Nə Üçün 5 Barmağımız Var?
Canlıların milyon illər boyunca fərqli şəkillər alması ətrafında elm insanlar ardı-arası kısilmədən araşdırmalar edirlər. Bu tədqiqatlar nəticəsində gəlinmiş nöqtə başlıca iki cəbhə ortaya çıxarmışdır. Bunlardan biri Darvinizmi dəstəkləyən, yəni “ətraf mühit bizi dəyişimə məcbur etmişdir” düşüncəsi, ikincisi isə bunn əksini iddia edən fikirdir.
Alimlər arasında fikir ayrılığı olmasına baxmayaraq bir mövzuda onlar həmfikirdirlər. Sudan ilk quruya çıxmış canlıların barmaqları ətraf mühitin təsirinə məruz qalaraq 30 milyon il müddətində 5 barmaq halına gəlmişdir. Ancaq, əsas mübahisə mövzusu əlimizdəki 5 barmağın gələcəkdə dəyişib-dəyişməyəcəyidir.
Məsələn, bəhs olunan şəkildəki bir dəyişim milyion illər ərzində atlarda müşahidə edilmişdir. İlk əvvəl 5 barmaqlı olan atlar, digər bir sözlə atların əcdadı “Eohippus” lar uzun ilər sonra barmaqlarının bəzilərini itirmişlər. Digər bir sözlə “Eohippus” ların boyu 35 sm idi və onların qabaq ayaqlarında 4, arxa ayaqlarında isə 3 barmaq vardı. Daha sonra, təxmini olaraq 10 sm uzanan yeni at nəslinin davamçısı “Mesohippus” idi və onların hər 4 ayağında 3 barmaq vardı. Son təkamül məhsulu olan bugünkü at nəsli “Equus” tək barmaqlıdır. Yəni, milyon illər ərzində müşahidə edilən təkamül atlarda orta barmağı irəli çəkərkən, kənar barmaqlar kiçilərək yox olmuşdur. Ancaq, əsas mübahisə məsələsi atlardakı tək barmaq onları sürətli qaçmağa məcbur etmişdir, yoxsa onların sürətli qaçış digər barmaqların yox olmasına səbəb olmuşdur. ?
Bəs insanda bu şəkildə dəyişim mümkündürmü? 6 və ya 4 barmaq.
Elmi araşdırmaçılar yuxarıda bəhs olunan şəkildə bir təkamül müşahidə ediləcəyi təqdirdə (azalma olacağı halda), ən son ortaya çıxmış barmağımızın təkamülə qurban gedəcəyini iddia edirlər. Bu isə, günümüz müasir insanın işini xeyli asanlaşdıran baş barmaq olacaq.
Tədqiqatçılar eyni zamanda yeni, yəni insanlarda 6-cı barmağın da ortaya çıxa biləyəciyi deyirlər. Barmaqların təkamülü əlimizin kənarlarındakı qığırdağa bənzər (yumuşaq, elastik sümük) hissədən ortaya çıxarlar. Bu elastik bölgənin böyüklüyü barmaq sayısını müəyyən edir. Alimlər insanlardakı hal-hazırki təkamülü diqqətə alaraq milyon illər sonra 6-cı barmağa sahib olacağımızın mümkünlüyünü bildirir.
Qaynaq: Focus Jurnal, 1998\evrimhaberleri
Bilgibazarı.com istinadən