Uşaqlar Yalan Danışa Bilərmi ?
Uşaqlar 5 yaşına qədər yalan danışa bilməzlər. Bunun səbəbi isə psixologiyada “öz-özünə fokuslanma” deyilən bir vəziyyət ilə əlaqədardır. Bu vəziyyət fərdin öz baxış bucağı ilə başqasınkı arasındakı fərqi düşünüb aşkar edə bilməməsidir. Uşaqlar xarici aləmdən özlərini ayırmırlar, məsələn, nə isə görürlərsə onun üçün hər kəs eyni şeyi görür. Yəni uşaq yalan danışmaq istədiyi zaman, hər kəsin bunu bildiyini, gördüyünü düşündüyü üçün yalan danışmır. Eyni zamanda diqqət yetirsəniz, gizlənqaç oynayan kiçik yaşlı uşaqların çoxu başlarını gizlədir, lakin bədənlərini yox. Bunun səbəbi də az öncə dediyimiz “öz-özünə fokuslanma” düşüncəsidir.
Mənbə. bilgibazarı.com