Qəhvə ürək üçün təhlükəsiz içkidir
Qəhvə, hətta çox miqdarda belə içildikdə, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olmur. Bu barədə Londonun Şahzadə Mariya Universitetinin mütəxəssisləri bildirmişdir.
"Deyerler.org"un Mk.ru-ya istinadən verdiyi xəbərə görə, alimlər yaxın zamanlarda apardıqları tədqiqatlara istinad edir.
Tədqiqatçılar uzun müddətdir ki, 8 min insanı müşahidə edir. Onlardan bəziləri gün ərzində 5 stəkan, bəziləri isə, demək olar ki, ümumiyyətlə qəhvə içmirdi. Alimlərin sözlərinə görə, qəhvə, aortanın və sərt arteriyanın divarlarının elastikliyinə heç bir təsir etmir.
Mütəxəssislər qeyd edir ki, qəhvə içənlər arasında belə problemlərdən əziyyət çəkən insanlar var idi. Lakin bu qəhvə ilə bağlı deyil, onların siqaret istifadəçi olduqları üçün idi.
Son zamanlar alimlər qəhvənin müsbət təsirləri haqqında danışır. Onların sözlərinə görə, qəhvə nəinki belə təhlükələri artırır, əksinə onları azaltmış olur. Alimlər hesab edi ki, qəhvə ürək-damar xəstəliklərinin yaranma riskini aşağı salır.
Belə bir içki diabetdən, neyrodegenerativ xəstəliklərdən qoruyaraq, arıqlamağa kömək edir, orqanizmin hüceyrələrini oksigenlə təmini edir, eyni zamanda məntiqi məsələlərinin həllində effektiv rol oynayır.
Alimlər eyni zamanda qəhvədən istifadə zamanı həddi aşmağın orqanizm üçün təhlükəli olduğunu qeyd edir. Belə təhlükələrə sidiyə getmə yollarında iltihablaşma, əsasən yaşllı vaxtlarda yuxusuzluq və beyinlə bağlı bir sıra problemlər daxildir.
Mənbə. ahlibeyt.ge