Yaradana müraciət üslubu – Həzrət Əlinin (ə) mübarək təqdimatında

Yaradana müraciət üslubu – Həzrət Əlinin (ə) mübarək təqdimatında

Ünisyyətin qurulmasında ən mühüm amil – qarşındakı haqqında malik olduğun bilgilərdir. Belə ki, qarşımızdakının həssas nöqtələrini, o cümlədən,  onu qəzəbləndirən mövzuları bilsək, onunla anlaşmağımız o qədər də çətin olmaz. Bəzən bir çox mövzularda getdiyimiz qapılardan əliboş qayıtmağımız bu kimi məsələlərə dayanır. Təbii ki, bu mövzu Aləmlərin Rəbbinə aid edildikdə, xüsusilə böyük əhəmiyyət kəsb edir. Mövla Əli (ə) “Kumeyl” duasında Rəbbimizlə olan ünsiyyətimizdə yeni bir çığır açır:   “Görəsən, bu cür bağışlanma dilədikdən sonra, cəhənnəmdə əzab çəkəcəyəmmi? Bu, Sənin məqamına yaraşmaz!”.   Əmirəlmöminin (ə) duada keçən bu 2 cümləsi ilə bizə sonsuz bir ümid bəxş edir. İmam Əli (ə)  Rəbbimizin ən mübarək xüsusiyyətini - Səriər-Riza (Tez razı olan) sifətini bizə təqdim edir. Belə ki, sadəcə günahların iqrarından sonra Rəbbimizin bizə qarşı olan qəzəbinin necə soyuduğunu bu mübarək cümlədə izah edir. İmam (ə) bu sualı verməklə bizə izah etməyə çalışır ki, Rəbbimizin əfvi üçün bizim günahlarımızın etirafı və bağışlanma diləməklərimiz – ən böyük səbəblərdəndir. Eyni zamanda Mövla Əli (ə) bizə Rəbbimizə, Onun Öz qaydaları ilə yaxınlaşmağı təlim edir. Belə ki, Rəbbimiz etimadın doğruldulması, edilən gümanların boşa çıxarılmaması ilə bağlı bəndələrdən gözləntisi var. Qeyd etdiyimiz mövzular insanı Rəbbi yanında dəyərli edən əməllərin ilk cərgəsində olanlardır. Deməli bunlar, Rəbbimizin də mübarək xüsusiyyətləri arasında əsas yerlərdən birini tutur. Həzrət Əli (ə) bu mövzudan giriş edərək, Rəbbimizə olan etimadını, onun haqqında olan gümanını “Görəsən, bu cür bağışlanma dilədikdən sonra cəhənnəmdə əzab çəkəcəyəmmi?” cümləsi ilə iqrar edir. Əslində bu cümlədən belə nəticə çıxara bilərik ki, duada İlahi bağışlanmağa olan gümanı nə qədər müsbətə tərəf olsa da, sual altındadır. Amma qeyd edilən cümlənin həmən ardından Rəbbimizə olan gümanının sual altında olmadığı bəyan edilir. “Bu, Sənin məqamına yaraşmaz” cümləsi, əslində Rəbbimizin uca şəninin izharıdır. İmam (ə) bizə anlatmaq istəyir ki, Rəbbimiz, Ondan bağışlanma diləyən birisini, qəzəbinə tuş edəcək bir şənə sahib deyil. Bunu anlamağımız, bizi bütünlüklə ümidsizlik girdabından çıxartmağa bəs edər. Allah Təala, Ona olan etimadımızda, güvənimizdə sabit qalmaqda bizə yardımçı olsun. Yazar. Yasin Taha Mənbə. deyerler.org
568 Views