paxıllıq edər, ancaq qitbə aparmaz”. (Beytutə)
İmam Əli (ə) buyurur: “Həsəd aparan insanın dərdi başqalarının nemətinin məhv olması ilə müalicə olar”.
Mənbə. /Deyerler.org/